“Reina” terrorçusu hər şeyi danışdı: əmri kimdən alıb, kimlər kömək edib?
Günün sitatı28 yanvar 2017 17:10
Yeni il gecəsi İstanbulun “Reina” klubunda qanlı terror aktı törədərək onlarla insanı qətlə yetirən terrorçu Əbdülqədir Maşaripovun polisə verdiyi ifadəsinin tam mətni ortaya çıxıb.
Lent.az xəbər verir ki, Maşaripov terror aktı barədə təlimatı İŞİD liderlərindən olan Əbu Cihaddan aldığını deyib.
O bildirib ki, bir neçə il öncə də Pakistanın Bader şəhərində bir hərbi maşının altına bomba yerləşdirib partladıblar. Maşaripov deyib ki, Türkiyəyə 2016-cı ildə qeyri-qanuni yollarla gəlib: “Ailələ 4 ay Zeytinburnunda qaldıq. Sonra Qayaşəhərdə bir ev kiralayıb ora köçdük. Suriyadakı İŞİD əmirindən 2016-cı ilin noyabr ayında “Konyaya get” təlimatı aldım. Ailəmlə Konyaya köçdük. Konyada 1 ay qaldıktan sonra İstanbula gəldim”.
Terrorçu bildirib ki, İŞİD rəhbərliyi ilə xəbərləşməni telefonlarda olan “Telegram” proqramı vasitəsilə həyata keçirib: “İŞİD-in Suriyadakı əmiri zəng edib “canlı bomba olacaq biri varmı” deyə soruşdu. Mən də “araşdıraram” dedim. O isə məndən bunu etməyimi istədi. Dekabrın 26-da terror barədə planı həyata keçirməyə başladım. Həmin gecə “Telegram”dan bir nəfər mənə teraktı qəbul edən şəxsin mən olub-olmadığımı soruşdu. Məni avtobus dayanacağına çağırdı. Rusca danışan qafqaz əsilli biri yanıma gəldi. Mənə yaddaş kartı və 700 lira verdi. Özünə yeni ev kirala dedi. Evə gedib yaddaş kartına baxdım. Teraktla bağlı rusca səs yazısı var idi. Ebu Cihad adlı biri yazdı ki, səs yazısı ona aiddi. Dekabrın 27-də Taksimdə kamerayla ətrafı çəkdim. Sonra Başakşəhərdə tutduğum yeni evə getdim. Ailəmi da oraya apardım”.
Qeyd edək ki, terror aktından sonra Maşaripovun “Əbu Cihad” dediyi şəxs də yaxalanıb. O, hazırda həbsdədir.
Terrorçu həmçinin bildirib ki, qanlı aktda istifadə etdiyi silahı yeni il gecəsindən 2 gün əvvəl bir başqa terrorçu ona verib. O, iddia edir ki, həmin terrorçu da rusca danışırmış və qafqaz əsilli imiş: “Həmin şəxs mənə “yeni il gecəsi Taksimdə nə edə bilərsən?” dedi. Mən də oraya xarici vətəndaşların gəldiyini, avtomatla onlara atəş açacağımı bildirdim. O isə məndən özümü partlatmağımı istədi”.
Maşaripov terror aktı barədə arvadına da məlumat verdiyini deyib: "Hava yağışlı idi deyə Taksimə silahla gəlməyin çətin olacağını düşündüm. Həm də Taksimdə çox adam olmayacağını Əbu Cihada yazdım. Bundan sonra ondan yeni təlimat gəldi. Dedi ki, bu saatda Taksimdə heç kim olmaz, “Reina” adlı bir klub var, orada terror törədə bilərəm. Taksiyə minib silahsız halda “Reina”ya getdim. Ətrafı izlədim, içəri girmədim. Əbu Cihaddan içəridən görüntü istədim. Mənə içəridə oynayanların videosunu atdı”.
Qatil 39 nəfəri necə öldürdüyünü də danışıb: “Bel çantamda maqazinlər var idi. Əl çantasına da avtomatı qoydum. Bombaları cibimə qoyub “Reina”ya getdim. Yolda telefonumu sındırıb atdım. Qapının ağzında polis var idi. İçəri girmək üçün onu vurdum. İçəri girəndə hədəf seçmədən maqazinlər boşalana qədər ətrafa atəş açdım. Ardınca da iki əl bombası atdım. Kurtkamı niyə çıxardığımı xatırlamıram. Bombalarından biri əlimdə partladı, əlim yaralandı. Öldüyümü düşündüm. Az sonra huşum yerinə gəldi, ayağa qalxıb çölə çıxdım”.
Terror aktından iki gün sonra Bakırköydə polis yoxlamasına ilişən Maşaripov necə qaçdığının detallarını da açıqlayıb. O deyib ki, Əbu Cihad bir nəfər göndərəcəyini bildirib: “Yolda maşınımızı polis saxladı. Arxada oturmuşdum. Polis diqqətlə mənə baxdı, biri isə başını pəncərədən içəri saldı. O an ona başından atəş açmağı düşündüm. Son anda fikrimi dəyişdim. Polislərə atəş açıb qaçdıq. Polis ardımızca gəldi, lakin bir müddət sonra izləməni saxladılar. Sonra maşından düşüb bir binada gecəyə qədər gözlədim. Silahı da orada gizlətdim. Əbu Cihada yazdım. Əbu Cihad dalımca bir iraqlı göndərdi. Mənə dedi, ölü kimi yaşa və heç bir yerə tərpənmə. Daha sonra isə elə həmin evdə yaxalandım”.
NUH.az
Oxşar xəbərlər
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 2024 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 2024 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 2024 23:38
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 2024 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 2024 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
Xəbər lenti
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
Video & Fotoqalereya
Video
Fotoqalereya