“Rövşən Lənkəranski heç kimdir...” - Lotu Quli
Günün sitatı18 yanvar 2017 13:48
Rusiyanın Yekaterinburq vilayətində yaşayan azərbaycanlılar 44 yaşlı "qanuni oğru” Nadir Səlifova ("Lotu Quli”) biət ediblər. Ural federal dairəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edir ki, hazırda sözügedən kriminal avtoritet Azərbaycanda məhkumluq həyatı yaşayır.
Virtualaz.org sözügedən portalın məlumatına əsasən bildirir ki, "Lotu Quli” həbsdə olmasına baxmayaraq, Uralda əvvəllər Rövşən Canıyevə ("Rövşən Lənkəranski”) məxsus yeri tutub. Xatırladaq ki, "Lənkəranski” ötən ilin avqust ayının 18-də Türkiyədə sui-qəsd nəticəsində öldürülüb.
"Əvvəllər Sverdlovsk alverçiləri Rövşənə xərac verirdilər, indi isə ona verəcəklər”, - nəşr iddia edir.
Nəşr "Lənkəranski”nin qətlinə az qalmış Rusiya və Azərbaycan islah koloniyalarında "Quli”nin müraciətinin yayıldığını xəbər verib. Sitat: "...Həmçinin Sizi ”Rövşən Lənkəranski" ilə bağlı məlumatlandırmaq istəyirəm: o, heç kimdir və onun adı yoxdur, bu, oğruların qərarıdır. O ki qaldı Hacı və Rüfətə, bu fırıldaqçılar insanlar arasında yalan yayırlar. Bu cür yaramazlar hər zaman olub və onlar ciddi sorğu-sual olunacaqlar. Bu notlarda Sizinlə vidalaşmaq istəyirəm və Sizə uğur, işlərinizdə müvəffəqiyyət və əlbəttə, Qızıl Azadlıq arzulayıram. Özünüzdən muğayat olun. Ən xoş arzularla Mən, Oğru Quli. Bu müraciəti Azərbaycanın və Rusiyanın bütün düşərgələrində yaymalı".
"Yeni Müsavat” yazır ki, Rusiya nəşrinin yaydığı "Lotu Quli”nin "praqon” adlandırılan bu müraciət haqda Azərbaycan KİV-lərində məlumat dərc edilməyib. Məktubda adı keçən Hacı və Rüfət isə "Lənkəranski”nin yaxın adamlarıdır. Çox güman ki, söhbət "Hacı Beyləqanski” kimi tanınan Hacı Talıbxanlıdan və "Rüfət Gəncinski” kimi tanınan Ülfət Tağıyevdən gedir. O, 2015-ci ildə Rusiyada 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun Azərbaycana ekstradisiya olunub-olunmaması barədə dəqiq bilgi yoxdur. "Hacı Beyləqanski”nin isə azadlıqda olduğu deyilir...
Rusiya kriminallarının Ural uğrunda savaşı yeni xəbər deyil. Bu təbii sərvətlərlə də zəngin və böyük bir ərazini əhatə edən bölgə uzun illər "Ded Xasan” ləqəbli "qanuni oğru” Aslan Usoyanın qətlinədək onun nəzarətində idi. 2014-cü ilin dekabrınadək Yekaterinburqun (1991-ci ilədək Sverdlovsk adlanıb) "smotryayuşi”si "Ded Xasan” kimi tanınmış "qanuni oğru” Aslan Usoyanın qohumu Timur Mirzoyev idi. Timur Mirzoyev 1962-cı ildə Tiflisdə anadan olub və "Ded” in yaxın qohumu idi. O, 15 ildən çox məhkum həyatı yaşayıb. 1992-ci ildə vərəmli xəstələr üçün Nijni Tagel həbsxanasından azad olunandan sonra o, "Ded” in Uralda səlahiyyətli nümayəndəsi təyin edilib. Tezliklə Timur Mirzoyev Uralda əsas söz sahibinə çevrilib və "Sverdlovsk” ləqəbi alıb. "Timur Sverdlovski” 2014-cü ilin yanvarında Moskvada təcridxanada vərəmdən ölüb. "Timur Sverdlovski” milliyyətcə yezidi kürd idi. Aslan Usoyan öldürüləndən sonra onun qruplaşması zəiflədi və "Rövşən Lənkəranski” bu bölgədə möhkəmlənə bildi. Amma "Lənkəranski” qətlə yetirilməzdən bir müddət əvvəl OMON Yekaterinburqda bir neçə əməliyyat keçirdi və "Lənkəranski”nin adamları həbsə alındı.
Timur Mirzoyevin ölümündən sonra Uralda nəzarətçi postunun boş qalması o demək deyildi ki, "Ded Xasan” klanı buranı rahatlıqla əldən verəcək. Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan"Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov (indi o da həbsdədir) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra "Ded Xasan” klanına rəhbərlik etməyə başladı və Urala nəzarət uğrunda mübarizə yenidən qızışdı.
"Rövşən Lənkəranski”nin qətlindən sonra onunla uzun illərdir ki, konfliktdə olan "Quli”nin mövqelərinin güclənəcəyi gözlənilən idi. Bir müddət əvvəl "Rosbalt” agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbəyə istinadən yazmışdı ki, "Lotu Quli” və Gürcüstan doğumlu "Vaqif Bakinski” kimi tanınan Vaqif Süleymanov güclərini birləşdiriblər. Bildirilirdi ki, yeni klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır.
"Lənkəranski”nin ən iri aktivlərindən olan göyərti, tərəvəz və meyvə topdansatış bazarları uğrunda mübarizənin təkcə Moskvada deyil, digər bölgələrdə də başlayacağı gözlənilən idi. İddia var ki, "Lənkəranski”nin bazarları uğrunda mübarizəyə gürcü və çeçen "qanuni oğru”lar da qoşulub.
NUH.az
Oxşar xəbərlər
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 2024 16:11
- Heydər Əliyev onun üçün göstəriş verdi, övladı olmadı, 29 yaşında... – Xeyransa Məmmədova
15 dekabr 2024 16:23
- Hakimiyyəti devrilən Bəşər Əsəd kimdir? – Maraqlı faktlar
8 dekabr 2024 11:31
- Azərbaycan siyasətinin Dəmir Ledi-si Lalə Şövkət Hacıyeva kimdir - DOSYE
3 dekabr 2024 20:22
- Bəşər Əsəd rejiminə qarşı vuruşan Suriya müxalifətinin lideri kimdir?
1 dekabr 2024 17:45
- Prezidentin rektor təyin etdiyi Kamilə Dadaşzadə kimdir? - DOSYE
27 noyabr 2024 15:54
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 2024 19:28
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 2024 13:34
- Trampın yüksək vəzifə verdiyi türk həkim KİMDİR... - DOSYE
20 noyabr 2024 10:29
- Azərbaycanlı general və şəriki tərliklə 10 milyonlarla pul -yuyub
12 noyabr 2024 18:58
Xəbər lenti
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
Video & Fotoqalereya
Video
Fotoqalereya