Deputat Nəriman Əliyevin adı 300 minlik qalmaqalda… – TƏFSİLAT
Vətəndaşların hüquqlarının pozulması halları ilə dəfələrlə rastlaşmışıq. Bir çox hallarda bu məsələlər hüquqi müstəvidə həll edilir. Günahkarlar cəzalandırılır, hüquqları pozulmuş şəxslər isə qanunun yol verdiyin şəkildə müdafiə olunurlar. “Kivnews.com” İnformasiya Portalına yeni bir şikayət məktubu daxil olub. Masallı rayon sakini, hazırda Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yaşayan Rasim Rəfiyev adlı vətəndaş övladlarının başına gələn fakt barəsində danışdı.
Yazıya başlamamışdan öncə qeyd edək ki, söhbət 300 min manatdan gedir.
Şikayətçi Rasim Rəfiyev bildirdi ki, oğlu Fərhad Rəfiyev 2007-ci ildən “Karkas” avtomobil ehtiyyat hissələri dükanında satıcı vəzifəsində çalışıb. Daha sonra isə “Karkas” mağazalar şəbəkəsinin adında dəyişiklik edilərək “Ştutqart” adı altında fəaliyyət göstərməyə başlayıb. Oxucularımızın nəzərinə çatdıraq ki, Mağazalar şəbəkəsinə Masallı rayonundan millət vəkili seçilmiş Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev müdirlik edir. Amma millət vəkilinin adı rəsmi sənədlərdə qeyd olunmasa da, rəhbərlik kimi onun adı çəkilir.

Rasim Rəfiyev: “Bildirirəm ki, 2016-cı ilin dekabr ayının əvəllərində Əfqan Abdullayev oğluma bildirib ki, yanvarın 3-də rəhbərin (Nəriman Əliyevin) qızının toyudur, ayın 4-də isə sizin işdən çıxarılmanıza baxılacaq. Oğluma bildiriblər ki, guya dükana 200 min manat ziyan vurmusunuz. Bu xəbəri mən eşitdikdə, həmyerlim olan Əfqan Abdullayevin atasına zəng edərək, baş verənlərlə bağlı maraqlandım və onunla görüşmək istədiyimi bildirdim. 4 dekabr tarixində Əfqanın atası ilə evlərində görüşdüm və görüşə Əfqan Abdullayev də gəldi. Əfqandan oğlumun onlara nə ziyan vurduğunu soruşduqda, bildirdi ki: “Oğlanların bizə heç bir ziyan vurmayıb, əksinə mağazanın inkişafına, tanınmağına, böyük gəlirlər əldə etməsinə çalışıb”. Belə olduğu halda 200 min manat vəsaitin nə üçün tələb olunduğunu soruşdum. Əfqanın sözü belə oldu ki, “rəhbər tapşırıb 200 min al, işdən çıxar və o cümlədən bundan sonra avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmasınlar. Çünki bizim rəqibimiz ola bilərlər. Olacaqları halda buna imkan verilməyəcək. Çünki güc biz tərəfdədir”.

Vətəndaş qeyd edir ki, dekabrın 6-da Nizami Rayon Polis İdarəsinin iki əməkdaşı oğlunun yaşadığı Nəsimi rayonu Asif Məhərrəmov 33 B, mənzil 15 ünvanına gələrək oğlu Fərhad Rəfiyevi özləri ilə Polis İdasəsinə aparıblar: “Qeyd edim ki, oğlumun Polis İdarəsinə çağırılması ilə bağlı əvvəlcədən heç bir dəvət olunmayıb.Oğlum Polis Idarəsinə aparıldığı ilə bağlı mənə məlumat verəndə Nizami Rayon Polis İdarəsinə getdim. İlk əvvəl belə bir adamın idarəyə gətirilmədiyini bildirdilər, sonra isə məlum oldu ki, oğlum İdarənin 303-cü otağındadır. Və məni də ora dəvət etdilər. Yüksək rütbəli polis zabiti (mülki geyimli polis nəfərlərindən birinin adı Mehrac idi) mənə bildirdi ki, Əfqan Abdullayevin tələb etdiyi 300 min manat ödənilməlidir. Əks halda bu şikayət sənədləşəcək və bu halda oğlunuz barəsində 8 ildən 12 ilə kimi iş gözlənilir. Sənədləşəndən sonra pul ödənilsə belə, yenə cinayət işi açılacaq. Hətta Polis İdarəsinin 303-cü atağında Əfqan Abdullayev bildirdi ki, “polisə müraciət etməmişdən öncə qoyulan 24 saat ərzində 200 min manat ödənilmədiyindən rəhbərlik (Nəriman Əliyev) tələb edib ki, bu gün məbləğ 300 min manat olmalıdır”.

