Nuray Bayramzadənin vəkili KİV-ə müraciət etdi
Nuray Bayramzadənin vəkili Balabəy Məlikov kütləvi informasiya vasitələrinə müraciət edib.
NUH.az-a daxil olan müraciətdə deyilir:
Bir müddət əvvəl kütləvi informasiya vasitələrində Quba Rayon İcra şöbəsinin icra məmurları tərəfindən məhkəmənin qanuni qüvvə almış qətnaməsinin icrası zamanı on bir yaşlı Nuray Bayramzadəyə qarşı zor tətbiq edildiyi görüntüləri ictimailəşdi.
Video görüntülərdən o da görünür ki, icra məmuru uşaq ilə söhbət edərək, ona atası ilə iki gün yaxud bir gün gedib yaşamağı təklif edir. Uşaq Nuray Bayramzadənin öz fikrini aşağıdakı məzmunda tam və dəqiq ifadə etməsi də diqqəti cəlb edir : “ … Yalvarıram məni tanımadığım adama verməyin!!!” Bundan sonra icra məmurunun müşayəti altında tələbkar Əvəz Bayramov uşağın qolundan tutub onu üzüqoyulu şəkildə yerdə sürütdüyür. İcra məmurları bu işdə tələbkara həm şərait yaradırlar, həm də tələbkara uşağa qarşı zorakılıq hərəkətinin edilməsində köməklik göstərirlər. Bu qısa məzmunlu və artıq hamıya bəlli olan fikirləri qeyd etməklə bildirmək istəyirəm ki, müxtəlif kütləvi informasıya vasitələrində bu hadisə ilə əlaqədar müxtəlif yanaşmalar olmuşdur. Fikir müxtəlifliyinin olması yaxşı haldır. Ancaq bəzi hüquq müdafiəçilərinin kütləvi informasiya vasitələrində baş vermiş hadisədə tərəflərin guya əmlak maraqlarının olduğu kimi mülahizələr söyləməsi tamamilə anlaşılmır. Görəsən hüquq müdafiəçisinin insan hüquqlarına qarşı olan baş vermiş hadisəni tərəflərin əmlak maraqları ilə əlaqələndirməsinin kökündə nə dayanır! Nəyə görə fakta münasibət bildirib, baş vermiş hərəkətin insan hüquqları ilə nə dərəcədə əlaqəli olub-olmaması deyil –məsələyə aid olmayan tamam başqa istiqamətdə fikir ortaya qoyulur!!! Bunun başqaları tərəfindən edilməsi anlaşılandır. Lakin hüquq müdafiəçisinin uşaq hüquqlarının pozulması faktının tərəflərin əmlak davası ilə əlaqələndirməsi və uşağın ana bildiyi Mehriban Eldarovanın bu işdə əmlak marağının olması kimi informasiyanın yayılması özlüyündə yol verilməzdir. Bu informasiya hüquq müdafiəçiləri tərəfindən yayılırsa, bu hal pis niyyətlərdən xəbər verir. Odur ki, sənədlər və faktlar əsasında deyilənlərə aydınlıq gətirmək zərurəti yaranır.
- Nuray Bayramzadənin anası Rübabə Xudaverdiyeva 14.02.1976-cı ildə anadan olmuşdur.
- Quba Rayon İcra Hakimiyyəti Başçısının Alekseyevka inzibati ərazi vahidi tərəfindən 16.03.1996-cı il tarixdə verilmiş 24 saylı sərəncam əsasında Rübabə Xudaverdiyeva üçün ayrılmış torpaq sahəsində verilmiş layihə əsasında fərdi evin tikintisinə icazə verilib. Fərdi ev 1997-ci ildə inşa edilib (bu zaman R.Xudaverdiyeva subay olub).
- Quba Rayon Aqrar İslahat Komissiyasının 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə fərdi ev və qeyd olunan torpaq sahəsi R.M.Xudaverdiyevanın mülkiyyətinə verilib (bu zaman R.Xudaverdiyeva subay olub).
- Xudaverdiyeva (Bayramova) Rübabə Mustafa qızı ilə Bayramov Əvəz Əjdər oğli 31.12.2004-cü ildə 384 saylı akt qeydi ilə rəsmi nikaha daxil olublar.
- R.M.Xudaverdiyeva (Bayramova) ilə Ə.Ə.Bayramov cütlüyünün 11 noyabr 2006-cı il tarixdə Nuray adlı uşaqları anadan olmuşdur.
- Binəqədi Rayon Məhkəməsinin 07.02.2008-ci il tarixli 2(001)-513 saylı qətnaməsindən görünür ki, R.Xudaverdiyevanın iddiası əsasında tərəflər arasında nikah ləğv edilmişdir.
- Qətnamədən görünür ki, Əvəz Bayramov 9-cu mkr, M.Cəlal küçəsi 145 ünvanda yaşayıb, R.Xudaverdiyeva Quba rayonunda yaşayıb.
- 20 may 2008-ci il tarixdə Ə.Bayramov ilə R.Xudaverdiyeva arasındakı nikahın pozulması haqqında şəhadətnamə (AZ-I № 095722) əsasında nikah ləğv edilmişdir.
- Əvəz Bayramov Bakı şəhərində faktiki olaraq yaşamış və işləmişdir (bax. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi 28.08.2012-ci il № 468). Ə.Bayramov başqa xanımla faktiki nikahda olmaqla 21.05.2010-cu ildə həmin xanımla rəsmi nikaha daxil olmuş, bu nikahdan 25 noyabr 2009-cu il tarixdə E.Bayramzadə adlı uşağı olmuşdur.
- Əvəz Bayramov 06.06.2008-ci ildən etibarən Bakı şəhərində 5 saylı doğum evində həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışır.
- Nurayın anası Rübabə Xudaverdiyeva ankoloji xəstə olduğundan onun müəyyən müddət ömrünün uzadılması üçün kimyəvi müalicə almaq zərurəti olduğundan, bacısı Mehriban Eldarova öz evini iyul 2010-cu ildə satıb bacısının kimyəvi müalicə almasını təmin edib.
- Rübabə Xudaverdiyeva doğma bacısının hərəkətlərinə biganə qalmayaraq özünə məxsus nikahdan əvvəl əldə etdiyi, valideynlərinin və qohumlarının vəsaiti hesabına 1997-ci ildə tikdirdiyi fərdi evi notarial qaydada 11 iyul 2010-cu il tarixdə bacısı Mehriban Eldarovaya bağışlamışdır. Bağışlama müqailəsi rəsmiləşdirilərkən notarius AR MM-nin 666-674-cü maddələrinin məzmununu tərəflərə izah etmişdir. Rübabə Xudaverdiyeva 06 oktyabr 2010-cu ildə rəhmətə getmişdir.Bağışlama müqaviləsi əsasında fərdi yaşayış evi 06.08.2011-ci il tarixdə Mehriban Eldarovanın adına dövlət reyestrində qeydə alınmışdır.
Yuxarıda qeyd olunan sənədlərin mahiyyəti və həmin sənədlərin verilmə tarixləri və sair faktiki hallara bəzi hüquq müdafiçilərinin diqqət yetirmələrini arzu etməklə, onlardan hüquqi əsası omayan yanlış fikirləri səsləndirməkdənsə, qüvvədə olan qanunvericilik aktları əsasında hüquqları müdafiə etmələrini, bunu bacarmadıqda reklam xatirinə ictimai fikirlərdə çaşqınlıq yaratmamalarını xahiş edirəm.
NUH.az
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 2024 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 2024 20:24
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 2024 12:23
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi? - Millət vəkili Elşad Musayev
17 dekabr 2024 22:31
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41