Nar mobile maliyyə hesabatlarını niyə gizlədir?..

Azərbaycanda mobil operatorların fəaliyyətindən narazılıq daim var. Heç şübhəsiz milyonlarla müştəri ilə işləmək asan məsələ deyil, bu və digər operatorun fəaliyyəti heç də hamını razı sala bilməz. Lakin fəaliyyətindən kütləvi narazılıqların olduğu operatorlar hər halda loru dillə desək, özlərinə çəki-düzən verməyə məcbur olmalıdırlar. Lakin təəssüflər olsun ki, bizdə tam əksidir.
NUH.az afn.az-a istinadən xəbər verir ki, ən çox şikayət olunan müəssisə cəmiyyətə qapalı olmağa, narazılıqlara əhəmiyyətsiz yanaşmağa davam edir ki, bunlardan biri də "Nar” mobil operatorudur. "Azerfon” MMC olaraq 21 mart 2007-ci il tarixindən etibarən "Nar Mobile” ticarət markası ilə abunəçilərə xidmət göstərməyə başlayan operator hələ də bazardakı rəqiblərinə uduzmaqdadır. Hər nə qədər ölkənin telekommunikasiya və mobil rabitə sahəsində aparıcı şirkətlərdən birinə çevrildiyini iddia etsə də, şirkətin fəaliyyətində qüsurlar həddən artıq çoxdur. 7 aprel 2015-ci il tarixində "Nar Mobile” ticarət nişanı dəyişərək "Nar” oldu. Adı ilə bərabər rəngini, logosunu da bir neçə dəfə dəyişən şirkətin fəaliyyətində dəyişən heç nə olmadı. Əskinə, narazılıqlar durmadan artır, "Nar”ın soyğunçuluğundan bezən abunəçilər nömrələrini digər operatorlara daşımağa başlayırlar. Belə bir narazılıq bu günlərdə mediada geniş yayıldı.
Məlumat şirkətin təqdim etdiyi "Günlük internet paketi” ilə bağlı idi. Bildirilirdi ki, "Nar” bu xidmət adı altında gün ərzində müştərinin balansından 5 qəpik çıxır və əvəzində 30 mb internet paketi verir: "Halbuki, müştərilər var ki, gün ərzində o internet paketindən istifadə etmirlər və bəzi müştərilərində internet haqqında anlayışı yoxdur. GPS xidmətini dəstəkləməyən sadə telefon istifadəçiləri xəbərləri olmadan operator tərəfindən qoşulduqları bu internet paketindən necə istifadə etsinlər..?
"Nar” operator müştəriləri onu da bildirirlər ki, balanslarından məbləğin silinməsi ilə bağlı operatora zəng etməyə məcbur olurlar və bu zəngə görə də əlavə məbləğləri çıxılır. Sadə bir hesablama aparsaq görərik ki, şirkət müştərilərdən icazəsiz onların cibinə girərək hansı məbləğdə qazanc əldə edir. Azərbaycan əhalisinin sayının on milyondan artıq olduğunu nəzərə alaraq və eləcədə mobil operatorlar arası zəng qiymətlərinin də yüksək olduğu üçün hər kəsin iki, yaxud da üç nömrə işlətdiyi üçün hesablamamızı buna uyğun apardıq.
Təxminən bir milyon adamın balansından hər gün 5 qəpik çıxıldığını nəzərə alsaq, "Nar”ın müştərilərdən hər gün 50.000 manat (əlli min manat) pulunu oğurladığının şahidi olarıq. Abunəçilərin bildirdiyinə görə, operatora zəng zamanı bildirilib ki, bu kampaniya 12.01.2017-ci il tarixdən başlanıb. Bu gün isə ayın iyirmisidir (material 20 yanvar günü yayımlanıb-red). Keçən bu 6 gün ərzində müştərilərin 300.000 manat (üç yüz min manat) pulu "Nar” tərəfindən oğurlanıb”.
