Gəncədən Mikayıl Cabbarova yazılan məktub "qəzaya uğradı"

10 saylı orta Məktəbdə uğursuz "istintaq” və keçmiş MTN izi...
Ötən ilin son iş günündə Gəncə şəhəri 10 saylı orta məktəbdəki özbaşınalıqlar barədə Təhsil Naziri cənab Mikayıl Cabbarova bir qrup müəllim adından şikayət ərizəsi ünvanlanıb. Üstündən xeyli müddət keçməsinə baxmayaraq, korrupsiya və rüşvətxorluq faktları əks olunan və elektron KİV-lərin ön səhifələrində yayımlanan məktubun aqibətindən rəsmi xəbər yoxdur. Şikayət məktubu anonim xarakterli adlandırılsa da, müraciətdə məktəbin sonuncu - yeni direktoru Arzu Əliyevanın qanunazidd əməllərinin ciddiliyini nəzərə alaraq bu mövzuya yenidən qayıtdıq. Qayıtdıq ki, şou xatirinə və bəlkə də öz nöqsanlarını ört-basdır etmək xatirinə xanım direktorun hansı addımlar atdığını gündəmə gətirək, oxucularımızın və yuxarı orqanların diqqətinə gizlinləri çardıraq. Məktəbdə uğursuz "istintaq” və keçmiş MTN izi... İnsaf xatirinə söyləmək lazımdır ki, müraciət ictimailəşdikdən həmən sonra-yeni ilin ilk günündəcə Təhsil Nazirliyi hərəkətə keçib. "Demokratik.Az”-ın məlumatına görə, birbaşa Mikayıl Cabbarovun şəxsi göstərişi ilə Gəncə Təhsil İdarəsinin inspektoru Cehun Məmmədov məktəbə yollanıb. Formal olsa da faktlar "araşdırılıb". Elə cavan və təcrübəsiz kadrın yoxlamasının nəticəsi əvvəlcədən gözlənildiyi kimi, direktorun himayədarlarının istəyinə uyğun aktlaşdırılıb. Güya məktəbdə hər şey normaldır, güya təhsil ocağında ab-hava gün-gündən yaxşılaşır. Hətta təsil-tədrisin keyfiyyəti də yüksəlir. Kollektiv mehribandır, şikayətçilər də ki, "yoxa çıxıb" və nələr-nələr... Bundan başqa, direktor və himayədarları maraqlı üsula da əl atıblar. Aldığımız məlumata görə, vaxtilə sabiq MTN naziri Eldar Mahmudova casusluq etdiyi iddia olunan media orqanının Elmar Vəliyevə bağlı əməkdaşı da məktəb direktorunun köməyinə cəlb olunub. Hə, "aparıcı mətbuat nümayəndələri" də səlahiyyətlərini unudub və sanki prokurorluğun həyata keçirməli olduğu istintaq-təhqiqat araşdırması aparıb. Məktubda göstərilən ciddi qanun pozuntularına qarşı məktəb kollektivinə qorxu-xof aşılamaqla sanki qəzetdə direktora bəraət verməyə çalışılıb. Xoşbəxtlikdən qeyri-hüquqi yanaşma tərzi və qeyri-peşəkar jurnalist araşdırması nəticəsində qəzetdə dövriyyəyə buraxılan müdafiə xarakterli yazı nəinki direktorun müdafiəsinə yarayıb, qəzetin 50 tirajının direktorun tələbi ilə məktəbdə zorla kollektivə satılması və ya pulsuz paylanması ilə yekunlaşıb. Hər halda, qəzet hansısa marağı müqabilində təkcə Arzu Əliyevanın deyil, Elmar Vəliyevlə Alı Qocayevin də könlünü oxşamağa çalışıb. Aşağıda xatırladacağımız iddialar isə həm təhsil idarəsinin inspektorunun, eləcə də mətbuatın araşdırmasından kənarda qala bilib. Arzu Əliyeva bu iddialara niyə cavab verməyib? Ərizədə iddia olunub ki; "Arzu Əliyeva məktəbə gəldiyi gündən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Vahid adlı şəxsi heç bir səbəb olmadan işdən çıxarıb.Onun əvəzınə 6000 manat müqabilində Kazımov Arzu adlı şəxsi işə qəbul edib. Bufetdə şagirdlərə xidmət göstərən xadimə Təranə adlı şəxs ümumiyyətlə, işə gəlmir, lakin onun maaş kartı direktor Arzu Əliyevadadır. Məktəbdə dalandar vəzifəsinə isə adı məlum olmayan bir şəxsi təyin etmişdir və bu şəxs ümumiyyətlə, işə gəlmir, buna baxmayaraq onun da da maaş kartı