Ombudsmanın Şəkidə silsilə tədbirlər keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 20 Yanvar – Ümumxalq Hüzn gününün 27-ci ildönümü ilə bağlı təşkil etdiyi silsilə tədbirlər davam etdirilir.
Ombudsmanın mətbuat xidmətindən Gununsesi.info-ya daxil olan məlumata görə, Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindənhəmin faciə ilə əlaqədar Oğuz rayonunun Yemişənli kəndində, Qəbələ rayonunun Mirzəbəyli kənd və Şəki şəhər 17 saylı tam orta məktəblərdədövlət və yerli özünüidarəetmə orqanları əməkdaşlarının, kənd sakinlərinin, müəllim və şagirdlərin iştirakı ilə silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilib. Belə ki, öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə Şəki Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov çıxış edərək, 20 yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında müvafiq sərəncamın imzalandığını bildirərək,qeyd edilən sənəddə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə iştirakçıları məlumatlandırıb.Həmçinin bildirilib ki, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobud şəkildə pozularaq, 27 il əvvəl keçmiş sovet ordusunun hərbi hissələri tərəfindən 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı və Sumqayıt şəhərlərində, həmçinin respublikanın digər bir neçə rayon və şəhərlərində insanlığa qarşı törədilən qırğın nəticəsində 147 silahsız mülki şəxs öldürülmüş, 744 insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 844 nəfər qanunsuz həbs edilmiş və hətta fövqəladə vəziyyət elan edildikdən sonra da 21 nəfər öldürülüb.
Qeyd edilib ki, faciə ilə əlaqədar elə həmin dövrdə Ulu öndər Heydər Əliyevtərəfindən sərt bəyanat verilib, günahkarların cəzalandırılması tələb edilib. 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan Ümummilli liderimizin təşəbbüsü ilə ilk dəfə olaraq Milli Məclis tərəfindən 20 yanvar tarixi ümumxalq hüzn günü elan olunub.Qürur mənbəyimizə çevrilmiş həmin hadisələr xalqımızın azadlıq uğrunda mübarizədən heç zaman dönməyəcəyini bütün dünyaya sübut edib.
Müvəkkil Elmira Süleymanova tərəfindən hər il dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarına göndərilmiş bəyanatlarında bu qanlı aksiyanın insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacağına və cinayətkarların cəzasız qalmayacağına ümid edildiyinin vurğulandığı iştirakçıların nəzərinə çatdırılıb.
İştirakçılar tərəfindən tədbirlər maraqla qarşılanıb, onların sualları ətraflı cavablandırılıb.
NUH.az
- Qafar Dəmirçinin atası üzr istədi - Yaşıllığı məhv edənlərə daha bir dərs- VİDEO
19 dekabr 2024 18:17
- Şeyxülislam Vatikanın katibi ilə görüşüb
15 dekabr 2024 19:53
- Son 50-60 ilin ən soyuq qışı – Dekabrdan fevrala qədər hər yer buz bağlayacaq...
14 dekabr 2024 12:23
- Heydər Əliyevin vəfatından 21 il ötür
12 dekabr 2024 10:00
- COVID 19-la bağlı ŞOK SƏNƏD açıqlandı - 2019-cu ildə...
7 dekabr 2024 09:35
- İrandan Rusiyaya ALMA daşıyan yükmaşınından 36 KİLO NAKOTİK çıxdı -Astarada
6 dekabr 2024 12:52
- Bakı Bulvarında TÜLKÜ GƏZİR VİDEO
6 dekabr 2024 01:40
- Tanınmış vəkil ləğv olunmuş bankın kreditorlarına müraciət etdi - Fond pulların başına daş salır!
4 dekabr 2024 19:14
- Əhməd Vəliyevin bankında minlərlə yerli və xarici müştərinin pulları batıb - Hüquqşünas
3 dekabr 2024 16:31
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi
27 noyabr 2024 21:13
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23