"Bu hökumət yaxşı bilir ki, məni pulla almaq olmur"

NUH.az tanınmış hüquqşünas Aslan İsmayılovun Bakıpost.az-a müsahibəsinin ikinci hissəsini təqdim edir:
- Aslan müəllim, dediklərinizdən belə görünür ki, vətənpərvər adamsız, dövlətə, millətə görə narahatsınız. Amma indi siz özünüz də satqınlıqda ittiham olunursuz. Mən, vaxtilə SSRİ-nin agenti kimi ölkəyə göndərilməyinizlə bağlı iddiaları nəzərdə tutmuram. Söhbət "Xəmsə” restoranının sahibi Mürvət Həsənlinin sizin açıqlamalarınıza qarşılıq olaraq irəli sürdüyü ittihamı – erməniləri müdafiə etməyinizi nəzərdə tuturam. Bununla bağlı nə deyə bilərsiz?
- Hamısı boş söhbətlər. Mənə qarşı o ittihamı sürənlər bircə dəfə arxivlərin açılması barədəki çağırışlarıma səs verəydilər. Hər dəfə o məsələni qaldıranda qarınlarına ağrı düşüb. O arxivlər açılsa, kimin rusun, kimin İranın agenti olduğu görünər. Bizim bütün bəlalarımız həmin arxivlərlə bağlıdır ki, hazırkı hakimiyyət də ondan yaxşıca istifadə edir. Əminəm ki, bu gün 37-ci ildə kim nə edib açıldığı kimi bir vaxtlar bugünkülərin də sifətləri cırılacaq. Konkret fakt isə necə olub deyim sizə. Deməli, mən Türkiyədə böyük bir prosesə çıxırdım, milyarderin boşadığı qadının vəkili idim.
- Bahalı iş olar, yəqin...
- Zəhmətimə görə aldığım qonorar əlbəttə balaca məbləğ deyildi. Özü də mən xaricdə aldığım pulların cüzi bir hissəsini belə Azərbaycanda qazanmamışam. 97-ci ildə bircə prosesdən 100 min dollar qazanmışam. Krasnodarda müsadirə olunmuş kondisionerlərlə bağlı məhkəmədə prosesini udmuşam və o dövrdə Baş nazir işləyən Fuad Quliyev adından mənə o pul verilib. Həmin pulun, təxminən 38 mininə bu ofisi almışam... Bu barədə əvvəllər ətraflı yazdığımdan kifayətlənirəm.
Azərbaycanda mənim qədər dövlətə vergi ödəyən az vəkil var. Tək son 10 ilə mənim "VİZA” hüquq firmasından qazancım 281 min manat olub, onun da 28 minini vergi ödəmişəm. Ümumilikdə isə bu illər ərzində 173 min manatdan artıq vergi ödəmişəm. Bura vəkil kimi qazancım aid deyil. O rəqəmlər məndə olmadığından deyə bilmirəm.
- Mümkünsə qayıdaq əsas sualımıza...
- Hə, əlbəttə... Deməli, çıxdığım məhkəmə prosesində tanıdığım bir vəkil bu ilin may ayında mənə zəng edərək çox nüfuzlu iş adamını qəbul edib bacardığım köməkliyi göstərməyimi xahiş etdi. Az sonra Bakıda "Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin sahiblərindən biri Ömür Oralla görüşdük. Məlum oldu ki, sahibi olduğu şirkət "Siyəzən Broyler” ASC-yə göndərdiyi yumurtaların əvəzi olaraq 1 milyon 600 minə yaxın ABŞ dollarını ala bilmir. Təxminən 3 ay sənədlərlə tanış olduqdan sonra Sumqayıt İnzibati-İqtisad məhkəməsinə "Siyəzən Broyler” ASC-yə qarşı iddia qaldırdım. Sonra bir nəfər mənlə görüşüb, "Siyəzən Broyler” rəhbərliyi tərəfindən göndərildiyini dedi. Bildirdi ki, bu şirkətin heç bir borcu yoxdur. Sonra bəlli oldu ki, "Siyəzən Broyler” ASC-nin "Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nə 3 milyon 800 min ABŞ dolları civarında borcu olub və borc son sentinə qədər özünü türk şirkətinin nümayəndəsi kimi təqdim edən Mürvət Həsənov ("Xəmsə”nin sahibi-red.) adlı şəxsə ödənilib.
