Əməkdaşımız DYP-də xoşagəlməz faktlarla rastlaşdı -FOTOREPORTAJ
İmtahan-Qeydiyyat şöbəsində yaşananlara diqqət artırılmalıdır
Baş Dövlət Yol Polisi ilə bağlı mütəmadi tənqidi fikirlər səslənir. Bəzən edilən tənqidlər haqlı olsa da, bəzən yalan dolu olmaqla şər-böhtan xarakteri daşıyır. Amma bu yazıda biz sizə həqiqəti və şahidi olduqlarımızı çatdıracağıq. Və ümid edirik ki, baş verənlərdən hörmətli general Ramiz Zeynalovun xəbəri yoxdu. Ən azından bir misal olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsində yaşananlardan məlumatlı olsa, imkan verməz ki, rəhbəri olduğu qurumun adına kimlərsə qazanc əldə etmək məqsədilə xələl gətirsin. Amma təəssüf ki, bu belədir. Və Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsində sözün həqiqi mənasında xoşagəlməz hallar yaşanır.
Beləliklə, bu gün (11 yanvar 2017) “Kivnews.com” İnformasiya Portalının əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsində oldu. Səbəb isə, bir nəfər vətəndaşın hüquqlarının pozulmasıdır. Beləliklə, vətəndaş Səbuhi Məmmədov (ad şərtidir) özünə məxsus avtomobilinin rəngini dəyişdirdiyindən nəqliyyat vasitəsinin texniki pasportunda bu qeydləri etdirmək istəyir. Bunun üçün də, Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinə yaxınlaşdıqda ona süni əngəllər yardılmışdır. Belə olduğu halada o, “Kivnews.com” saytının əməkdaşı ilə Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsinə yaxınlaşmaq məcburiyyətində qalıb. Ki, bir mətbuat orqanı əməkdaşı baş verənləri gözləri ilə görsün və bunu işıqlandırsın. Çünki bu kimi problemlərlə çoxları rastlaşır və çıxılmaz durumda qalırlar.
“Kivnews.com” olaraq xatırladaq ki, bir müddət əvvəl Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirmişdi ki, avtomobilin rəngi dəyişdirilərkən onun həm qeydiyyat şəhadətnaməsində, həm də texniki uçot kartında qeydiyyat, yəni dəyişiklik aparılmalıdır. Bu dəyişiklik isə avtomobilin rəngləndiyi təmir müəssisəsinin verdiyi arayış əsasında aparılır.
Arayışda avtomobilin əvvəlki və indiki rəngləri barədə məlumat verilir və rənglənmənin burda aparıldığı göstərilir: "Həmin arayış nəqliyyat vasitəsi ilə birlikdə təqdim olunmalıdır, yəni arayışla birlikdə avtomobilə də baxış keçirilir". Bundan sonra avtomobilin uçot göstəriciləri üzrə həm qeydiyyat şəhadətnaməsində, həm də reyestrdə müvafiq qeydiyyat aparılır: "Bu o məqsədlə edilir ki, sabah bir hadisə baş verəndə belə rəngli avtomobillərin siyahısında barəsində danışılan maşın da olsun".
K.Əliyevin sözlərinə görə, bu proses üçün ümumilikdə 25 manat tələb olunur: "Qeydiyyat haqqı 10 manatdır, əgər həmin şəxs qeydiyyat şəhadətnaməsinin də dəyişdirilməsini istəyərsə, buna görə əlavə 15 manat ödəməlidir". Bundan başqa, əgər bu əməliyyat zamanı məlum olsa ki, avtomobilin sahibi həmin il üçün yol vergisini ödəməyib, onda yol vergisini də ödəməli olacaq.
"Bundan başqa prosedur və ödəmələr yoxdur" – deyən DYP nümayəndəsinin sözlərinə görə, bütün prosedur bir gün ərzində başa çatmalıdır.
Bəli, DYP rəsmisinin dediyi kimi, Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsində problemlə üzləşən Səbuhi Məmmədov da avtomobilinin rəngləndiyi təmir müəssisəsindən arayış almış və orada zəruri qeydlərin göstərilməsini təmin etmişdir. Amma di gəl ki, Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsində nə arayışa baxan var, nə də avtomobilin sənədlərinə yaxın duran…
3-cü və 1-ci otaqlar vətəndaşları razı salırmı?
Əməkdaşımızın iştirakı ilə Səbuhi Məmmədov özünə məxsus nəqliyyat vasitəsini 2 saylı “boksa” daxil edərək avtomobilinin mühərrik və ban nömrələrinin uyğunluğunu yoxlatdırdıqdan sonra 3-cü otağa yaxınlaşmalı olduğumuzu bildirdilər. Qeyd edək ki, 3-cü otqaqda bir neçə nəfərə yxınlaşaraq sənədləri yazdırmaq prosedoru həyata keçirilir. Əməkdaşımız 3-cü otqada olarkən vətəndaşlardan hər görülən işə görə 10 manatdan rüşvət alındığının şahidi olub. Alınan pula görə isə, heç bir qəbz verilmir. Qeyd edək ki, 3-cü otağa daxil olub sənədləri yazdırmaq 20 manata başa gəlir. Bundan sonra 1-ci otağa yaxınlaşmaq tələb olunur. Nəzərinizə çatdıraq ki, 1-ci otağa İlqar müəllim nəzarət edir. Bu otağa daxil olub sənədlərinə imza atdırıb çıxanlarla söhbət zamanı məlum oldu ki, adi məsələlər üçün 1-ci otaqda imza xərci 10 manatdır.
