Tarixin hələ də açlımamış 5 qaranlıq müəmması - FOTOLAR
İnsan oğlu bu gün kompüter əsrində yaşasa belə, Ayı, Günəşi, ümumilikdə qalaktikanı öyrənməyə, sirrini açmağa çalışda da indiyədək üstü açılmamış bir çox tarixi sirrlər qarşısında acizdir.
Əsrlər, qərinələr keçməsinə, müxtəlif istiqamətlərdə araşdırmalar aparılmasına baxmayaraq həmin sirrlər hələ də müəmma olaraq qalmaqdadır.
Moderator.az-ın təqdim etdiyi bu yazıda üzərində müəmma pərdəsi daşıyan 5 sirr haqqında məlumat əldə edəcəksiniz.
Turin kəfəni
430 sm uzunluğu və 110 sm eni olan böyük bir kətan parçadır. Üzərində, qarşısında və arxasında isə çarmıxa çəkilərək ölən insan silueti əks olunub. Kəfənin dəqiq mənşəsi və təsvirin əmələ gəlməsi məlum deyil. Turindəki Vaftizçi İoann Kilsəsində saxlanılan kəfəndə çarmıxa çəkilmiş İsa Məsihanın təsvirinin qaldığı iddia olunur. Müəyyən dövrlərdə kəfənlə bağlı ətraflı elmi araşdırmalar aparılıb, müxtəlif mülahizələr irəli sürülüb. Məsələn, kəfənin üzərindəkə fırça izləri olmadan çəkilmiş şəklin ancaq boyadan istifadə edərək çəkildiyi iddia olunub. Və ya bunun çürüməkdə olan insan bədənindən çıxan qazların yaratdığı “buğuqraf” olduğu qeyd edilib. Bəziləri isə bunun cəsədin təbii izi olduğunu sübut etməyə çalışıb. Bütün iddialara və təcrübələrə baxmayaraq, Turin kəfəni ilə bağlı aparılan bütün təhlillər nəticəsiz qalıb. Elm bu sirri hələ də açıqlaya bilməyib.
Naska təsvirləri
Cənubi Amerikada, And dağlarının ətəklərində, Perunun cənubunda, Sakit okeanın 50 kilometrliyində Naska yaylası yerləşir. Heç bir həyat əlaməti olmayan bu səhra Yer kürəsinin ən müəmmalı yerlərindən biridir. Yaylada çoxlu sayda məzar təpələri var. Təpəyə qalxanda Nasko yaylası sakinlərinin ən böyük müəmması olan nəhəng rəsmlər görünür. Yerin səthindəki xırda qırmızı daşları yerindən tərpədəndə, onların altında açıq rəngli qumun və gilin olduğu görünür. Yaylada bu günə qədər məlum olan 13 mindən çox xətt və fiqur mövcuddur. Külək min il ərzində onları təmizləyərək daha qabarıq edib. Səmadan baxanda bütün səhra boyu xətlər çəkildiyi görünür. Sanki nəhəng bir adam yaylanın üzərində albom vərəqində olduğu kimi şəkillər çəkib. Uçuş zolağı kimi düz və uzun xətlər, həndəsi fiqurlar, yarpaqlar, budaqlar, heyvan və quş təsvirləri, möhkəm spiral və ziqzaqlar, şəkillər heç bir yerdə qırılmayan xətlərlə çəkilib. XX əsrdə Naska xətləri ilə arxeoloqlar maraqlanmağa başlayıblar. Əvvəlcə bu xətlərə çox da əhəmiyyət verməyiblər. Belə qərara gəliblər ki, bunlar qədim suvarma kanalları və ya müqəddəs yerlərə aparan yollardır. Lakin tezliklə görüblər ki, Günəş bu xətlərdən birinin oxu boyu qürub edir, “kolibri”nin burnu yay gecə-gündüz bərabərliyində Günəşin doğduğu yeri göstərir. Onda qərara gəlirlər ki, bu qədim təqvimdir, hərçənd xətlərin çox cüzi hissəsini ulduzlu səma ilə tutuşdurmaq mümkün olur. Bəzi alimlər hesab edirlər ki, xətlər yeraltı çayların xəritəsidir. Naska xətlərinin sirri hələ də açılmayıb.