Bu barədə Ömür Oralla danışdıqda bilindi ki, həqiqətən onlar Azərbaycana göndərdikləri malların ödənişinin təmin edilməsi üçün Mürvət Həsənova hər yumurta üçün bir sent veriblər və müəyyən müddət də bu qaydada işləyiblər. 2015-ci ildən bəri borc 3 milyon 800 min ABŞ dollarına çatıb. Mürvət Həsənovun xahişlərinə baxmayaraq, onlar yumurta göndərməyi dayandırıb pulun tam ödənilməsini tələb ediblər. Mürvət Həsənov onlara bildirib ki, "Siyəzən Broyler” ASC borcunu ödəməkdən imtina edir və sahibləri hakimiyyətin ən üst qatında olduğundan borcun ödənilməsi sual altındadır. Qeyd edim ki, Mürvət Həsənov Ömür Oralla kirvə olublar. Ömür Oral əslən azərbaycanlıdır. Buna görə də Ömür Oral Mürvət Həsənovun dediklərinə heç bir şübhə etməyib, ancaq pullarını tələb etməkdə israrlı olub. Bu müddət ərzində Mürvət Həsənov Ömür Orala, özünün Azərbaycanda çox ciddi nüfuz sahibi olduğundan, borcların qaytarılmasına çalışacağını bildirib. Bir müddət Mürvət Həsənov onlara təxminən 2 milyon dollar göndərib, qalan borcun isə ödənilməsinin mümkünsüz olduğunu bildirib.
Mürvət Həsənov
Ömür Oral borclarını tələb etmək üçün Bakıya gələcəyini bildirdikdə Mürvət Həsənov gəlməsinin onun üçün təhlükəli olduğunu bildirib. Əslində isə Ömür Oralın həyatı üçün Bakıda heç bir təhlükə olmayıb. Mürvət Həsənovun ona yalan danışmaqla yerdə qalan puldan imtina etməsinə nail olmaq istəyib. Bunları biləndən sonra "Siyəzən Broyler” ASC-ni təmsil edən şəxslərlə dedim ki, onlar bu barədə rəsmi strukturlara ödəniş sənədlərini təqdim etsinlər və onlara qarşı iddianı geri götürək. Belə də oldu. Həmin şəxslər Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə müraciət etdilər. Bundan dərhal sonra Mürvət Həsənov Türkiyəyə getdi, Ömür Orala müraciət edərək borcu tam ödəyəcəyini, buna görə istənilən yerdə və vaxtda onunla görüşüb problemləri həll etməyə, borcu tam qaytarmağa hazır olduğunu bildirib. Ömür Oral isə baş verənlərdən sonra ona heç inanmadığını və ancaq vəkilinin yanında görüşə biləcəyini dedi. 2016-c il noyabrın ortalarında Ömür Orallı mənim iştirakımla Baş Prokurorluğunun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində dindirdilər. İfadə veriləndən sonra bizi Mürvət Həsənovla üzləşdirəcəklərini bildirdilər.
Müstəntiq Tural Aslanovun yanında olan bu söhbət zamanı, Mürvətin yalvarışlarından sonra belə qərara alındı ki, birgə gedib həmin məbləğə borc müqaviləsi imzalayırıq və pul qısa müddətdə ödənilir. Son olaraq Mürvət Həsənov göz yaşları tökərək borcu 1 milyon 300 min ABŞ dollarına qədər endirdi və bu barədə videoçəkiliş aparılmaqla borc müqaviləsi imzalandı. Həmin videonu da ictimaiyyətə təqdim etmişəm.