Arzu Əliyevadadır və maaşını da Arzu Əliyeva alır. Binanın mühafizəsində növbətçi statında 2 nəfər işçi vardır, lakin bu şəxslər də heç vaxt işə gəlmirlər. Ona görə də həmin vəzifə Elman adlı kənar bir şəxs tərəfindən icra edilir, həmin işçilərin maaş kartı isə direktor Arzu Əliyevadadır. Arzu Əliyeva məktəbin hər bir yerinə kamera qoydurub, məktəbə həftələrlə gəlmir ( işə gələndə də ədəbsiz danışıqları və kobud ifadələri özündən qabaq gəlir) və məktəbi skayp vasitəsilə telefonla idarə edir." Bundan başqa, iddiaya görə, direktor rüşvət müqabilində məktəbəqədər hazırlıq qruplarını iki laboranta həvalə edib. Ən pis halda bütün bunlara ağıllı direktor aydınlıq gətirməli, ittihamlar aidiyyatı qurumlar tərəfindən araşdırılmalı idi. Müdafiə mövqeyində çıxış edən mətbu orqan da ittihamlara cavabı direktorun dilindən eşitməyə səy göstərməli idi. Bəs necə oldu ki, əsas mahiyyət araşdırılmadı? Kim və ya kimlər Arzu Əliyevanı sudan quru çıxara bildi? Necə oldu ki, Təhsil Nazirliyinin zəruri bilik və etik davranış testlərindən keçməsinə rəğmən, 4 ay sonra xanım direktorun hərəkətləri bunca qalmaqala səbəb oldu? Bəlkə doğrudan da nöqsan Arzu Əliyevadadır ki, illər öncə Samux rayonunun icra başçısı Vilyam Hacıyev tərəfindən direktorluqdan qovulmuşdu? Hər bir halda bu suallara cavab verilməli idi və verilməlidir! Əliyevlər ailəsinin təkzibedilməz "gücü" Məktubdakı önəmli, əsas məqamlardan biri Arzu Əliyevanın və həyat yoldaşının "gücü" ilə bağlıdır. O "güc" ki, məktəbdə baş verənləri öz qaranlığında boğa bilir. Bildirək ki, Samux rayonu İcra Hakimiyyətində uzun illərdir başçının təsərrüfat məsələləri üzrə müavini vəzifəsini tutan Qəzənfər Əliyev adı da qalmaqallı məmur kimi yaddaşlarda yer alıb. Hələ Şahin Məmmədovun (hazırda Ağcəbədir İHB başçısı-O.N) idarəçiliyi dönəmində bu cütlük birincinin sevimlisinə çevrilə bilibmiş. Sonralar Vilyam Hacıyev tərəfindən hər iki şəxsin vəzifələrindən uzaqlaşdırılması baş verib. Deyilənlərə inansaq, adıçəkilənlər sabiq başçıya qarşı açıq-saçıq davranışlar etməklə onun qəzəbini oyadıblar. Lakin Q.Əliyevin 6 ay sonra geriyə təyinatı baş verib. Arzu Əliyeva isə sonralar Sərkar kənd orta məktəbinin direktoru olmağa can atsa da, bu baş tutmayıb. Amma görünən odur ki, A.Əliyevanın "gücü" onu Gəncədə məktəb direktoru postunda da toxunulmaz edib. "Demokratik.Az"-a verilən maraqlı bir faktı da nəzərinizə çatdıraq ki, Arzu Əliyevanın anası Sara xanım uzun illər Naftalanda erməni-rus bölməsi üzrə məktəblərdə rus dili müəllimi işləyib. Sayılıb-seçilən qadın müəllimlərdən olub. (SSRİ dönəmində-red) Məlumata görə, xanım direktoru güclü edən səbəblərdən biri də ana qohumlarının yüksək vəzifələrdə təmsil olunmasıdır. Mirzə Sabir (mövzu diqqətimizdədir) Redaksiyadan: Qarşı tərəfin iddialara cavabını eşitmək istəsək də, xanım direktor saytımıza açıqlama verməkdən imtina edib. Nazirə elektron şikayəti əsassız adlandırıb. Yenə də adıçəkilən hər kəsin söz haqqını tanıyırıq! Demokratik.Az
- Prezidentin nəvələri ilə idman zalından maraqlı FOTOLARI
12 aprel 2025 19:40
- Prezidentin nəvələri Ərdoğanla - Foto
12 aprel 2025 12:02
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 2025 20:28
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
7 aprel 2025 12:06
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24