Məşhur şirkətin sahibinin erməni ilə biznes əlaqəsi – Mahmudovun imzası ilə araşdırılıb
İqtisadiyyat7 yanvar 2017 17:36

“Sabina P&C” mağazalar şəbəkəsinin sahibinin telefonu dinlənilib, amma özünə toxunulmayıb
“MTN çetesi”qurbanlarının sayı təxminən 200-ə yaxındır. Bu, istintaq orqanlarına məlum olan statistikadır.Ancaq say daha da çoxala bilər. Çünki şikayət etməyən, adının “MTN işi”ndə və mətbuatda hallanmasını istəməyən bir çox iş adamı, məmur zərərçəkmiş kimi tanınmaqistəməyiblər. Zərərçəkdikləri məlum olsa belə, şikayətlərinin olmadığını deyərək,prosesdən kənarda qalmağa çalışıblar.
Musavat.com xəbər verir ki, adı istintaqa məlum olan zərərçəkmişlər arasında da xeyli vəzifəli şəxslər var. Onlar dindirilib və “MTN mafiyası”nın başlarına açdıqları oyunları ətraflı şəkildə danışıblar.
MTN işi ilə bağlı zərərçəkmiş kimi tanınan şəxslərin əksəriyyəti telefonlarının qanunsuz olaraq dinlənilməsindən xəbərsiz olublar.
“MTN çetesi” ilə rastlaşmayan, üz-üzə gəlməyənlər də olub, amma onların telefonları qanunsuz, məhkəmə qərarı və əməliyyat zəruriyyəti olmadan dinlənilib və buna görə zərərçəkmiş kimi tanınıblar.
Məşhur mağazaların sahibi dinlənilib
Həmin zərərçəkmiş şəxslərdən biri də Azərbaycanda fəaliyyət göstərən məşhur parfümeriya mağazalar şəbəkəsinin sahibidir.
Söhbət “Sabina P&C” mağazalar şəbəkəsinin təsisçilərindənHüseynov Elçin Əlheydər oğlundan gedir.
Musavat.com MTN-nin vəzifəli şəxslərinə qarşı açılmış cinayət işinin materiallarına istinadən bildirir ki, Elçin Hüseynov zərərçəkmiş kimi istintaqa ifadəsində deyib ki, 1994-cü ildən fiziki şəxs kimi Bakı şəhərində müxtəlif ünvanlarda “Sabina P&C” mağazalarında xaricdən aldığı parfümeriya və kosmetika məhsullarının satışı ilə məşğul olub.
Biznesini böyüdən Elçin Hüseynov 2005-ci ildə xalası oğlu Şıxəliyev Fuad Rafiq oğlu ilə birlikdə “Sabina P&C” MMC-ni təsis edib. Fuad Şıxəliyev MMC-nin baş direktoru, o isə müavini olub.
“Sabina P&C” MMC-nin Bakı şəhərində 11, Gəncə şəhərində 2 mağazasının fəaliyyət göstərdiyini deyən E.Hüseynov şirkətdə ümumilikdə 250 nəfərə yaxın şəxsin əmək müqaviləsi əsasında işlədiyini deyib.
Telefonu dinlənildiyi üçün zərərçəkmiş kimi tanınan E.Hüseynovun bəxti ondan gətirib ki, MTN maskalılarının əlinə keçməyib. Ancaq dinlənilib…
Sahibkar MTN-nin əlinə keçmədiyini deyib
E.Hüseynov1995-ci ildən eyni telefon nömrəsini işlətdiyini deyərək,heç vaxt ləğv olunmuş MTN-əçağırılmadığını, fəaliyyəti ilə bağlı hər hansı araşdırma aparılmadığını, ona və ya şirkətin digər əməkdaşlarına qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini söyləyib.
O, əminliklə deyib ki, ümumiyyətlə heç bir hüquq-mühafizə orqanı tərəfindən fəaliyyətləri ilə bağlı araşdırma aparılmayıb və ləğv olunmuş MTN-ninhəbs edilən əməkdaşlarını tanımır.
Dövlət Təhlükəsizlik Xidmətinin istintaqa təqdim etdiyi arayışdan məlum olur ki, Elçin Hüseynovun telefon nömrəsi 2014-cü ilin oktyabrından 2015-ci ilin aprel ayına qədər dinləyiblər.
Sahibkarın telefon nömrəsi MTN-nin Monitorinq Mərkəzində dinlənilib və sifarişçi nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Başİdarəsi olub.
Birinci halda E.Hüseynovun telefonunun dinlənməsi Başİdarənin sabiq idarə rəisi Vüqar Məhərrəmovun, ikinci halda isə Başİdarənin sabiq rəis müavini Fizuli Əliyevintələbi ilə olub.
İstintaq zamanı o da məlum olub ki, Elçin Hüseynovun telefon nömrəsi 2014-cü ilin aprel ayından MTN-nin Əməliyyat-texniki İdarəsində də nəzarətə götürülüb.