Mövzu diqqətimizi cəlb etdi və bu adı bu qədər ciddi bir pozuntuda hallanan şirkətin maliyyə hesabatlılığı səviyyəsilə bağlı kiçik bir araşdırma aparmaq qərarına gəldik. Bu niyyətlə daxil olduq şirkətin www.nar.az saytına. Lakin çox təəssüflə qeyd etməliyik ki, saytda maliyyə hesabatı adlı bir sənədə rast gəlmədik. Ümumiyyətlə, şirkətin saytında "Hesabatlar” adlı bir bölüm yoxdur. Saytın axtarış bölümündə "hesabat” sözünü yazıb axtarışa verdik ki, bəlkə diqqətimizdən qaçan məqam var, lakin aşağıdakı xəbərdarlıq çıxdı: The following errors were encountered, This form has expired. Please refresh and try again (təxmini tərcüməsi: Aşağıdakı səhvlər rast gəldiniz: Bu forma doldu, yeniləyin və yenidən cəhd edin.)
Şirkətin saytında "Çağrı Mərkəzi"nə (777) daxil olan zənglərin statistikasına da rast gəlinmir. Təcrübədə bir çox müəssisələrin bu statistikanı, üstəlik edilən müraciətlərin məzmunu üzrə bölgüsünü də aylıq, rüblük, illik ictimailəşdirdiyinin şahidiyik. Bir məsələni də xüsusi olaraq qeyd etmək yerinə düşər ki, digər mobil operatorlardan fərqli olaraq, "Nar” rəhbərliyi media qarşısına çıxmağa, ictimaiyyəti maraqlandıran suallara cavab verməyə o qədər də həvəsli görünmür. Saytın Gələcəyə baxışımız bölümündə isə belə bir şüar var: "Nar” yenilikçi məhsul və xidmətlərini sərfəli qiymətə təklif edən sevilən markadır. Biz müştərilərimizi, işçilərimizi və səhmdarlarımızı daim məmnun etməyə can atırıq.
"Dəyərlərimiz” bölümünün şüarları da xeyli maraqlıdır:
Bütövlük
Müştəri yönümlülük
Komanda işi və əməkdaşlıq
Nəticə yönümlülük
Davamlı təkmilləşmə
İnsanlar arasında rahat və asan mobil rabitəni təmin etməyi qarşısına məqsəd qoyan komandamızın fəaliyyəti gözəl və uğurlu bir vəhdət təşkil edir.
Obyektivlik naminə qeyd etmək yerinə düşər ki, adıçəkilən şirkət fiziki qüsurlu insanlar, kimsəsiz uşaqlar üçün zaman-zaman müxtəlif layihələr reallaşdırır. Lakin bu layihələrin hansısa aztəminatlı insanın cibindən oğurlanan vəsaitlər hesabına keçirilməsi effektini azaltmış olur.
NUH.az
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 2025 13:37
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 2025 23:46
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 2025 21:14
- Qorbaçov zınqırovdur, dövlət papağı onun başı üçün deyil - Qromıko; 40 il öncə bu gün...
11 mart 2025 18:05
- Tramp 50 günə ABŞ-ı və dünyanı batırdı - Professor Saleh Məmmədovun sərt yazısı
11 mart 2025 17:18
- 4 MİLYАRD manat ölkədən NECƏ OĞURLANIB - Elə faktlar var ki...
11 mart 2025 16:27
- Dünyanı idarə edən xanımlar - Hansı ölkələrin lideri qadındır? - SİYAHI
9 mart 2025 10:54
- Fuad Nağıyevə sərt ittihamlar - Tahir Əmiraslanovu Şuşadan qovdu
9 mart 2025 01:55
- Azercell bizi niyə SOYUR ?
8 mart 2025 20:01
- Aliment nə qədərdir ki, bir qadın ailəsini dağıtsın?
8 mart 2025 14:05
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50