Piri Rəis xəritəsi
Xəritə 1929-ci ildə Topqapı Sarayının muzeyə çevrilməsi zamanı aşkarlanıb. Piri Rəis xəritəni 1513-ci ildə çəkib. Xəritədə Avropa və Afrikanın qərb sahilləri, Atlantik okeanının, Cənubi Amerikanın şərq sahilləri, Arktika və Avstraliya göstərilir. Avstraliya qitəsinin göstərildiyi ən köhnə xəritələrdən biridir. Xəritə portolan üslubunda çəkilib, yəni sahillər və limanlara dair məlumatlar var. Aralarında Kolomba aid bir xəritənin da olduğu iyirmi mənbə toplanaraq hazırlanıb. Piri Rəis xəritəsinin ən maraqlı cəhəti Piri Rəisin qitələr üzərində uçuş etmədən, ölçmə işləri aparmadan qitələr arası məsafələri düzgün hesablaması və sahil zolağını demək olar ki, səhvsiz verməsidir. Həmçinin qeyd etmək lazımdır ki, xəritənin çəkildiyi dövrdə Arktika rəsmi olaraq kəşf edilməmişdi.
Voyniç əlyazması
Voyniç əlyazması məlum olmayan dildə və əlifbada yazılmış, sirli bir kitabdır. Kitabda istifadə olunan əlifbanın oxumaq yönündə dilçilər uzun müddət çalışmalar aparsalarda, kitabda yazılanları oxumaq bu günə qədər mümkün olmamışdır. Kitabın 1450-ci illə 1520-ci illər arasında yazıldığı ehtimal edilir. Kitabın eni 15 uzunluğu isə 22 smdir. Səhifələrinin sayı 240 olsa da, 30-a yaxın səhifənin cırıldığı məlumdur. Kitabın adının Voyniç adlandırılmasının səbəbi, 1812-ci ildə kitabı köhnə bukinistdən almış Vilfred Voyniçin adı ilə bağlıdır. XX əsrin ortalarında, kitabın Voynic tərəfindən yazıldığı iddia olunurdu. Ancaq aparılmış laboratoriya araşdırmaları kitabın ən azı XVI əsrə aid olduğunu sübut edib.
Voyniç kitabında diqqəti cəlb edən ən önəmli məsələlərdən biridə, kitabda çəkilmiş şəkillərdir. Şəkillərdə ulduzlar, bitkilər və çılpaq qadınlar təsvir olunub. Şəkillərə əsasən, kitabın astronomiya sahəsində yazılıdığı və bu səhədə ətraflı məlumatların verildiyi məlum olur. Voyniç əlyazması, yüz ilə yaxındır ki, alimlər tərəfindən öyrənilir. Dilçilər, kriptoqraflar, tarixçilər və digər peşə sahiblərinin birgə apardığı araşdırmalar nəticə verməyib. Kitab bu gün Yel Universitetində qorunur.
Bimini Yolu
1968-ci ildə J. Manson Valentine Baham adalarından biri olan Bimini adasında su altında metrlərlə uzunluqda bir yol kəşf edib. Yolun salınma tarixinin təxminən 3500 il olduğu müəyyən edilib. Yolu təşkil edən kiçik düzbucaqlı qayalar səki daşı formasındadır. Bu vəziyyət yolun necə salınmasıyla bağlı fikir ayrılıqlarına səbəb olur. Bir qrup elm adamının apardığı araşdırmalar əsasında bunun təbii bir proses olduğunu iddia olunsa da, bəzi alimlər bunu yetərli hesab etmir və yolun insanlar tərəfindən inşa edildiyini söyləyir.
