Tanınmış kardiocərrahdan hökumətə vacib təklif - Adambaşına 1 manat ödəməklə...
Cəmiyyət5 yanvar 2017 15:46
Millət vəkili, tanınmış ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov bunu Musavat.com-un əməkdaşına açıqlaması zamanı deyib.
Azərbaycanda qəfil ölümlərin artmasının səbəbləri barədə danışan məşhur cərrah bildirib ki, ürək tutmaları əsasən də 40-60 yaş arasındakı insanların arasında geniş yayılıb.
Ancaq R.Mahmudovun sözlərinə görə, müasir tibbin imkanlarından yararlanmaqla ölkəmizdəki qəfil ölümlərin statistikasını kəskin şəkildə azaltmaq olar: “Dünyada təsdiqlənib ki, “stend or life” proqramından yararlanmaqla qəfil ölümlərin böyük bir hisəsinin qarşısını almaq tamamilə mümkündür. Çünki insan xərçəngdən qəfil ölmür. Qəfil ölümlərin ən birinci səbəbi ürək-damar xəstəlikləri-infarktlar və beyinə qan sızmaları, ani beyin qan dövranının pozulması - insultlardır. “Stend or life” – “yaşamaq üçün stendləmə” - həm ürək, həm beyin damarlarını bərpa etməyə imkan verir. Yəni damar tam tutulmaya getdiyi dəqiqədə xəstəni zamanında xəstəxanaya çatdıraraq iki saat ərzində damarın yolunun bərpa edilməsi lazımdır. 20 il bundan əvvəl dünyada belə bir texnologiya olmayıb. Amma artıq dünya bunu qəbul edib. Əsas məsələ o proqramı həyata keçirmək yox, onu zamanında həyata keçirməkdir. Yəni evdə proses başlandığı zaman xəstə təcili yardımla götürüləcək və xüsusi ratsiya sistemləri ilə bütün mərkəzlərə xəbər veriləcək, özü də xəstə adi bir xəstəxanaya yox, stend qoyula biləcək bir məkana aparılacaq. Üstəlik, o məkanda artıq xəstə fikirləşməyəcək ki, mən bunun ödənişini edə biləcəyəm, ya yox, bu, dövlət tərəfindən maliyyələşəcək və o insanın həyatı geri qaytarılacaq.
Bu mənada artıq nəticələri bilinən “stend or life” proqramının ölkəmizdə də qəbul olunması çox faydalı olardı. Bu proqramın ölkəmizdə qəbul olunması ildə 15 minə yaxın kəskin infarkt xəstəsi olan insanların azı 90 faizinin həyata normal şəkildə qaytarılması, ailələrinin başında qalması deməkdir”.
Həkimin dediyinə görə, kəskin infarktlar zamanı təcili müdaxilə insanın tamamən normal həyata qaytarılması deməkdir: “Söhbət təkcə ölüm riskindən qurtarmaqdan deyil, xəstənin heç bir zədə almadan normal həyatına geri dönməsindən gedir. Biz təcili yardım sistemlərinin qeydiyyatlarına baxdığımız zaman görürük ki, reallıqda kəskin infarktla, yəni kəskin koronar sindrom dediyimiz xəstəliklə ən azı 15-20 min insan var ki, həmin dəqiqələrdə onlara müdaxilə olunmadığına görə, ya əlilə dönür, ya kəskin infarkt keçirmiş xəstə halına gəlir, ya da həyatını itirir. Deyilə bilər ki, bu, böyük bir rəqəm deyil. Amma biz hər an hər birimiz bu risklə üz-üzəyik və hər birimizin başına gələ bilər. Deməli, böyük bir rəqəmdir. Bu xəstələrin əksəriyyətini xilas etmək və həyata qaytarmaq mümkündür”.
R.Mahmudov Azərbaycanla Avropa ölkələri arasında da paralellik aparılmasına da toxunub: “Bu gün Avropada 85 yaşlı insanın velosiped sürdüyünü görəndə düşünməyək ki, o çox sağlam həyat sürüb, heç bir xəstəliyi olmayıb. Yox, sadəcə onlar 55-60 yaşlarında bu problemlərlə üzləşiblər, ürəkləri zədə almadan, bədəndə qalıcı deffekt qalmadan vaxtında bu problem həll olunub. Bir gün sonra həmin xəstəyə göstəriləcək yardımın mənası yoxdur, bu, yarımçıq və zərər görmüş bir bağçanı suvarmaq kimi bir şey olacaq”.
Kardioloqun sözlərinə görə, infarkdan sonra yaşayanların da çox hissəsi əlilə dönür və bu da əlavə problemdir: “Ölkədə əlilliyin artmasının qarşısının alınması gələcək xərclərimizin azalması deməkdir. Dövlətçilikdə ən vacib məsələ insanın yaşamaq haqqıdır, bu, bütün konvensiyalarda öz əksini tapıb. Düşünürəm ki, bu proqramın başlanılması mühüm əhəmiyyət kəsb edir. Bütün ölkə üzrə “stend or life” proqramı həyata keçirildiyi zaman orta hesabla 15-20 milyon manta vəsait tələb olunur. Bu da adambaşına illik 1 manat xərc deməkdir. Yəni bu proqramın bir illik həyata keçirilməsi naminə hər vətəndaş üçün 1 manat ayrılması lazımdır. Düşünürəm ki, bu gün hər bir insanın maaşının 10 manat artması o qədər effect verə bilməz, amma bu proqramla bağlı hər bir vətəndaş üçün 1 manat ortaya qoyulduğu halda, bunun faydası daha böyük olar. Ola bilər ki, hansısa vətəndaş bu problemlə üz-üzə gəlməz. Amma ən çox ölümə səbəb olan bu hadisənin qarşısının alınması yəqin ki, minlərlə ətrafdakı insane üçün çox mühümdür. Dediyim kimi, bu hadisələr daha çox 40-60 yaşında insanları əhatə edir. Düşünən beyinlərin itkisi əslində ölkə üçün başqa bir problemdir. Bunun minlərlə nümunələri var”.
NUH.az
Oxşar xəbərlər
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 2024 00:06
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 2024 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 2024 23:59
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 2024 13:38
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 2024 19:15
Xəbər lenti
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
Video & Fotoqalereya
Video
Fotoqalereya