“Report” xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında komitə üzvlüyünə deputat Jalə Əliyevanın namizədliyi irəli sürülüb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Bununla da, MM-in Əmək və sosial siyasət komitəsinin üzvlərinin sayı 11-ə çatıb.
Xatırladaq ki, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.
NUH.az