Əmlak Məsələləri Dövlət Komitəsinin hərrac illüziyası... - Milyonlar necə gizlədilir?

Dövlət əmlakının özəlləşdirilməsi prosesi ilk olaraq 1995-1998-ci illəri əhatə edir. Devalvasiyadan sonra isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bir çox dövlət əmlakı satışa çıxarılmağa başlanılıb. Zaman-zaman satışa çıxarılan dövlət əmlakının siyahısı, hərracların gedişatı barədə media vasitəsilə məlumat verilir. Amma Azərbaycan ictimaiyyəti keçirilən hərraclara hələ də inanmır və etimad etmir. Yəni bu hərracların keçirilməsində neqativ halların qaldığına inanlar var.
Məsələ ilə bağlı yeniçağ.az-a danışan hərrac məsələləri üzrə ekspert Hafiz Babalı deyib ki, 2016-cı ilin sentyabr ayına qədər keçirilən hərracların əksəriyyətini məhkəmə qaydasında mübahisələndirmək mümkündür:
“Çünki hərraca çıxarılan müəssisələrin həm qiymətində, həm də bu hərracların şəffaflığı baxımından çoxlu sayda şübhəli məqamlar var. Yəni burada həm əmək kollektivlərinin hüquqlarının pozulması, həm əmlakın bazar qiymətinə uyğun olub-olmamasını mübahisələndirmək mümkündür. Qanunvericiliyə əsasən, hərraca çıxarılan əmlakın qiyməti bazara uyğun olmalıdır ki, sonra daha yaxşı qiymətə satılsın. Keçən ilin sentyabrına qədər keçirilən 99/100-da rəqabətlilik prinsipinə əməl olunmayıb. Yəni əmlaklar o halda satışa çıxarılıb ki, əksər hallarda onların konkret alıcısı olub və satılıbdır. Təsadüfi halda hərracda qeyri-yaşayış sahələrinin satılmaması müşahidə olunub. Amma bu, istisnadır.
Prezidentin ötən ilin may və iyun aylarında verdiyi fərmanlardan sonra bu porses sanki yeni bir məcraya düşdü. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunvericiliyin tələblərinə əməl etməyə çalışır. Burada da müəyyən nöqsanlı cəhətlər, çatışmazlıqlar var. Amma bir daha qeyd edirəm ki, buna qədər aparılan özəlləşdirmədəki pozuntular, dövlət büdcəsindən yayındırlan vəsaitlər və digər məsələlər çoxlu şübhələr doğurur. Buna görə də sözügedən sahəyə məsul olan, xüsusilə komitə sədri, müavinləri, şöbə müdirləri, əmlakın qiymətləndirilməsinə cavabdeh olan şəxslər birbaşa məsuliyyət daşıyırlar. Təəssüflər olsun ki, Azərbaycanda özəlləşdirməyə dövlət və ictimai nəzarət olmadığına görə biz bu hallarda məsuliyyət tədbirlərini görə bilmirik. Eyni şəxslər prosesi davam etdirirlər. Artıq dövlət büdcəsinin doldurulması ilə bağlı tapşırıqlar verilib və komitə özünü buna kökləyib. Hesab edirəm ki, köhnə komanda ilə yeni işi görmək düzgün deyil. Komanda yenilənməlidir, komitəyə daha layiqli insanlar gəlməlidir. Fikir verirsinizmi, hələ də cəmiyyətdə şübhələr var ki, Azərbaycanda həqiqətənmi hər şey qaydasındadır, dövlət əmlakının hərracı qanuni əsaslarla keçirilir? Bu, mənfi təcrübənin nəticəsidir ki, biz hərracların doğru-düzgün keçirilməsinə inanmırıq. Bu inamsızlığı aradan qaldırmaq üçün kardinal dəyişikliklərə ehtiyac var”.
H. Babalı deyib ki, bu gün hərraca çıxarılan əmlakların böyük əksəriyyəti bir investorun təklifinə əsasən özəlləşdirilir və qiymət artımları müşahidə olunmur: “Hərraca çıxarılan əmlak elə hərrac qiymətinə də satılır. Eyni zamanda informasiyanın geniş auditoriyaya çatdırılmasında da nöqsanlar var. Artıq bu informasiya təminatı məsələsidir. Bu məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi dövlət büdcəsindən külli-miqdarda vəsait əldə edir. Söhbət milyonlardan gedir. Əmlak komitəsi milyonlar xərcləyir, amma biz onu görə bilmirik. Görünən odur ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi əvvəlki kimi hərraclar barəsində məlumatı özünün 3 min tirajla çıxan “Mülkiyyət” qəzetində verir, müəyyən qədər press-relizlər yayır və yeni yaratdığı platforma üzərindən məlumat verilir. Bukletlər olmalıdır və onları əhalinin gur olduğu yerlərdə paylamaq lazımdır. Maraqlı şirkətlərə hərracla bağlı elektron poçtla məktublar göndərmək mümkündür ki, daha çox alıcı kütləsi hərraclara cəlb olunsun. Misal üçün, “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi ilə bağlı əlçatan informasiyalar komitə ictimaiyyətə çox xəsisliklə verir. Məlumat ancaq komitənin informasiya bazasında yayılır. Təsəvvür edin ki, bu müəssisənin özəlləşdirilməsi üçün “KPMG” beynəlxalq məsləhət şirkəti dəvət olunub. O şirkət nə iş görüb məlum deyil, amma həmin müəssisəni alacaq tərəf bu məsləhət şirkətinə 160 min manat ödəməli olacaq. “KPMG” beynəlxalq məsləhət şirkətinin bu kombinatın özəlləşdirilməsi üçün xarici investorlar arasında nə iş apardığını vizual olaraq görə bilmirik”.
NUH.az
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 2025 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 2025 14:35
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 2025 12:36
- Hacı Zeynalabdin Tağıyevlə Nərimanovun məşhur mübahisəsi: Cibində bir qəpik pulu yoxdur…
11 mart 2025 18:21
- Qorbaçov zınqırovdur, dövlət papağı onun başı üçün deyil - Qromıko; 40 il öncə bu gün...
11 mart 2025 18:05
- 4 MİLYАRD manat ölkədən NECƏ OĞURLANIB - Elə faktlar var ki...
11 mart 2025 16:27
- Görürsünüz ki, Tramp hakimiyyətə gəlib qəpik hesablayır
10 mart 2025 23:18
- Paşinyan qəzəbləndi, kükrədi: Hakimiyyətə məni heç kim gətirməyib, xalq...
10 mart 2025 22:44
- Artur Rasizadə adının tarixçəsini danışdı - ÖZƏL
10 mart 2025 11:29
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50