Bərdədə müdhiş tender saxtakarlığı - ARAŞDIRMA
İqtisadiyyat24 yanvar 2017 14:23

Bərdə rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlər sözün həqiqi mənasında müdhiş qanun pozuntuları ilə müşahidə edilib.
365.Az afn.az-a istinadla bildirir ki, Hesablama Palatasının hesabatlarında əksini tapan bütün pozuntular Bərdə İH-in tenderlərində müşahidə edilir. Hesabatlarda bildirilir ki, bir çox hallarda iddiaçı şirkətlərin ixtisas göstəriciləri, peşəkarlığı, təcrübəsi və kadr potensialı barədə məlumatlar təqdim edilmir: "Audit olunan qurumlar tərəfindən eyni təşkilatlarla uzun dövr ərzində müxtəlif profilli işlərin yerinə yetirilməsi məqsədilə müqavilələrin bağlandığı, yalnız bir ünvanda qeydiyyatda olan və ya bir təsisçiyə məxsus olan iddiaçılara dəvət göndərildiyi aşkar edilib”.
Hesablama Palatasının iradları
2015-ci ildə Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi "RSR-4” MMC-yə Avadanlıqların satın alınması üçün 5938, Digər maşın və avadanlıqların satın alınması üçün 36704, Yumşaq inventarların satın alınması üçün 9176, İnventarların satın alınması üçün 15540 manat(cəmi 67 358 manat) həvalə edib.
"Alisa" MMC-yə 7 kənddə Cari təmir işləri üçün üst-üstə 43 400 manat, Bərdə rayon Lənbəran, Güloğlular, Mirzəxan, Xəsili, Soğanverdilər, Şirvanlı kəndləri üzrə ərzaq alınması üçün 71520 min manat "RSR-5” MMC-yə, Mirzəcəfərli, Nazırlı, Mollalı, Yeni Daşkənd, Mehdixanlı, Hüseynalılar, Kolayır, Şatırlı, Böyük Göyüşlü, Kətəlparaq, Samux, Yeni Əyricə, Qaradəmirçi kəndləri üzrə ərzaq alınmasına112 min manat "RSR-6” MMC-yə, Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi üçün Dəftərxana xərclərinə Maddi Təchizat Bazası MMC-yə 20 min manat, Doğranmış odun xərcləri üçün "RSR-7” MMC-yə üst-üstə 16770 manat, Mədəniyyət və Turizm Nazirliyi Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi "RSR-7” MMC-yə Yumşaq inventarların, İdarənin digər xərclərinin, Doğranmış odunun satın alınması üçün 86 100 manat pul verilib.
Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Yolların əsaslı təmiri üçün "Tac-2014” MMC-yə 439559,55 manat, Abadlıq işləri üçün 458785,89 manat, Mənzil fondunun əsaslı təmiri üçün 119879,86 manat, Küçə işıq dirəklərinin satın alınması üçün 109508,72 manat, Səhiyyə Nazirliyi Bərdə Rayon Mərkəzi Xəstəxanası isə bu MMC-yə Əsaslı təmir işləri üçün 81 562,9 manatlıq iş verib. Qeyd edək ki, 2014-cü ilin sentyabrında yaradılan bu MMC 2015-ci ildən başlayaraq sirli şəkildə yüzlərlə irihəcmli dövlət sifarişlərini əldə etməyilə məşhurlaşıb.
2016-cı ildə Mollalı kəndi üzrə ərzaq alınması üçün Mal Satışı və Xidmət MMC 5983 manat, Bərdə Rayon Təhsil Şöbəsindən Doğranmış odun üçün 47400 manat, Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsindən 39950 manat, Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən 8080 manat, Şatırlı, Samux, Soğanverdilər, Qaradəmirçi, Nazırlı, Xəsili, Yeni Daşkənd, Şirvanlı kəndlərindən ərzaq üçün 75 781 manat ala bilib. Bundan əlavə, Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi bu şirkətə Yumşaq inventar üçün 16142,4 manat, İdarənin xərcləri üçün 16402 manat da verib.
Bu MMC-nin Bərdə rayon İcra Hakimiyyəti və digər qurumlardan aldığı sifarişlər bununla bitməyib. Mədəniyyət və Turizm Nazirliyi Bərdə Turizm İnformasiya Mərkəzi Sair xərclər üçün Mal Satışı və Xidmət MMC-yə 5990 manat, rayon İcra Hakimiyyəti isə İnventar almaq üçün 9580 manat, Dəftərxana ləvazimatları üçünsə 9730 manat pul verib.
Ötən il Böyük Göyüşlü, Lənbəran, Mehdixanlı, Həsənqaya, Güloğlular, Mirzəxan Qaraqoyunlu, Kolayır, Mirzəcəfərli , Hüseynalılar, Yeni Əyricə , Kətəlparaq kəndləri üçün ərzaq alınmasına "RSR-4” MMC-yə 95 246 manat verilib. Bu MMC-nin ən böyük sifarişi isə 149820 manat olmaqla, Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən gəlib – Ərzaq məhsulları almağa.