Lakin sonradan Mürvət Həsənov borcunu ödəməkdən imtina edib, başqa yollara əl atdı. Öz şəriki Mamed adlı şəxslə Türkiyəyə gedib Ömür Oralı şantaj etdi, vergi orqanlarına müraciətlər imzaladı. Ona ödənilən hər yumurtaya bir qəpiyin vergisinin ödənilməməsini dedi. Bundan sonra rəsmi strukturlara "Aslan İsmayılov Ömür Oraldan 200 min alıb problemin həll olunmasına əngəl törədir”, şirkətdə erməni əsilli Türkiyə vətəndaşının payçı olması kimi iddiaları ortaya atdı.
Adı çəkilən şirkətin ermənilərə məxsus olması isə daha maraqlı söhbətdir. Bunu Mürvət Həsənov heç vaxt bilə bilməzdi. Məhz kirvə olduqlarına görə Ömür Oral özü Mürvətə demişdi ki, şirkətdə ermənilərə məxsus 15 faiz pay olub, həmin payı faktiki olaraq ermənidən alsalar da, rəsmiləşdirə bilmirlər. Mürvət Həsənov hamıdan yaxşı bilir ki, pay sahibi Raffi Bozaçıyan 3 ilə yaxındır ki, İstanbulun "Amerikan” xəstəxanasında koma vəziyyətində aparata qoşulu olduğundan nə özü, formal olaraq sağ olduğundan, nə də vərəsələri rəsmiləşdirə bilmir. Erməni məsələsinin bu şəkildə ortaya atılması murdarlıqdır. Həmin erməni Raffi Bozaçıyanla Mürvət Həsənovun özü birbaşa işbirliyində olub. 10 ildir ki, Mürvət Həsənov bu şirkətin Azərbaycanda satdığı hər yumurtadan 1 sent alıb. Həmin pulları alanda şirkətin Raffi Bozaçıyan adlı payçısı olduğunu da bilirdi. Nə baş verir – pul alanda olur, borcları qaytaranda erməni məsələsi üzə çıxır?! Yalandan deyir ki, mən erməni ilə müqavilə bağlamışam, təkrar edirəm müqaviləni Ömür Oralla bağlamışam və erməni məsələsini Mürvət mətbuatda qaldıranda bilmişəm. Erməni məsələsi təkrar edirəm son dövrlər, Mürvət sıxışanda ortaya atılıb. Bu ideyanın da kimə məxsus olduğu bəllidir.
- Ümumiyyətlə, hansısa erməni müraciət etsə, onun hüquqlarını müdafiə edərsinizmi?
- Bəli. Vətənşüvənlik mənlik deyil. Bu gün Azərbaycanda yaşayıb ölkəmi sevən, qanunlarına hörmət edən ermənini də müdafiə edərəm. Və bununla da dünyaya göstərərəm ki, mən gerizəkalı deyiləm, insanı dininə, dilinə, irqinə görə yox, haqqına görə müdafiə edirəm. Mən açıq deyirəm: O aparata qoşulan erməni dirilib bura gəlsə və iddia qaldırsa, onu məmnuniyyətlə müdafiə edərəm. Qoy görsün ki, mən oğru, cibgir azərbaycanlını yox, haqqın tərəfində olanı müdafiə edən azərbaycanlı vəkiləm. Və biz dünyaya bunu aşılamalıyıq.
- Söhbətin əvvəlində dediniz ki, Azərbaycan həqiqətlərini dünyaya yaymağın vacibliyi barədə geniş məqalə yazmısız, diaspor quruculuğunun vacibliyini bildirmisiz, hətta bununla bağlı müəyyən işlər də görmüsüz. Bunları danışanda adamın gözü önündə bir patriot adam obrazı yaranır. İndi dedikləriniz isə tam başqa obrazdı... Necə başa düşək?
