Rasim Musayev MTN generalından nə xahiş edib?

Ləğv edilmiş MTN-in general-mayoru Mövlam Şıxəliyev və polkovnik-leytenantı Vüsal Ələkbərovun əməlləri Daxili İşlər Nazirliyinin mərhum generalı Rasim Musayevin də işə qarışmasına səbəb olubmuş.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Musayev dostu, zərərçəkən Bahəddin Sultanov üçün M.Şıxəliyevə zəng edib.
İstintaqa ifadə verən B.Sultanov deyib ki, 1994-2004-cü illərdə Binəqədi rayonunda “JEK” rəisi, sonra isə Biləcəri qəsəbəsi üzə icra nümayəndəsi işləyib. Hazırda “Bandotdel” tərəfindən istintaqı aparılan cinayət işi üzrə dələduzluqda ittiham edilərək həbs olunub: “1994-1995-ci illərdə Bakı-Sumqayıt yolunun “Vazın kruqu” deyilən yerin yaxınlığında 4 hektar yer alıb 4 ferma tikdirirdim və onları oğlum İntiqamın adına sənədləşdirdim. Bundan başqa, 2007-ci ildə Alma-Ata şəhərində mehmanxana və marketdən ibarət kompleks tikdirdim. 2008-ci ildə tikinti işlərini tamamlamaq üçün Bakıya gələrək “Texnikabank”dan 1 milyon dollar kredit götürmək üçün müraciət etdim. Bankın Bakı filialının müdiri Zal Yusifov fermanın sənədlərini girov qoymağımı istədi, elə də etdik. İntiqama guya,krediti götürməsinə dair sənədlərə qol çəkdirdi. Amma dedi ki, bankda nağd pul olmadığı üçünkreditin verilməsi gecikir, belə 3-4 ay keçdi. Mən də sənədləri geri qaytarmasını istədim, Zal Yusifovkredit borcunu ödədiyimizə dair arayış verdi, bu yolla notariusdan sənədləri geri aldıq və fermaları 1 milyon dollara satdım”.
Rasim Musayev: “Bahəddini incitməyin, nə söhbət varsa...”
B.Sultanov deyib ki, götürə bilmədikləri kreditə görə 2009-cu ildə oğlu ilə birlikdə MTN-ə çağırılıb və orada Vüsal Ələkbərov onu qəbul edib: “Vüsal məndən Masis rayonundan olduğumu deyib anasının da həmin rayonun Mehmandar kəndindən, qəssab Əlinin qızı olduğunu dedi. Atam Abdullanın qəssab Əli ilə dost olduğunu, onu yaxşı tanıdığını dedim. Vüsal da “Zal Yusifovla dövlətin pulunu alıb yeyəndə bilmirdiz belə olacaq?” deyib. Mən də faktiki olaraq kreditin götürülmədiyini deyib notariusdan borcun bağlanması haqda sənədi verdim. Vüsal onun mənasız kağız olduğunu dedi və 1 milyonu qaytarmağı tələb etdi. Mən də Rasim Musayevə vəziyyəti dedim. Həmin vaxtGəncə Şəhər Polis İdarəsinin rəisi idi, amma onunla Binəqədidə rəis müavini olanda tanış olmuşduq. Rasim Musayev MTN-in İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevə zəng edib “Bahəddini incitməyin, nə söhbət varsa, danışıb həll edin” deyə tapşırdı. Sonra Vüsal məni çağırıb dedi ki, Mövlam Şıxəliyev Rasim Musayevin zəng etməsini nazirliyin rəhbərliyinə çatdırıb, onlar da işin həll olunması üçün 500 min dollar güzəşt edəcəklərini deyiblər. Mən yalnız 4-5 min manat hörmət edə biləcəyimi dedim. Vüsal “onda bizdən küsmə, nəticə yaxşı olmayacaq” dedi”.
Mövlam Şəxliyev: “Sənə dedim axı bu ***-ni sal içəri”
B.Sultanovun sözlərinə görə, bundan sonra V.Ələkbərov bir-neçə dəfə də onu otağına çağırıb təhdid edib, krediti verməsə oğlu ilə birlikdə həbs ediləcəklərini deyib: “Bir dəfə onun otağında olanda Mövlam Şıxəliyev gəlib məni təhqir edərək krediti ödəməyimi tələb etdi. İyunun 15-də oğlum İntiqamı həbs etdilər, 10-15 gün sonra Vüsal məni çağırıb “rəhbərliyin göstərişi var, Mövlam Şıxəliyev deyir ki, səni də içəri salaq”,- dedi. Həbs olunacağımdan qorxub Vüsaldan kömək istədim, o isə Mövlam Şəxliyevlə məsləhətləşməli olduğunu dedi. Getdi, sonra isə gəlib “Mövlam Şıxəliyev 360 min dollar istəyir, 10 min də mənə verməlisən, bunun o pula aidiyyatı yoxdur” dedi, razılaşdım. Qardaşım Mirzə Paşayevə zəng edib evdəki 250 min dolları götürüb, qohum, dost-tanışdan borc alıb 360 min düzəldib MTN-ə gətirməsini dedim. Vüsal dedi “pul gəlsin, səni buraxaq, oğlunu sonra buraxacağıq”, etiraz etmədim. Gecəni Vüsalın otağında gözlədim, səhər tezdən Mövlam Şıxəliyev otağa girib Vüsala “bunu hələ salmamısan içəri? Sənə dedim axı bu ***-ni sal içəri” dedi. Vüsal isə “rəis, gəlirlər, çatırlar” deyə cavab verdi”.
“Balamın canı üçün o puldan mənə bir qəpik də çatmır”
B.Sultanov qeyd edib ki, 360 min dollar generala verilsə də, polkovnik də özünün 10 min dollarını tələb edib və alıb: “Günorta saatlarında Mirzə kirvəm İbrahimlə MTN-ə gəldi, Vüsalın otağına girmədən uzaqdan mənlə salamlaşdılar. Vüsal onlara dedi ki, Mövlamın otağına getsinlər, özü də onlarla birgə getdi. Təxminən yarım saat sonra Mirzə ilə İbrahimi yola salıb mənim yanıma gəldi və “pulu Mövlam Şəxliyevə verdilər. “Bir daş altda, bir daş üstdə, biz səni tutmayacayıq, oğlunu da buraxacam, balamın canı üçün o puldan mənə bir qəpik də çatmır, mənim şirinliyimi də gətir”, -dedi. Saat 15-də məni buraxdı, dedi ki, 19:30-da pulu nazirliyə gətirim. Evə gedib pulu götürüb geri qayıtdım, nazirliyin qarşısında maşında gözləyirdim. Vüsal maşınla gəlib mənə ardıyca sürməyimi işarə etdi. Bir qədər gedəndən sonra saxladı, düşüb onun maşınında arxa oturacağa oturdum. Pulu Vüsala verəndən sonra “gələrsən, kağızını verərəm, gedib oğlunu götürərsən” dedi. İki gün sonra məni çağırıb İntiqamın həbsdən azad olunması haqda qərarı verdi. Bakı İstintaq Təcridxanasında gedib, İntiqamı çıxartdım. Onun işi Zal Yusifovla birgə məhkəməyə göndərildi, İntiqama 2 il şərti cəza verildi”.
Qeyd edək ki, hazırda V.Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
General R.Musayev 2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. 3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat edib.
NUH.az
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 2025 20:10
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 2025 14:24
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35