Şikayətçi Rasim Rəfiyev qeyd edir ki, oğlunun günahı olmadan şərlənərək Polis İdarəsinə gətirilməsini və orada onun səhətinin pisləşdiyini görərək, əlacsız qaldığından onların dediyi ilə razılaşıb: “Bildirdim ki, ödəniləcək məbləğə görə evimi və avtomobilimi verməyə hazıram. Bundan sonra Xətai rayonunda yerləşən ASAN Xidmət mərkəzinə gedərək oğlumun 109 kvadratlıq evini və avtomobillərimi onların adına keçirtdik. Qeyd edim ki, bu zaman nə əldən ələ, nə bank yolu ilə pul edənildi. Hansısa formada qəbz yazılaraq sənədlərə əlavə edildi. Alqı-satqı ilə bağlı bizə heç bir sənəd təqdim olunmadı”.

onda qeyd edək ki, surəti “Kivnews.com” İnformasiya Portalına göndərilən şikayət ərizəsinin əsli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cənablarına, Azərbaycan Respublikasının Daxili işlər naziri Ramil Usubov cənablarına, Azərbaycan Respublikasının Bakı şəhər prokuroru Əziz Seyidov cənablarına, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə, Milli Məclisin sədri Oqtay Əsədov cənablarına ünvanlanıb.
Rasim Rəfiyev: “Cənab prezident, hesab edirəm ki, Masallı rayon sakini Əfqan Abdullayev və onun rəhbərim deyərək müraciət etdiyi şəxs millət vəkili Nəriman Əliyev bizim hüquqlarımızı pozmuşdur. Çünki oğlum mağazada satıcı işlədiyi halda bu qədər vəsaiti mənimsəyə bilməzdi. Digər tərəfdən də, yuxarıda qeyd etdiyim ki, Əfqan Abdullayevin özü də etiraf etmişdi ki, oğlum Fərhad Rəfiyev onlara heç bir ziyan vurmayıb. Sadəcə olaraq, Əfqan Abdullayev rəhbərinin əsassız göstərişini yerinə yetirərək bizə küllü miqdarda ziyan vurmuşdur. Bir ata kimi, sizdən xahişim ondan ibarətdir ki, başıma gələnlərlə bağlı obyektiv araşdırma aparılmasına göstəriş verəsiniz. Və mənzilin, avtomobillərin ailəmə qaytarılmasına yardımçı olasınız”.
“Kivnews.com” İnformasiya Portalı olaraq “Ştutqart” mağazalar şəbəkəsinin müdiri Əfqan Abdullayevin sonu XXX XXX -22-72, o cümlədən “Ştutqart”ın saytında göstərilən mərkəzi ofisin 012-565-32-42 saylı telefonlarına dəfələrlə zəng vursaq da, zənglərimizə cavab verən olmadı. Əməkdaşımız əlacsız qaldığından mərkəzi ofisin satış menecerlərinin 055-790-27-07 telefon nömrəsi ilə əlaqə yaradaraq özünü Əsəd müəllim kimi təqdim edən şəxslə danışaraq, Əfqan Abdullayevlə danışmaq istədiklərini bildiriblər. Qarşı tərəf bu barədə Əfqan Abdullayevə məlumat veriləcəyini bildirməklə, əməkdaşımızın əlaqə nömrəsi də götürüb. Bir neçə gün gözləsək də, qarşı tərəfdən heç bir cavab gəlmədi. Amma istənilən halda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
“Kivnews.com” İnformasiya Portalı
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
4 mart 2026 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 2026 11:04
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05