- Yenə deyirəm vətənşüvənlik, pafoslu patriotizm mənlik deyil. Mənə vacib olan insanlıq və ali hüquqdu. Bu mürvətlər vətən, millət deyə-deyə, addan istifadə edə-edə Türkiyəyə azərbaycanlıları dələduz kimi təqdim edir. Siz bunu necə qəbul edirsiz? Siz bilirsiz ki, bu işlə bağlı Türkiyənin Ticarət naziri həmin Ömür Oralla bura gələcək? Siz bilirsiz ki, Türkiyə səfirliyi bu işlə bağlı Prokurorluğa rəsmi nota verib? Bundan əlavə, bu məsələlərlə bağlı Türk iş adamları birliyi Ərdoğana da məktub ünvanlayıblar. Yazıblar ki, siz deyirsiz Azərbaycana investisiya yatırın, amma ora investisiya yatırmaq təhlükəlidir. Misal kimi də bu hadisəni qeyd ediblər. Və yəqin ki, bu məsələ Prezidentlər səviyyəsində müzakirə olunacaq.
- Bu günlərdə saytlarda Sumqayıt hadisələrinin məhkəmə prosesini aparan keçmiş hakim Mənsur İbayevin 2010-cu ildə yazdığı məqalədən bəzi hissələr verildi. O, sizi Sumqayıt hadisələrinin məhkəmə istintaqı zamanı dövlət ittihamçısı kimi azərbaycanlılara qarşı qəddar münasibətdə, ömürlük cəza tələb etməkdə ittiham edib... Bildirib ki, onun 8 il iş verdiyi adama siz prokuror kimi ömürlük cəza istəmisiz...
- Mənsur İbayev bunu deməyə məcburdu, çünki ifşa olunub. Biz ona görə bu gündəyik ki, şüurumuz onun dediklərinə inanmaq səviyyədədi. Bəzi əclaflar da bundan istifadə edirlər.
Onu da deyim ki, həmin İbayevin dediyi adama ömürlük yox, mən ona güllələnmə istəmişəm. Əvvəlcə onu deyim ki, mən o işə çıxana kimi, bir yerdə də Qriqoryan adı keçməyib. Bu barədə özüm də ilk dəfə işə çıxanda bildim. Mən üzə çıxarmışam ki, Sumqayıtda baş verən hadisələr Azərbaycana qarşı təxribatdır. Və onun başında da Qriqoryan adlı bir şəxs durub. Həmin vaxta qədər bütün dünyanın diqqəti bizdəydi. Hamı bizi vəhşi kimi təqdim edirdi. Belə bir vaxtda mən həmin erməniyə güllələnmə, onunla çiyin-çiyinə vəhşiliklər törətmiş adama 6 il cəza istəməliydim? Dünya buna nə deyərdi? Mənim güllələnmə istədiyim adam Vaqif Hüseynov idi. Həmin Vaqif ki, neçə adamı baltalayıb. Bundan əlavə isə, əlinə yoğun boru götürüb, Emma adlı 62 yaşlı erməni qadının ayaqlarını aralayıb... Buna 8 il cəza necə istəyim? İndi də həmin adamlara güllələnmə istəyərəm! Əminəm ki, tarix hər şeyi yerbəyer edəcək. Təəssüf ki, mən onu görə bilməyəcəm. Bu gün mənə divan tutan şərəfsizlərin gözünə baxa bilməyəcəm.
- Aslan müəllim, siz əslində inandırıcı bir ittihamla çıxış etmisiniz. Deyirsiniz ki, Mürvət Həsənov borcu qaytarmaq istəmədiyi üçün erməni məsələsini ortalığa atıb. Hətta bu məsələnin həddən artıq şişirdildiyini, bununla da Türkiyə şirkətinin şərləndiyini deyirsiz. Amma siz özünüz də müdafiə etdiyiniz şəxslərə görə Mürvət Həsənova qarşı məsələyə dəxili olmayan ittihamlarla çıxış eitmisiniz. Yəni, mövzuya aidiyyəti olmadığı halda Mürvət Həsənovun ləğv olunmuş MTN-lə, konkret olaraq Akif Çovdarovla bağlı adam olduğunu bildirirsiniz. Bunu sübut edən bir dəliliniz varmı?
- Mən bir daha deyirəm. O, Çovdarovun adamı olub. Çovdarov bəzi adamları Mürvətin əliylə yaxalayıb.
