"Təmiz Binəqədi"nin iç üzü: Palçıqlı küçələr, yollara axan kanalizasiya... - FOTO/VİDEO
İqtisadiyyat13 fevral 2017 14:35

Paytaxt Bakının abadlıq və təmir işləri üçün milyonlarla manat vəsait ayrılır. Lakin gördüyümüz mənzərələr belə düşünməyə əsas verir ki, həmin vəsaitlər səmərəli şəkildə xərclənmir. Şəhərin mərkəzi küçələrində bərpa işləri aparılsa da, qəsəbələrdə bir başqa mənzərənin şahidi oluruq.
2014-cü ilin iyul ayından etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilir.
Yol kənarlarındakı dirəkləri “Təmiz Binəqədi” lövhələri vurulsa da, vəziyyət göründüyü kimi deyil. Binəqədinin mərkəzində abadlıq işləri aparılır, ilk baxışdan hər şey normal görünür. Lakin qəsəbənin içərilərinə doğru irəlilədikcə başa düşürsən ki, mərkəzdən kənarda vəziyyət o qədər də ürəkaçan deyil. Gözdən-nəzərdən kənarda qalan küçələr, yollar bərbad durumdadır. Ara yolların asfalt örtüyü olmadığından palçıq dizə çatdır. Bu həm piyadaların həm də avtomobillərin hərəkətini məhdudlaşdırır. Mərkəzdən kənarda yerləşən qəsəbələrə marşrut işləmədiyindən vətəndaşlar piyada kilometrlərlə yol qət etməli olurlar.
Ən çox da Binəqədi rayonu, Binəqədi şosesi, “Xırdalan” dairəsinin yaxınlığında yerləşən küçələr keçilməz durumdadır. Yüzlərlə ailənin məskunlaşdığı Firdovsi Vəliyev küçəsi sanki təmir-bərpa işləri zamanı tamamilə yaddan çıxıb. Bu küçəyə baxanda şəhərin mərkəzində olduğunu unudur, ucqar bir dağ kəndini xatırlayırsan. Yağışlı günlərdə isə bu küçə keçilməz olur. Palçıqlı yollar, yağış sularının yaratdığı çalalar sakinlərin qəniminə çevrilir.
Küçə boyunca kanalizasiya sisteminə rast gəlmədik. Yaranan gölməçələr sakinlərin həyətlərinə dolur, evləri qəzalı duruma salır. İllər öncə yola salınmış asfalt örtüyü isə dağılıb, keyfiyyətini itirib və torpağa qarışıb. Bu küçənin sakinlərinin narazılığı elə simalarından bəlli olurdu. Yolda çəkiliş etdiyimizi görənlər “ xahiş edirik, buraya bir əncam çəkilsin” deyə xahiş edirdi.
Ətrafda yaşayan sakinlərlə də həmsöhbət olduq, onların gileyini dinlədik.
Qəsəbə sakini Rövşən Abbasovun sözlərinə görə, yollar 10 ildir ki, bu vəziyyətdədir: “Bu küçədə gediş-gəliş zülmdür. Bəzən elə olur ki, bir neçə ailə birləşib öz vəsaitimiz hesabına uşaqlarımızı məktəbə aparıb gətirmək üçün avtobus tuturuq. Hətta, elə küçələr var ki, şəhər mərkəzinə getmək üçün əlavə ayaqqabı götürürük, qəsəbənin palçıqlı yollarını keçdikdən sonra təzə ayaqqabını geyinib mərkəzə yola düşürük. Problemlə bağlı bütün aidiyyatı qurumlara müraciət olunub, amma hələ də xəbər yoxdur. Qəsəbədə kanalizasiya demək olar ki, yoxdur. Yağış sularının axıdılması üçün yeganə kanalizasiya isə qəsəbənin girişindədir. Yolun ortasında bir neçə yerdə kanalizasiya axacaqları olsa yolda bu qədər su yığılmaz”
Sakinlər deyir ki 20 ildən artıqdır ki, bu ərazidə vəziyyət dəyişməz olaraq qalır: “Zaman-zaman özümüz pul yığıb yolun müəyyən hissələrini düzəltmişik. İcra hakimiyyətindən isə gəlib xəbərdarlıq edirlər ki, bu yola biz baxırıq, əl vurmayın. Biz də deyirik ki, əgər yol sizindisə, o zaman buraya asfalt çəkin. Boş əraziləri satıblar, pulunu yeyiblər, amma yolları asfaltlamırlar. Bu böyüklükdəki ərazidə cəmi bir kanalizasiya xətti var”.
Sakinlər deyir ki, dəfələrlə problemlə bağlı Binəqədi rayonunun icra başçısına məktub yazıblar, lakin hələ də yola asfalt çəkilməyib.
Problemlərini ictimailəşdirən qəsəbə camaatı bu yolla aidiyyatı qurumların diqqətini cəlb edəcəklərinə və problemin həllini tapacağına ümid edirlər.
NUH.az
Oxşar xəbərlər
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 2025 14:35
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 2025 22:18
- Vəzifəli şəxsləri, vəkilləri, hakimləri təhdid edən müğənni Dəniz Əsədova kimdir? - 4 nəfər şikayətçi
11 mart 2025 15:06
- SOCAR-ın sabiq vitse-prezidentinin oğlunun işi yenidən məhkəmədə - atalıq testindən keçməlidir
10 mart 2025 23:26
- Paşinyan qəzəbləndi, kükrədi: Hakimiyyətə məni heç kim gətirməyib, xalq...
10 mart 2025 22:44
- Hüseyn Məhəmmədoğluna vəzifə verildi - FOTO
10 mart 2025 21:59
- Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)
10 mart 2025 02:53
- Nazirə hücum edildi: Burnu sındı – FOTO
8 mart 2025 19:33
- Əhəd Abıyev villasını satışa çıxardı – 2 milyon dollara - VİDEO
8 mart 2025 14:37
- İranda yaşayan soydaşımız dünya rekordu qırdı FOTO
8 mart 2025 10:30
Xəbər lenti
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50
Video & Fotoqalereya
Video
Fotoqalereya