Dövlət xidmətinin rəisi “Kubanskaya semeçka”nı niyə müdafiə edir?

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri(AİİB) Eyyub Hüseynovun Azərbaycanda yağ adına zəhər satılması ilə bağlı açıqlamalarını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçilarin hüquqlarinin müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayev deyəsən eşitməyib. Ola bilər ki, eşitmək istəməyib. Belə olmasaydı, bu gün ölkə boyu mağazaların piştaxtalarını bəzəyən, vətəndaşları zəhərləyən “Кубaнская семечка” yağı ilə bağlı əməli tədbir görülərdi.
Ötən ilin dekabrın ortalarında Eyyub Hüseynov mətbuatda ildırım surəti ilə yayılan bir açıqlama yaydı. Dedi ki, “Кубaнская семечка” yağının ekspertizasını keçirib. Eyyub Hüseynovun sözlərinə görə, buna səbəb istehlakçılardan daxil olan telefon zəngləri və AİİB-ə ərizə ilə müraciət etmiş Bakı şəhəri sakini Səidə Məmmədovanın şikayət ərizəsi olub.
Vətəndaşların qaldırdığı məsələyə aydınlıq gətirmək üçün marketlərdə satılan 1 litrlik “Кубaнская семечка” bitki yağının akkreditasiya olunmuş laboratoriyada laborator müayinəsini aparılıb. Məqsəd bu yağların həqiqətən etiketində yazıldığı kimi “qarğıdalı yağı” olub-olmamasını müəyyən etmək olub. Laboratoriya müayinələri bitki yağlarına məxsus yağ turşularının, xüsusən də qarğıdalı yağını xarakterizə edən C16:0 palmitin yağ turşusunun kütlə payının araşdırılmasına yönəlib və məlum olub ki, istehlakçıların narazılığı səbəbsiz deyil. “Кубaнская семечка” bitki yağının qarğıdalı yağı olmadığı müəyyən olunub. Bəs “Кубaнская семечка” markası altında satılan yağ qarğadalı yağı deyilsə, nə yağdır?
Araşdırmalar zamanı bəlli olub ki, “Azad İstehlakçılar” İctimai Birliyinə şikayət edən istehlakçı Səidə Məmmədova İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçilarin hüquqlarinin müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayevə də müraciət edibmiş.
İstehlakçı xanım hüquqlarını qorumalı olan xidmət rəisinin diqqətinə çatdırıb ki, orqanizmi digər yağlara həssas olduğundan həmişə qarğıdalı yağı işlədir. Növbəti dəfə marketdən Rusiya istehsalı olan “Kubanskaya semeçka” qarğıdalı yağı alıb. Xörək hazırlayarkən həmin yağdan istifadə edib. Bundan sonra isə orqanizmində ciddi fəsadlar meydana çıxıb, başı ağrıyıb, ürəyi bulanıb, qaytarmalar və s. olub. Həkim müdaxiləsindən sonra birtəhər özünə gəlib. Səbəbini qarğıdalı yağında gördüyündən yağın tərkibinin araşdırılması məqsədi ilə Azad İstehlakçıkar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. Laboratoriya şəraitində yağın tərkibi yoxlanılan zaman bəlli oldu ki, heç də “Kubanskaya semeçka” nın tərkibində qarğıdalı yoxdur. Standartlara cavab vermir. Tərkibin hansı qarışıqlardan ibarət olduğu da bəlli deyil. Bu barədə elektron mətbuatda da materiallar dərc olunub. Tərkibi bəlli olmayan yağların satışı İstehlakçıların hüquqlarını ciddi şəkildə pozduğundan, bu barədə qanunu şəkildə tədbir və ölçü götürmək və nəticəsi barədə bir istehlakçı olaraq ona məlumat verilməsini də Zahid İsayevdən xahiş edib.
İstehlakçının müraciətində göstərdiyi məlumatların yoxlanılması üçün hansı addımların atıldığını və ya atılmadığını öyrənmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçilarin hüquqlarinin müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayevlə əlaqə saxlamağa cəhd etdik. 498-15-01 telefon nömrəsini yığıb rəislə danışmaq üçün 30 06 daxili nömrəsini yığdıq. Zahid İsayevin köməkçi Vüsalə xanım dedi ki, suallara cavabı İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən. Sorğumuza qısa müddətdə cavab verəcəyini bildirən şöbə əməkdaşı sonrakı zənglərimizi cavabsız buraxdı. Səbəbi haqda yanlız ehtimalar irəli sürmək olar – məsələn düşünmək olar ki, Azərbaycan istehlakçıların hüquqlarını qorumalı olan qurum rəsmiləri öz işlərini görməkdə həvəsli deyil. Halbuki oturduqları geniş, yaxşı isidilən, işıqlı otaqlardakı kreslolar, xidməti maşınlar, köməkçi-katibələr, aybaay büdcədən aldıqları məvacib də məhz istehlakçıların hüquqlarını müdafiə etmələrinə görə bu adamlara verilir. Bu adamlar isə öz işlərini görmürlər, hərəkətsizlik edirlər. Niyə? Maraqları, məqsədləri nədir? /istiqlal.az/
NUH.az
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 2025 23:42
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Bu gün Anarın doğum günüdür
14 mart 2025 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
14 mart 2025 11:28
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 2025 15:43
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 2025 14:35
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 2025 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 2025 12:08
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 2025 11:25
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 2025 00:24
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50