"Ay Hidayət Orucov, açıqlamalarınız ermənilərə yeni şans verir"
Siyasət13 yanvar 2017 19:52

Azərbaycan səfirinin Şah İsmayılla bağlı fikirləri qalmaqal yaratdı
Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının üzvü, tarixçi alim Dilavər Əzimli Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai haqqında söylədiyi fikirlərinə etiraz edib.

D.Əzimli Ölkə.Az-a açıqlamasında deyib ki, Şah İsmayıl Xətainin 1501-ci ildən sonra ermənilərin Naxçıvana və Qərbi Azərbaycana yerləşdirilməsi barədə iddialar doğru deyil.
"Səfir Hidayət Orucov bu günlərdə verdiyi müsahibələrin birində deyir ki, guya Şah İsmayıl Xətai 1501-ci ildən sonra ermənilərin Naxçıvana və Qərbi Azərbaycana yerləşdirib. Bunun bir dövlət rəsmisinin adından yayılması ciddi məsələdir. Əgər səfirimiz bu məsələni dərindən bilmirsə, görün o biri məsələlərdə hansı səhvlərə yol verə bilər. Heç olmasa ölkə başçısının ermənilərlə bağlı söylədiklərini izləsin. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun saytına daxil olsun, əlaqə saxlasın və informasiyala malik olsun. Ölkə rəhbəri ermənilərlə bağlı məsələlərdə birmənalı şəkildə bəyan edir ki, ermənilər Qafqaza 1828-ci ildən sonra gəlməyə başlayıb”.
D.Əzimli söyləyib ki, əvvəllər burada olanlar erməni olmayıb:
"Buna görə də onların iddiaları yanlış və saxtadır. Tarixdən bəllidir ki, sonradan gələn haykazalar erməni adını bütövlükdə götürüblər. Onlar Finikiyadan, yəni Balkanlardan gələn tayfa olubdur. Yəni, Finikiyadan gələrək, Van gölü ətrafında məskunlaşıblar. Sayları da təqribən min nəfərə yaxın olub. Sonradan gəlib burada erməni adına sahib çıxıblar. Həmin ərazi isə tarixi Ərməniyyə ərazisi olubdur. Ərməniyyənin 90 faizi isə türklər olubdur. Sonradan Sasanilər və ərəblər dövründə Azərbaycanı, Arranı və Ərməniyyəni bir canişin idarə edirdi. Onları dini bunları fərqlər ayırdı. Bu da düşmənçiliyə gətirib çıxardı. Sonradan bura gələn həmin haykazlar bundan istifadə etdilər və bütün Ərməniyyəni öz adlarına çıxdılar. Bu ərazinin insanları eyni kökə malik olan tayfalar olubdur”.
Tarixçi alim Hifayət Orucova da müraciət edib:
"Ay Hidayət Orucov, siz bunları yaxşı bilməlisəniz, axı! Axı siz səfirsiniz! Bilmirsinizsə, heç olmasa bu barədə tarixçilərə müraciət edin də! Bu gün ölkə rəhbərliyi də bəyan edir ki, ermənilər tarixi Azərbaycan torpaqlarına 19-cu əsrdə köçürülüblər. Bu tarixi sənədlərdə də öz əksini tapıb. Bununla bağlı Tarix İnstitutu müxtəlıif dillərdə yüzlərlə elmi əsər dərc edib. Hamısı da mənbə və arxiv materaillarına söykənir. Onların içərisində "Real tarix” siz səfirlərin stolüstü kitabı olmalıdır. Səkkiz dilə tərcümə olunubdur. Bir də sizin bu açıqlamalarınız ermənilərə yeni şans verir. Rəsmi bir adam deyir ki, indiki bu ermənilər 600 ildir ki, Naxçıvanda və Qərbi Azərbaycanda yaşayır. Sizcə, mən haqlı deyiləmmi?”.
Xatırladaq ki, səfir Hidayət Orucov 1501-ci ilədək nə Naxçıvanda, nə də Zəngəzurda erməni yaşamadığını bəyan edib:
"Həmin dövrdə Qərbi Azərbaycanda Qafqaz Albaniyasından qalan xristian əhali olub. Ancaq həmin xristianlar İslam dinini qəbul etmişdi. Böyüklərin faciəsi doğrudan da böyük olur. Allah Şah İsmayıl Xətaiyə rəhmət etsin. 1501-ci ildən sonra Şah İsmayıl Xətai erməniləri Qərbi Azərbaycana və Naxçıvana köçürməyə başlayıb. Əslində, Səfəvi şahı erməniləri ölkənin bir ərazisindən digər ərazisinə köçürüb. Bundan sonra həmin bölgədə erməni icması formalaşmağa başlayıb. Qafqaz Albaniyasından qalan xristianlar da ermənilərin içərisində qarışıblar. Sonralar isə ermənilər burada öz kilsələrini də yaradaraq, Qafqaz Albaniyasından qalan kilsələrin hamısını qriqoryanlaşdırıblar. Erməniləri bu addımları Naxçıvanda, İrəvanda, Zəngəzurda və digər ərazilərdə həyata keçiriblər. Bütün bunlardan geniş formada bəhs edən kitabım var”.
NUH.az
Oxşar xəbərlər
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
4 aprel 2025 23:01
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Bakı Metropoliteni- ndə yeni rəis
3 aprel 2025 16:26
- Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdi
3 aprel 2025 16:02
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 2025 18:36
Xəbər lenti
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
05 aprel 20:30
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
05 aprel 15:23
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
05 aprel 14:47
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 aprel 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 aprel 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
05 aprel 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
04 aprel 23:01
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
04 aprel 22:11
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
04 aprel 21:44
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
04 aprel 21:25
- 10 gün sonra bu ərazilər Azərbaycana təhvil veriləcək - Erməni qoşunlar çıxarılır
04 aprel 21:06
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
04 aprel 19:29
- Fermasında dağ keçiləri saxlayan ovçu tutuldu - Foto
04 aprel 19:04
- Bakcell-in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda
04 aprel 18:47
- TDT Baş katibi prezident İlham Əliyevi təbrik etdi
03 aprel 16:42
- Bakı Metropoliteni- ndə yeni rəis
03 aprel 16:26
- Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdi
03 aprel 16:02
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
03 aprel 13:24
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
Video & Fotoqalereya
Video
Fotoqalereya