“Qanuni oğrular”ın Bakı döyüşü
Kriminal10 yanvar 2017 16:14
Yanvarın 9-na keçən gecə Nərimanov rayonunda baş verən atışmanı kriminal avtoritetlər Rafiq Eyvazov (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları törədiblər.
Bu barədə Sputnik-ə kriminal dairələrə yaxın mənbələr məlumat verib.
Bazar ertəsi, yanvarın 9-da Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki “Nənəmin Təndiri” kafesinin yaxınlığında 15-20 nəfər arasında atışma ilə nəticələnən kütləvi dava olub. Məlumata görə, kriminalistlər hadisənin baş verdiyi ərazidə Makarov tipli tapançadan atılmış gilizlər tapıblar. Bununla yanaşı, məlum olub ki, atışma Lotu Quli və Rafik Masallinskinin klanı arasında baş verib.
Daha dəqiq desək, bu hadisələrə Masallinski səbəb olub. O, öz qisasını alırmış. Kriminal dairələrə yaxın olan digər mənbənin sözlərinə görə, dekabr ayında Türkiyədə “qanuni oğru” Rafiq Eyvazov amansızlıqla döyülüb.
Məhz Lotu Qulinin adamları Masallinskiyə qarşı zor tətbiq ediblər. İlkin məlumatlara görə, Eyvazovla Səlifov arasındakı münaqişə pul üstündə baş verib. Söhbət 200 min dollardan gedir. Əvvəllər, hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən Səlifovun qruplaşmasının tərkibində olan Eyvazov onunla bərk mübahisə edib və sonra qrupdan çıxdığını bəyan edib.
Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul hava limanında qarşılayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, onunla türk ortağı da olub. Restorandan çıxarkən Eyvazovu və tanışını tapança ilə təhdid edərək adam olmayan yerə aparıblar. Orada onların hər ikisini xüsusi amansızlıqla döyüblər və gizləniblər. Hadisə baş verəndən sonra Masallinski bir neçə gün xəstəxanada yatıb.
Məlumata görə, o, döyüldüyünə görə intiqam almağa söz verib. Belə bir məlumat da var ki, sözügedən qrupların Moskvada baş vermiş qarşıdurmasında bir azərbaycanlı öldürülüb.
Bununla yanaşı, Nərimanov Rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları atışmada iştirak edən şəxslərin saxlanılması ilə məşğuldur.
Məlumdur ki, baş vermiş hadisə zamanı yaralananlarla bağlı polisə xəstəxanalardan hər hansı məlumat daxil olmayıb. Məlumatlı mənbənin bildirdiyinə görə, atışma zamanı zərərçəkənlər var. Lakin onlar ələ keçəcəklərini nəzərə alaraq tibb müəssisələrindən yardım istəməyiblər.
NUH.az
Oxşar xəbərlər
- -Capital City- tikinti şirkəti obyektləri və yaşayış evlərini sakinlərin başlarına uçurmaqdan çəkinmir
26 noyabr 2024 18:59
- Azərbaycanda yeni bələdiyyələr yaradıldı - Siyahı
25 noyabr 2024 15:44
- Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı
25 noyabr 2024 15:26
- 240 min iş yeri açıqlacaq? (AÇIQLAMA)
25 noyabr 2024 14:24
- Azərbaycanlı idmançı erməniləri yenərək QALİB OLDU – FOTOLAR
25 noyabr 2024 13:59
- Günün mübarək, KƏLBƏCƏR
25 noyabr 2024 10:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 2024 21:29
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 2024 15:18
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 2024 19:57
Xəbər lenti
- Bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib
28 noyabr 00:19
- AZAL-dan -Uçuran Cümə- kampaniyası: aviabiletlərə 30%-ə qədər endirim
28 noyabr 00:01
- Tovuzda dəhşətli qəza: 5 hərbçimiz həlak oldu
27 noyabr 22:55
- Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi
27 noyabr 21:31
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi
27 noyabr 21:13
- Deputat: - Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir -
27 noyabr 20:22
- Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
27 noyabr 16:11
- Prezidentin rektor təyin etdiyi Kamilə Dadaşzadə kimdir? - DOSYE
27 noyabr 15:54
- Merkel xatirələrini yazdı: 41 il əvvəl Azərbaycana niyə gəlmişdi?
27 noyabr 15:45
- Etibar Əliyev: - Prezidentə təşəkkür edirəm, vəziyyətimi nəzərə aldı-
27 noyabr 15:36
- ABŞ və Türkiyə razılaşdı: F-35 təyyarələri...
27 noyabr 00:09
- Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər
26 noyabr 23:53
- NAR abunəçiləri üçün -İnternet Kredit - xidmətini təqdim edir
26 noyabr 20:49
- Əli Məsimli: - Korrupsiyaya, məmur özbaşınalıqlarına qarşı mübarizənin gücləndirilməsi...
26 noyabr 20:15
- Bu qidaları ağzınıza da atmayın: Çiy yeyildikdə öldürür
26 noyabr 19:54
- -Capital City- tikinti şirkəti obyektləri və yaşayış evlərini sakinlərin başlarına uçurmaqdan çəkinmir
26 noyabr 18:59
- Səyyad Aran: - A kişi, qurtarın da bunları -
26 noyabr 18:03
- Milli Məclisin iclası başladı: Dövlət büdcəsinin müzakirəsi davam edir
26 noyabr 12:06
- Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapıldı
26 noyabr 12:00
- İsti qidalar xərçəngə səbəb olur - Diqqətli olun!
26 noyabr 11:00
- İlham Əliyev Trampa zəng vurdu
26 noyabr 10:35
- TƏCİLİ: Mingəçevir su anbarında ZƏLZƏLƏ
26 noyabr 10:22
- Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
26 noyabr 10:13
- Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı: 3-4 min manat tələb olunur, əgər bu davam etsə...
25 noyabr 21:39
- SON DƏQİQƏ! Hərbi ekspert Ədalət Verdiyev həbs edildi - SƏBƏB...
25 noyabr 20:57
- Pişiyə oxşayırsan - dedi, müdiri tərəfindən döyüldü - Aptekdəki davanın TƏFƏRRÜATI
25 noyabr 20:51
- Aynur Qurbanlıya yüksək vəzifə verildi
25 noyabr 20:37
- Azərbaycanın Avropanın qaz təminatındakı rolu nədir? – Müqayisəli siyahı
25 noyabr 16:08
- Azərbaycanda yeni bələdiyyələr yaradıldı - Siyahı
25 noyabr 15:44
- Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı
25 noyabr 15:26
Video & Fotoqalereya
Video
Fotoqalereya