Cərimə pulları hara gedir? - Açıqlama

"Cərimələnən sahibkar, sürücü, piyada bilməlidir ki, ödədikləri vəsait hara gedir, onları kimlər və necə xərcləyir".
Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu Qaynarinfo.Az-a bildirib. Ekspert açıqlamasında qeyd edib ki, Azərbaycanda çox müxtəlif dövlət fondları fəaliyyət göstərsə də, iki fonddan başqa digər fondlar xərc istiqamətləri açıqlama vermir:
"Fondlar arasında Neft Fondu və Sosial Müdafiə Fondu həm miqyasına, həm təyinatına və həm də hesabatlılığına görə seçilir. Hər iki Fondun büdcəsinin gəlir və xərcləri ilə bağlı məlumatlar müntəzəm olaraq ictimaiyyətə açıqlanır. Lakin bu iki fonddan başqa müxtəlif dövlət təşkilatlarının nəzdində yaradılan fondlar vardır ki, onlar haqqında yalnız ümumi məlumatlara çıxış imkanları mövcuddur. Onların gəlir mənbələri məlum olsa da, xərc istiqamətləri haqqında açıqlama verilmir. Onlar büdcədənkənar inkişaf fondları adı ilə müxtəlif dövlət orqanlarının nəzdində yaradıldığından ora yığılan vəsaitləri dövlət büdcəsində görmək olmur. Çünki, büdcə sənədlərində Neft Fondu və Sosial Müdafiə Fondundan başqa “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna rast gəlmək mümkündür. Büdcədə “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna dair açıqlanan yeganə məlumat ondan ibarətdir ki, bu il həmin Fondun gəlirləri 108 milyon manat olacaq".
Ekspert daha mühüm bir məqama toxunacaq bildirib ki, büdcədənkənar inkişaf fondlarına nəzər saldıqda görürük ki, hər bir nazirlik özü ən azı bir fond yaradıb:
"Diqqət yetirin. Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu, Vergi orqanları işçilərinin sosial müdafiəsi və bu orqanların maddi həvəsləndirmə və inkişaf fondu, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən formalaşan fond və digərləri. Dövlət büdcəsi kiçildikcə, adını sadaladığım fondlar ildən ilə böyüyür. Son illərin trendi göstərir ki, vergi, gömrük, yol polisi və sistemlərə rəhbərlik edənlərin başlıca marağı yalnız dövlət büdcəsinin deyil,daha çox birbaşa sərəncam verdiyi fondların gəlirlərinin artmını təmin etməkdır. Belə ki, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin edilir, vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 25 faizi hesabına yaradılan büdcədənkənar fond da eyni funksiyanı yerinə yetirir, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunur. Bütün bunlar da həmin sistemin işçilərində büdcəyə deyil Fonda daha çox vəsait yığılmasına stimul yaradır. Məsələn, bu ilin büdcəsində vergi sanskiyaları 90 milyon manat proqnozlaşdırılıb, bu o deməkdir ki, vergi orqanları il ərzində 120 milyon manatlıq cərimə və sanskiyalar tətbiq etməlidirlər ki, onun da 75 faizini, 90 milyon manatını büdcəyə, 30 milyon manatını isə vergi orqanları işçilərinin sosial müdafiəsi, maddi həvəsləndirməsi və inkişaf fonduna yönəltsinlər. Ötən ilin ilk 8 ayında yol hərəkəti qaydalarının qaydaların pozulmasına görə ödənilən cərimələr 58,5 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, cərimələr ayda orta hesabla 7 milyon manat olub. Bu hesabla da ötən il üçün yol hərəkəti qaydalarının pozulmasına görə gözlənilən yığım 90 milyon manatı ötüb. Göründüyü kimi, vergi orqanlarının və yol polisinin cərimələrinin birlikdə məbləği 210 milyon manatdan çoxdur. Vergi orqanları bu məbləğin 75 faizini büdcəyə köçürsə də, yol polisinin topladığı cərimələrin ən yaxşı halda 10 faizini 2017-ci il büdcəsində görmək olar. Çünki, bu ilin büdcəsində cərimə və sanksiyalara görə büdcəyə daxilolmalar 101 milyon manat nəzərdə tutulur ki, onun da 90 milyon manatını vergi qanunvericiliyinin pozulmasına görə ödəmələr təşkil edəcək".
Ekspert hesab edir ki, ildən-ilə böyüyən cərimə fondlarının inkişaf fondları adı ilə ayri-ayrı dövlət orqanlarının sərəncamında saxlanılaraq qeyri-şəffaf və hesabatsız xərclənməsi maliyyə nəzarəti orqanlarının diqqətindən kənarda qalmalı deyil:
"Xüsusilə də yuxarıda adı çəkilən fondların xərclənməsi barədə əhaliyə müntəzəm olaraq hesabat xarakterli məlumatlar verilməlidir. Cərimələnən sahibkar, sürücü, piyada bilməlidir ki, onun ödədiyi məbləğ hara gedir, onu kimlər və necə xərcləyir. Fikrimcə, yaranmış vəziyyətdən çıxışın ən düzgün yolu həmin fonların və kassaların ləğv edilərək cərimə və sanskiyalara görə ödənişlərin birbaşa büdcəyə yönəldilməsidir. Çünki, bu halda eyni zamanda iki problemi həll etmək mümkündür. Birincisi, şəffaflıq və hesabatlığı, çünki büdcə sənədləri daha əlçatandır, ikincisi isə cərimələrin və sanskiyaların əsassız tətbiqininin qarşısının alınmasını. Bu təklifə opponent olanlar fondların anti-korrupsiya effektini qabardarlarsa, bu halda da mövcud problemin həlli vergi, gömrük, yol polisi işçilərinə, bütünlüklə müəllimlərə, həkimlərə və digər kateqoriyadan olan büdcə sferasında çalışanlara layiqli əmək haqları vermək və onu qiymətlərin artımına müntəzəm olaraq indeksləşdirməkdir".
NUH.az
- Obamadan şikayətləndi
13 mart 2025 11:50
- 4 MİLYАRD manat ölkədən NECƏ OĞURLANIB - Elə faktlar var ki...
11 mart 2025 16:27
- Uinston Çörçill: Rus ayısı ilə Amerika öküzü arasındakı zavallı ingilis eşşəyi…
11 mart 2025 15:40
- Artur Rasizadə adının tarixçəsini danışdı - ÖZƏL
10 mart 2025 11:29
- Fuad Nağıyevə qarşı ittihamlar: Hər şeyi ermənilərə verdilər, pula satdılar
9 mart 2025 11:09
- Azercell bizi niyə SOYUR ?
8 mart 2025 20:01
- Müəyyən şəxslər var ki, sanki boksun inkişafını istəmir - Ramil Məmmədzadə
6 mart 2025 00:40
- Naxçıvanda Ali Məclisə və Nazirlər Kabinetinə ehtiyac yoxdur...
5 mart 2025 16:01
- Vəkil Adəm Məmmədov həbs edildi
5 mart 2025 14:18
- Çingiz Mehdiyevə 10 il həbs tələb edildi - Arif Rəhimov dindirilmədi
3 mart 2025 18:37
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 21:14
- Azərbaycan vətəndaşlarının BÖYRƏYİNİ satan qadın həbs edildi
11 mart 20:17