Bərdə Rayon Mərkəzi Xəstəxanası isə 197405 manatlıq Ərzaq məhsullarını "Bərdə Kənd Təsərrüfatı Məhsullarının Tədarükü” MMC-dən alıb. Maraqlıdır ki, xəstəxanadan cari təmir işləri üçün 33020 manat, odun üçün 21 000 manat alan "Ramiz 1” MMC ilə Təsərrüfat malları üçün 32172,6 manat, Maşın ehtiyat hissələri üçün 17015 manat alan "İdeal 395” MMC eyni gündə - 2016-cı ilin 5 fevralında dövlət qeydiyyatına alınıb.
5-i bir ünvanda...
Araşdırmalarımız göstərdi ki, Bərdə rayon İcra Hakimiyyətinin keçirdiyi çoxsaylı tenderlərin qalibi olan "RSR-4”, "RSR-5”, "RSR-6”, "RSR-7” və "Alisa” MMC-lərin hamısının hüquqi ünvanı eynidir – Bərdə şəhəri, Həzi Aslanov küçəsi, ev 7, mənzil 8. Həmin şirkətlərin səhmdarlarının kimliyini öyrənə bilməsək də, hüquqi ünvanın eyniliyi faktı adları çəkilən MMC-lərin hamısının eyni şəxs(lər)ə məxsusluğundan, eyni zamanda həmin şəxs(lər)in də Vidadi İsayevlə çox yaxşı münasibətdə olmasından xəbər verir. İcra başçısının eyni hüquqi ünvanda yerləşən 5 şirkətə qarşı bu qədər "səxavətli” davranmasını başqa cür izah etmək mümkün deyil.
Bərdə rayonunda dövlət vəsaitlərinin xərclənməsi zamanı heç də hər şeyin qanunauyğun getmədiyni göstərən digər bir fakt rayonun idarə və müəssisələrindən irihəcmli sifarişləri alan daha 2 şirkətin eyni gündə və eyni hüquqi ünvanda qeydiyyata alınmasıdır. Bunlar Mal Satışı və Xidmət MMC və Maddi Təchizat Bazası MMC-lərdir. Onların hər ikisi Bərdə rayonu Türkmən hüquqi ünvanında, 26.12.2007-ci il tarixində qeydiyyatdan keçiblər.
"Real İnşaat”a 1,5 milyon...
Ötən il Bərdə Rayon İcra Hakimiyyəti (RİH) Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən İşıq dirəklərinin satın alınması üçün "Rels-İnşaat” MMC-yə 145 min manata yaxın vəsait ödənilib. Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması məqsədi ilə keçirilən tenderin qalibi də adıçəkilən şirkət olub. "Rels-İnşaat”a bu məqsədlə 120 min manatdan bir qədər artıq vəsait ödənilib. Bundan başqa, rayon icra hakimiyyəti şəhərin abadlaşdırılması işlərini də "Rels-İnşaat”a həvalə edib. Bu məqsədlə şirkətə 430 min manat ayrılıb. Eyni zamanda rayon Mədəniyyət və Turizm Şöbəsinin cari təmir işləri üçün "Rels-İnşaat”a 70 min manata yaxın vəsait ödənilib. Ümumilikdə, Bərdə RİH ötən il üst-üstə 1.496.295 manatı küçələrin asfaltlanması, şəhərin abadlaşdırılması, işıq dirəklərinin satın alınması, mənzil fondunun əsaslı təmirinə yönəldib və bu işlərin hamısı üçün "Rels-İnşaat" MMC-ni podratçı seçib.
Bərdədə keçirilən tenderləri araşdırarkən diqqətimizi çəkən digər məqam 2016-cı il martın 4-də yaradılmış "Star Construktion-12” MMC-yə Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən 369 374, 98 manatlıq digər və sair xərclər, avadanlıqların alınmasını, Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindənsə 514974,95 min manatlıq avadanlıq, bərk inventar, digər maşın və avadanlıq, yumşaq inventar, dəftərxana ləvazimatları almağı həvalə etməsi oldu. Beləliklə, bu MMC təkcə Bərdə rayonunda 884 min manatdan yuxarı sifarişi hansısa sehrli əlin köməyi ilə ala bilib.
Araşdırmalarımız davam edəcək.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
NUH.az
Oxşar xəbərlər
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 2025 22:52
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 2025 21:55
- İmişlidə DƏHŞƏT - Bir ailənin 3 üzvü DƏM qazından ÖLDÜ, daha ikisi xəstəxanaya yerləşdiridi
9 mart 2025 02:05
- DSMF-nin vəzifəli şəxsi maşınla piyadanı vurub öldürdü
9 mart 2025 01:49
- Dövlət Agentliyi Ləkəranda ofis axtarır – Ayda 4 060 manat ödəyəcək
7 mart 2025 01:29
- Ədliyyə Nazirliyi son 2 gündə 41 obyekt icarəyə götürüb – Tam siyahı
7 mart 2025 01:15
- Bakıda 10-cu sinif şagirdlərini döyən müəllimə şiddətli töhmət verilib - ANBAAN GÖRÜNTÜ
5 mart 2025 21:09
- Üçü bacı və bir qardaş DƏM qazından zəhərlənərək ölüb
5 mart 2025 14:45
- Səs yazısı yayılan direktor işdən çıxarıldı
3 mart 2025 21:21
- NАR ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu - Fotolar
3 mart 2025 18:26
Xəbər lenti
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50
Video & Fotoqalereya
Video
Fotoqalereya