Bu dəfə isə təşəbbüskar MTN-ninTransmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Başİdarəsinin başəməliyyat müvəkkili Musayev Nicat Şakir oğlu olub.
“Sabina” ölkəyə qaçaq mal gətirib?
Həmin dinləmələrdə “Sabina P&C” şirkətinin rəhbəri Elçin Hüseynovun yüksək rüsumlu parfümeriya və kosmetika məhsullarınıÇindən qaçaq yolla Azərbaycana gətirməsi barədə məlumat daxil olub. Bu məlumatMTN-ninTransmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Başİdarəsinin sabiq başəməliyyat müvəkkili Samir Nəcəfov tərəfindən siqnal çərçivəsində yoxlanılıb. Ancaq yoxlama zamanı E.Hüseynovun qaçaqmalçılıq fəaliyyətinə dair təsdiqedici məlumatlar əldə etmək mümkün olmayıb.
Şirkət rəhbərinin erməni ilə əlaqəsi
Lakin bu epizodla bağlı diqqət çəkən bir məqam var. Belə ki, MTN-nindinləmələri zamanı Elçin Hüseynovun Fransanın “LVMH” (parfümeriya və kosmetika sahəsində məşhur brendlərin satışını təşkil edir) şirkətlər qrupunun Ermənistandakı rəsmi distribüteriAndreAbaryan ilə işgüzar xarakterli əlaqələr saxlaması məlum olub. Ancaq bu məlumatın araşdırıb-araşdırılmaması ilə bağlı istintaqda heç bir məlumat qeyd edilməyib. Şirkət rəhbəri də bu haqda danışmayıb.
MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin 2-ci idarəsinin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyev də istintaq zamanı bu epizod üzrə dindirilib.
MTN zabiti deyib ki, Elçin Hüseynovun dinlənilməsi ilə bağlı qərar o, şöbə rəisi təyin edilməmişdənöncə verilib. Əməliyyat tədbirinin nəticələrinin həmin şəxs barədə olan qeydiyyat işinə əlavə edildiyini bildirib.
İstintaq zamanı MTN-nin Monitorinq Mərkəzi və Əməliyyat-texniki idarəsi tərəfindən telefon nömrələrinin dinlənilməsiətrafında əməliyyat-texniki tədbirlərin keçirilməsinə dair tapşırıqlara baxış protokoluna da nəzər yetirilib.
Sahibkarın dinlənilməsində Eldar Mahmudovun imzası
Protokoldan məlum olub ki, E.Hüseynovundindirilməsi ilə bağlı tapşırıq Nicat Musayevin təşəbbüsü ilə Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəisi Sübahir Qurbanov tərəfindən imzalanıb və Monitorinq Mərkəzinin keçmiş rəisi Teymur Quliyevə göndərilib.
Həmin tapşırıqda Monitorinq Mərkəzinin “daxil olma” ştampı var. Tapşırığın yuxarı hissəsində “icazə verirəm” sözləri altında sabiq nazir Eldar Mahmudovun imzası var. Tapşırıq blankının 11-ci bəndində (tədbirin əsaslandırılması) “Parfümer ƏTİ” qeyd edilib. 13-cü bəndində “obyekt parfümeriya və kosmetika məhsullarının qaçaqmalçılığı ilə məşğul olan “LUMH” transmilli şirkətin ER-dəkidistribütoru olan “Range” şəbəkəsinin sahibi, həmin ölkənin vətəndaşı Andre Abaryan ilə yaxın əlaqələri mövcüddür” sözləri var.
Baş idarənin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi Fizuli Əliyev isə ifadəsində Elçin Hüseynovun telefonunun dinləməsinixatırlamadığını deyib.
NUH.az
Oxşar xəbərlər
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 2025 12:08
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 2025 23:46
- Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
11 mart 2025 21:14
- Hacı Zeynalabdin Tağıyevlə Nərimanovun məşhur mübahisəsi: Cibində bir qəpik pulu yoxdur…
11 mart 2025 18:21
- Tramp 50 günə ABŞ-ı və dünyanı batırdı - Professor Saleh Məmmədovun sərt yazısı
11 mart 2025 17:18
- 4 MİLYАRD manat ölkədən NECƏ OĞURLANIB - Elə faktlar var ki...
11 mart 2025 16:27
- AzerTelecom şirkətinin Direktoru və ...KOLLEKTİV SEKS
11 mart 2025 15:54
- SOCAR-ın sabiq vitse-prezidentinin oğlunun işi yenidən məhkəmədə - atalıq testindən keçməlidir
10 mart 2025 23:26
- Görürsünüz ki, Tramp hakimiyyətə gəlib qəpik hesablayır
10 mart 2025 23:18
- Artur Rasizadə adının tarixçəsini danışdı - ÖZƏL
10 mart 2025 11:29
Xəbər lenti
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
- Kanadanın istefa verən baş naziri kreslosunu da özü ilə apardı
11 mart 21:50
Video & Fotoqalereya
Video
Fotoqalereya