Bimini Yolu proqnozları ilə şöhrət qazanmış Edqar Caycein 1938-ci ildə itmiş Atlantidadın qalıqlarının Bimini yolu sayəsində kəşf ediləcəyini söyləmişdi. Otuz il sonra keçirilən bu kəşf bəzi adamları Bimini yolunun əfsanəvi Atlantida qitəsinin yolu olduğuna inandırsa da yol haqqındakı mübahisələr hələ də davam edir.
NUH.az
- Merkel xatirələrini yazdı: 41 il əvvəl Azərbaycana niyə gəlmişdi?
27 noyabr 2024 15:45
- Əli Məsimli: - Korrupsiyaya, məmur özbaşınalıqlarına qarşı mübarizənin gücləndirilməsi...
26 noyabr 2024 20:15
- Səyyad Aran: - A kişi, qurtarın da bunları -
26 noyabr 2024 18:03
- 240 min iş yeri açıqlacaq? (AÇIQLAMA)
25 noyabr 2024 14:24
- Azərbaycanlı idmançı erməniləri yenərək QALİB OLDU – FOTOLAR
25 noyabr 2024 13:59
- Milli Məclisin sədrindən mühüm açıqlamalar
25 noyabr 2024 13:08
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 2024 14:46
- Deputat Elşad Musayev: - Fransanın vicdanı qana batıb -
28 noyabr 13:54
- Azərbaycanın dövlət borcu açıqlandı
28 noyabr 13:24
- İlham Əliyev həmkarını təbrik etdi
28 noyabr 11:21
- Azərbaycanda ən yaşlı və ən GƏNC rektorlar (SİYAHI)
28 noyabr 11:04
- Deputat: - Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır-
28 noyabr 09:48
- O niyə İslamdan imtina etmişdi?
28 noyabr 09:30
- Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?
28 noyabr 09:07
- Bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib
28 noyabr 00:19
- AZAL-dan -Uçuran Cümə- kampaniyası: aviabiletlərə 30%-ə qədər endirim
28 noyabr 00:01
- Tovuzda dəhşətli qəza: 5 hərbçimiz həlak oldu
27 noyabr 22:55
- Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi
27 noyabr 21:31
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi
27 noyabr 21:13
- Deputat: - Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir -
27 noyabr 20:22
- Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
27 noyabr 16:11
- Prezidentin rektor təyin etdiyi Kamilə Dadaşzadə kimdir? - DOSYE
27 noyabr 15:54
- Merkel xatirələrini yazdı: 41 il əvvəl Azərbaycana niyə gəlmişdi?
27 noyabr 15:45
- Etibar Əliyev: - Prezidentə təşəkkür edirəm, vəziyyətimi nəzərə aldı-
27 noyabr 15:36
- ABŞ və Türkiyə razılaşdı: F-35 təyyarələri...
27 noyabr 00:09
- Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər
26 noyabr 23:53
- NAR abunəçiləri üçün -İnternet Kredit - xidmətini təqdim edir
26 noyabr 20:49
- Əli Məsimli: - Korrupsiyaya, məmur özbaşınalıqlarına qarşı mübarizənin gücləndirilməsi...
26 noyabr 20:15
- Bu qidaları ağzınıza da atmayın: Çiy yeyildikdə öldürür
26 noyabr 19:54
- -Capital City- tikinti şirkəti obyektləri və yaşayış evlərini sakinlərin başlarına uçurmaqdan çəkinmir
26 noyabr 18:59
- Səyyad Aran: - A kişi, qurtarın da bunları -
26 noyabr 18:03
- Milli Məclisin iclası başladı: Dövlət büdcəsinin müzakirəsi davam edir
26 noyabr 12:06
- Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapıldı
26 noyabr 12:00
- İsti qidalar xərçəngə səbəb olur - Diqqətli olun!
26 noyabr 11:00
- İlham Əliyev Trampa zəng vurdu
26 noyabr 10:35
- TƏCİLİ: Mingəçevir su anbarında ZƏLZƏLƏ
26 noyabr 10:22
- Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
26 noyabr 10:13