Nə isə, sözümüz onda deyil. Əməkdaşımız Səbuhi Məmmədovla birlikdə 3-cü otağa daxil olaraq sənədlərini qeydə aldırmaq istədikdə onlara birbaşa 1-ci otağa yaxınlaşmalı olduqlarını bildiriblər. Qeyd ediblər ki, avtomobilin rənginin dəyişdirilməsinə nəzarəti 1-ci otaqda oturan polis mayoru İlqar müəllim edir. Bu dəfə İlqar müəllimin qəbuluna əməkdaşımızın özü daxil olub. Çünki ətrafdakı insanlarla söhbət zamanı rəngi dəyişdirilmiş avtomobilin qeydiyyat və qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsinin qanunla mümkünsüzlüyünü bildiriblər. Ona görə də, əməkdaşımız 1-ci otağa sənədlərlə birlikdə özü daxil olur. Və orada İlqar müəllim avtomobilin texniki pasportuna, avtomobilinin rəngləndiyi təmir müəssisəsindən alınmış arayışa diqqət etdikdən sonra bir qədər fikirləşərək, rəngsazın sertifikatının gətirilməsini tələb edib. Möhürlü (VEÖN göstərilməklə), imzalı arayış olduğu halda sertifikata hansı ehtiyacın olduğu isə əsaslandırılmayıb. Əslində, İlqar müəllimin sertifikat deyərək sənəd tələb etməsinin səbəbi bizə məlum idi. Lakin onun xırdalığına getməyə ehtiyac yox idi…
“Dədə-baba” qaydası ilə problemin həll variantı
Əməkdaşımız qanunsuzluqla üzləşdiyini Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimova çatdırmağa çalışsa da, Müşfiq Rəhimovun sürücüsü Aydın müəllim rəisin məzuniyyətdə olduğunu bildirməklə (əslində Müşfiq Rəhimovun xidməti avtomobili idarənin qarşısında idi, digər əməkdaşlar isə rəisin otağında olduğunu bildirdilər) vətəndaşın şikayətini dinləməkdən boyun qaçırdılar.
Bütün bunların fonunda avtomobilin rənginin dəyişdirilməsi ilə bağlı məsələ həll olundu. Amma “DƏDƏ-BABA” qaydası ilə.
Şöbə rəisi Müşfiq Rəhimov həqiqətən də, rəsmi olaraq məzuniyyətdə ola bilər. Amma o, məzuniyyətdə olmadığı halda belə rəhbəri olduğu Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsində sözün əsl mənasında xoşagəlməz hallar yaşanır. Bu işlərdən isə, təbii ki, Müşfiq Rəhimovun xəbəri olmamış deyil.
Amma Dövlət Yol Polisi İdarəsinin rəisi, poilis general-mayoru Ramiz Zeynalov yəqin xəbərsizdir. Çünki, hörmətli Ramiz müəllimin necə tələbkar, işini sevən birisi olduğunu çox gözəl bilirik. İnanırıq imkan verməz ki, Müşfiq Rəhimov kimi vəzifə sahiblərinin tabeliyində çalışan işçilər DYP-nin adına ləkə gətirsinlər.
Növbəti sayımızda:
- Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinin qarşısında fəliyyət göstərən ştatlı və ştatsız işçilər nəyə xidmət edir?
- Onlar sürücülərlə hansı sövdələşməyə gedirlər?
- Hansı qüvvənin sayəsində avtomobillə bağlı sənədləri tez həll etmək olar?
- Əməkdaşımız yaşanan problemi kiminlə və necə həll etdi?
Kivnews.com
Cabir Əliyev
- 3 minədək şəxsin namizədliyi irəli sürülüb - Məzahir Pənahov
12 dekabr 2024 15:36
- AZADLIQ PARTİYASI-nın AÇIQLAMASI
6 dekabr 2024 12:17
- Qulu Məhərrəmli: Çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədi - MÜSAHİBƏ
5 dekabr 2024 13:49
- Rusiya üçün vuruşan ilk Şimali Koreya əsgəri əsir götürüldü - ŞOK GƏLİŞMƏ
3 noyabr 2024 11:05
- Ziya Məmmədovun qardaşı həbs olunur? – Özü danışdı
2 noyabr 2024 14:51
- Eldar Əzizov - Kanalizasiya sisteminin problemi gündəlikdədir
22 oktyabr 2024 19:07
- Ramiz Mehdiyev cinayət işindən danışdı
21 oktyabr 2024 21:33
- Hamlet İsaxanlının özəl məktəbində nələr baş verir?
21 oktyabr 2024 19:54
- Mehdiyevin dövründəki qanunsuzluqlarla bağlı - Cinayət işi açıldı
21 oktyabr 2024 15:13
- Ələkrəm Hümbətov qiyamı: polis rəisi 31 İLDƏN SONRA faktları açır – İlk dəfə
12 oktyabr 2024 16:27
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41