Qarabağ müharibəsi əlili prezidentə müraciət etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Bakı şəhəri, Nizami r-nu, Q. Qarayev
Pr., ev 120, m. 28-də yaşayan ehtiyatda
Olan II qrup Qarabağ Müharibəsi əlili
Hüseynov Zakir Zahid oğlunun
Tel: (012) 376-89-92; (050) 538 36 56
MÜRACİƏTİ
Hörmətli Prezident!
Mən, 20.10.1992-ci ildə, bir zabit kimi könüllü olaraq hərbi xidmətə yollanmışam. 08.08. 1993-cü ildə düşmənlərə qarşı gedən döyüşlər zamanı ağır yaralandım və ayağımı dizdən yuxarı itirməklə II qrup əlil oldum. Yaralandıqdan sonra da təxris olunmayıb Müdafiə Nazirliyinin tabeliyində olan hərbi kommisarlıqlarda hərbi xidmətini davam etdirdim.
24.06.2009-cu ildə ştat ixtisarı ilə ixtisar olunmuş, sərəncama götürülmüşdüm. “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) vaxtından əvvəl heç bir qüsurum olmadığı halda son yaş həddinə çatmamış hərbi xidmətdən 46 yaşında ehtiyata tərxis etdilər. Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı şəhəri, Nizami rayonu Hərbi Kommisarlığında mülki işçi kimi işə qəbul olundum. Bu vəzifədə hazırkı vəzifə maaşın 350-400 manat civarındadır.
2012-ci ildə hərbi kommisarlıq sistemi yenidən qurularaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra guya işçi sayının azalması və ya ştatların ixtisara salınması “əsas” götürülməklə (AR ƏM, 70-ci maddə) tutduğum vəzifədən qeyri-qanuni olaraq azad edilmişəm.
Bir müddət sonra isə məni SHXÇDX-nin nəzdində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin Bakı şəh. Xətai rayon filialında mühəndis-mexanik kimi işə qəbul etdilər.
Döyüş və əmək fəaliyyətin barədə qısaca məlumat verdikdən sonra müraciətimin məqsədinə keçmək istəyirəm:
-Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə ixtisara salınmağım ədalətli olmamışdır, çünki mən vəzifəmin öhdəsindən lazımınca gəlirdim, həm də bir veteran və müharibə əlili kimi ixtisara salınmalı deyildim ( bu , “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və “Əlillərin sosial müdafiəsi haqqında” Qanunun 24 və 29-cu maddələrinə ziddir. Hətta Əmək Məcəlləsinin 78-ci maddəsi də buna yol vermir). Bundan başqa, mənim tutmuş olduğum ştat ixtisara düşməyib, sadəcə adı dəyişib və həmin ştata başqa şəxs müfəttiş olaraq qəbul edilmişdir. Maaşı da yuxarıda göstərdiyim kimi, 350-400 manat arasındadır, yəni mənim indiki maaşımdan dəfələrlə çox. Bu qədər maaş fərqi olan çox daha aşağı vəzifəyə keçirilməyə mən necə razılıq verə bilərdim?
-Hazırda HVMH-də işlədiyim mühəndis-mexanik vəzifəsi əsla mənim ixtisasıma uyğun deyildir, mən nə mühəndisəm, nə də mexanik işini bilmirəm.
İndiki iş yerindən aldığım 143 manat heç mənim müalicə xərclərimə kifayət etmir, habelə hərbi rütbəmə uyğun deyildir. Mən polkovnik-leytenant kimi ehtiyata buraxılmışam.
-Ahıl valideyinlərim ermənilərlə həmsərhəd kənddə yaşayır, daim düşmən atəşinə məruz qalırlar. Mən onların da qayğısına qalmalıyam. Həyat yoldaşım və qızım 2003-cü ildə vəfat etmişlər. Hal-hazırda himayəmdə azyaşlı yeganə oğlum var, mən ona həm ata, həm də anayam.
-Dəfələrlə ixtisas və təcrübəmə uyğun işlə təmin olunmaq üçün SHXÇDX-nin hazırkı rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olmuşam, bu orqana yazılı müraciət etmişəm (surətləri qoşulur). Lakin bu günədək məsələ həllini tapmamış və mən münasib işlə təmin olunmamışam, odurki müraciətlərimi bir daha bu orqana göndərməməyinizi Sizdən çox rica edərdim.
Möhtərəm Prezident!
Mən işğal olunmuş ərazilərimizin azad olunması üçün yenə öz canımı verməyə hazıram.
Respublikanın ərazi bütövlüyü uğrunda sağlamlığımı itirməyimi, himayəmdə azyaşlı övlad olmasını, ahıl valideyinlərinin sərhəd kəndində yaşamalarını, iş təcrübəm və ixtisasımı nəzərə alıb mənim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaşayış yerinə yaxın Bakı şəhər idarəsindən birində işlə təmin olunmağım barədə göstəriş verməyinizi Sizdən xahiş edirəm.
İmza: Hüseynov Zakir Zahid oğlu.
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 2024 20:02
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 2024 20:24
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 2024 16:11
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 2024 12:23
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Mirşahin Ağayev onu vətən xaini kimi təqdim etdi - Video
17 dekabr 2024 11:24
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54