Mətbuat Şurası bir neçə media orqanına tövsiyə verib
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 2017-cı ildə ilk iclasını keçirib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 6 məsələnin gündəliyə daxil olmasını qərarlaşdırıblar.
Şuradan Lent.az-a verilən məlumatına görə, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafovun «Azpolitka.info» saytı barədə müraciətinə baxılıb. Çıxarılan rəydə göstərilib ki, bu kütləvi informasiya vasitəsindən şikayət doğuran yazıda balans prinsipinin tələbləri gözlənilməyib. Lakin məsələ olduqca həssasdır və buna görə də sayt özündə mövzunu araşdırma hüququnu saxlayır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Moderator.az» saytı ilə bağlı müraciətinin müzakirəsində cavabdeh tərəf bildirib ki, şikayətə səbəb material digər mətbu orqandan götürülüb. Lakin onun nəzərinə çatdırılıb ki, bu heç də həmin KİV-in cavabdehliyini istisna etmir. Digər mənbələrdən götürülən materiallarda qabardılan fikirlər təkzib olunmayıbsa etik prinsiplər onu təkrar yayımlayan mətbu orqanın cavabdehliyini nəzərdə tutur. İclasda vurğulanıb ki, bir sıra KİV-lərdən təşkilatlara və ayrı-ayrı şəxslərə ünvanlanan sorğular bəzən elə şəkildə tərtib edilir ki, istər-istəməz narazılığa səbəb olur. «Korrupsiya və bəşəriryyət» qəzetindən Bakı Humanitar Kollecinə göndərilən sorğu da məhz belə tərtib olduğundan haqlı şikayət doğurub. Komissiya qəzetin baş redaktoru Tahir Məlikəhmədovun nəzərinə çatdırıb ki, ciddi qüsurlarla müşaiyyət olunan belə səpkili məktublar həmin KİV-in və onun rəhbərinin imicinə təsirsiz qala bilməz. Masallı rayonunun Bədalan kənd sakini Cəsarət Nurullayevin «Toloşon Sədo» qəzetindən şikayətinin müzakirəsində rəyə gəlinib ki, işıqlandırılan mövzularda şəxsi həyatın toxunulmazlığı prinsipinə mütləq surətdə əməl edilməlidir. Qəzet bu prinsipin tələblərini pozub. Nəticədə işıqlandırdığı yazı ailə münaqişəsinə təsirsiz ötüşməyib. İclasda Qaraçuxur qəsəbə sakini Ramiz Qardaşovun və sahibkar Elsevər Ələkbərovun müraciətlərinin baxılmaq üçün Milli Televiziya və Radio Şurasına, Ucar şəhər sakini Vahid İbrahimovun şikayətinin isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi məqsədə müvafiq sayılıb. Ucar rayon sakinləri Şahlar Ələkbərovun və Azər Purqafarinin qarşılıqlı ittihamlarla dolu müraciətlərinin isə müvafiq orqanlarda araşdırılması barədə rəy çıxarılıb. Qeyd olunub ki, hər iki tərəf arasında etik sədləri aşan ittihamlar uzun illərdir davam etməkdədir. Buna görə də məsələ hüquqi müstəvidə həll olunmalıdır.
NUH.az
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
4 mart 2026 11:23
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