- Elədirsə bu 1 ildə niyə istintaqa cəlb olunmayıb? Üstəlik, mənim məlumatıma görə, məhz bu ittihamlarınıza görə o, sizi məhkəməyə verib.
- Cəhənnəmə versin!
- Sübutları tələb edir, iddia edir ki, ona böhtan atırsınız...
- Onun arxasında Prezident Aparatının məsul şəxsi durur. Onun mənə elədiklərini bağışlamayacağam. Mənim bir canım var, heç nədən qorxmuram. Mən şərəfimi müdafiə etməyi bacarıram.
- Konkret faktınız varmı? Yoxsa bu sizin qənaətiniz və ya kiminsə dediklərinə əsaslanan iddiadır?
- Mürvət-Çovdarov işbirliyindən 3 nəfər zərərçəkmiş şəxsi tanıyıram. Bu 3 nəfər indi üzə çıxmaq istəmir, çünki qorxurlar. Əgər maraqlıdırsa qoy xüsusi xidmət orqanları araşdırsınlar. Görsünlər, Çovdarovun bağında qonaqlara kimlər xidmət edirmiş. Araşdırsalar görərlər ki, "Xəmsə”nin əməkdaşları olublar. Çovdarovun oğlunun toyu harada olub? "Xəmsə”də! İki nəvəsinin ad günü harada olub? "Xəmsə”də. Mürvətdə olan xüsusi səsyazma, çəkmə cihazları haradandır? Keçmiş MTN-dən. Bu "Xəmsə”yə hörmət hardandı?
- "Xəmsə” məşhur yerdi, hər kəs orada toy edə bilər. Siz hüquqşünassınız, bunlara əsaslanmaq nə dərəcədə düzdü?
- Akif kimi adam tədbirlərini niyə məhz orda edir? Başqa yer yox idi ona? Bu adam pullu adamları şərikliyə cəlb edib, sonra Akifə informasiya ötürür, Akif də onu çəkir, soyur, pullarını alırmış. Bir daha deyirəm, tanıdığım 3 nəfər var. Mənə müraciət ediblər ki, Mürvət bizim evimizi yıxıb, aparıb təhvil verib Akif Çovdarova. Deyirlər, biz elə bilirdik Akif tutulan kimi, bunu da atacaqlar içəri. Amma görünür, arxası möhkəmdir. Kimə bağlı olduğunu isə mən artıq yazmışam, açıq şəkildə bildirmişəm. Bir daha deyirəm, qoy DTX araşdırsın.
Bu məsələlərdə elə addımlar atıldı ki, bu Mürvətin ağlı deyil. Onun buna başı çatmaz. Mürvət prokurorluqda pulu ödəməyə hazır idi. Sonradan onun fikrini dəyişdirdilər. Erməni məsələsini ortalığa atdılar. Bir məsələni də deyim ki, bu müddət ərzində Azərbaycanın məşhur adamlarından bir neçəsi mənə müraciət etdi. Dedi, niyə çəkilmirsən bu işdən, 300 min manat verirlər. Dedim, axı bunun adı şərəfsizlikdir, o da mənlik deyil!
- Sizin özünüz necə, Çovdarovu şəxsən tanıyırsınızmı? Onunla hər hansı münasibətiniz olubmu?
- Çox görmüşəm, çox yaxşı tanıyıram. Mən öldürülən Elmar Hüseynovun rəhbərlik etdiyi "Monitor” jurnalının həmtəsisçisiyəm. Məncə bu faktın özü az söz demir. Onlar mənə həmişə düşmən kimi baxıblar. İnanın ki, MTN çetesi bir az da ifşa olunmasaydı, məni də içəri salacaqdılar. Onlar məni həmişə izləyib. Telefonlarıma qulaq asıblar. Hətta mənim yanıma gələn adamların şəklini çəkib, səsini yazıb sonra şantaj ediblər, mənə qarşı ifadə almağa çalışıblar.
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 2025 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
11 aprel 2025 15:41
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35