Elmira Süleymanova öz yerinə Aydın Səfixanlını seçdirəcək?
“Şikayətçi vətəndaşlara verdiyi formal cavablarla özünə məmur-dostlar qazanan aparat rəhbəri beləcə gələcəyini də sığortalayıb”
Son zamanlar Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı mətbuatın gündəminə tez-tez çıxmaqdadır. Lakin təəssüflər olsun ki, A.Səfixanlı daha çox mənfi ruhlu məlumatlarla gündəmə gəlir. Məsələn, onun QHT sektorunda heç kimə tanış olmayan həyat yoldaşı Aytən Səfixanlının bir neçə dəfə ard-arda QHT-lərə Dövlət Dəstəyi Şurasından qrantlar udması bir sıra şübhələrə və suallara səbəb olmuşdu. Belə ki, Aydın Səfixanlının şikayətçi vətəndaşlara “başdan etmə” tipli cavablar verməsi, onların müraciətlərinə ciddi yanaşmaması da vaxtaşırı ölkə mətbuatının gündəminə gəlməkdədir.
Bu yaxınlarda LEGİON-a müraciət etmiş astaralı müəllim Fətəli Fərziyevin sözlərinə görə, onun evi təbii fəlakət nəticəsində deformasiyaya uğrayıb, bir sıra qurumlara etdiyi müraciətlər bir fayda verməyib: “Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə bildirib ki, guya mənim evimin deformasiya olunması təbii fəlakət nəticəsi deyil. Başa düşmürəm, bu cavablar hansı araşdırmaya əsasən verilir və bir ailənin risk altında yaşamasına necə göz yumulur?”.
Həmçinin, bu günlərdə Kavkaznews.az-da dərc olunan “Ombudsman aparatı Bakı şəhər İcra Hakimiyyətinə etiraz etmək cəsarətində deyil”başlıqlı yazıda bildirilir ki, 38 saylı Uşaq Bağçasından qanunsuz yolla işdən çıxarılan tərbiyəçi Aynur Mahmudova və narazı valideynlərin müraciətlərinə Ombudsman Aparatında baxılmayıb, aparat rəhbəri Aydın Səfixanlı sadəcə məktubları Bakı ŞİH-ə yönəltməklə kifayətlənib. Dekabrın 9-da Aynur Mahmudova bizimlə əlaqə saxlayıb.
“Bu yaxınlarda məni və bəzi valideynləri Ombudsman Aparatına çağırdılar. Bizimlə Aparatın Adil adlı əməkdaşı görüşdü. O bildirdi ki, icra hakimiyyəti artıq uşaq bağçasında yoxlama keçirib. “İcra hakimiyyətinin nümayəndələri heç bir mənfi hal aşkar etməyiblər. Bağçada hər şey qaydasındadır” – deyə Adil bildirib.
Aynur Mahmudovanın sözlərinə görə, Ombudsman Aparatının əməkdaşının fikirləri valideynləri qəzəbləndirib. “Onlar bildiriblər ki, onlara şəhər icra hakimiyyətinin mövqeyi bəllidir. “Biz sizə öz tədqiqatınızı aparmanız xahişi ilə müraciət etmişik. Siz icra hakimiyyətinə etiraz etməyə cəsarət etmirsiniz?”, – deyə onlar Adildən soruşdular. Təəssüf ki, Adil onlara cavab vermədi”, – Aynur Mahmudova məlumat verib (kavkaznews.az).
Bu günlərdə isə Azərbaycanın ombudsmanı Elmira Süleymanova ilə bağlı maraqlı məlumatlar yayılmağa başladı. Məlumata görə, Elmira Süleymanova üçüncü müddətə bu vəzifəyə namizədliyinin irəli sürülüb-sürülməyəcəyi məsələsinə münasibət bildirib. E.Süleymanova bu məsələ ilə bağlı qərarı gözlədiklərini deyib. Qeyd edək ki, E.Süleymanova ikinci müddətə 2010-cu ilin martında insan haqları üzrə müvəkkil seçilib (APA).
Onsuz da, mətbuatda çoxdan danışılır ki, hüquqi savadı olmayan Elmira Süleymanova bütün işlərini hüquqi təhsili olan Aydın Səfixanlıya həvalə edib. Və ombudsmanla görüşməyə çalışan vətəndaşların da Aydın Səfixanlıdan “yuxarı” qalxa bilmədikləri daim cəmiyyətdə müzakirə mövzusu olub.
LEGİON-un redaksiyasına daxil olan məlumata görə, son aylarda artıq E.Süleymanova Ombudsman Aparatının fəaliyyəti ilə də maraqlanmır və Aydın Səfixanlının hazırladığı hesabat və sənədləri imzalamaqla kifayətlənir. Güman ki, E.Süleymanovanın səhhətində olan problemlər vəzifəsi ilə maraqlanmağa imkan yaratmır, lakin məlumatlara görə, iş artıq “etibar” məsələsini də keçib və ombudsman öz aparat rəhbərinin dediklərindən kənara çıxmır, hətta hara gedib-getməyəcəyi barədə də A.Səfixanlı ilə məsləhətləşir.
Bildirilir ki, bu yaxınlarda Elmira Süleymanovanın 7 illik səlahiyyət müddəti bitdiyi üçün, o, öz yerinə Ombudsman aparatının rəhbəri Aydın Səfixanlını seçdirmək fikrindədir.
Hətta LEGİON-a məlumat verən mənbələrin sözlərinə görə, özünün bu məsələnin həllinə tək gücü çatmadığı üçün, bəzi hüquq mühafizə orqanlarının rəhbərlərinə də arxalanaraq, bu addımı atmaq qərarına gəlib. Mənbələr qeyd edir ki, şikayətçi vətəndaşlara verdiyi formal cavablarla, nəinki dövlət qurumlarıyla münasibəti korlayan, hətta bir sıra məmur dostlar qazanan Səfixanlı bu cür “strategiya” ilə öz gələcəyini də sığortalamış olub. Güman olunur ki, həmin “dost” məmurlar Aydın Səfixanlıya söz veriblər ki, Elmira Süleymanovanın yerinə onu seçdirəcəklər. Əlbəttə, məmurların fəaliyyətinə mane olmayan, vətəndaşları formal xarakterli cavablarla müraciətlərinə peşman edən bir şəxs belə bir vəziyyətdə “zərərsiz” sayıla bilər.
İndiyə qədər insan haqlarıyla bağlı heç bir ciddi addım atmayan, ən xırda məmurlardan və hətta uşaq bağçası müdirlərindən belə edilən şikayətlərə “hər şey yaxşıdır, siz səhv deyirsiniz” tipli cavablar verən şəxsin gələcəkdə bir çox məmur tərəfindən dəstəklənəcəyi də şübhə doğurmur. Qeyd edək ki, mətbuata sızan məlumatlara görə, Aydın Səfixanlının qaynı Ramiz Nemət oğlu Məmmədov Az.Res.CM-nin 178 maddəsi ilə məhküm olunaraq 9 il azadlıqdan məhrum edilib.
Hətta 6 il bundan əvvəl Aydın Səfixanlının Xətai rayonu Həzi Aslanov metrosunun üstündə yerləşən mənzilində təmir işləri görülən zaman, bir fəhlə müəmmalı şəkildə həyatını itirmişdi. Bu hadisə ilə bağlı jurnalistlər Xətai prokurorluğundan məlumat almaq istəsələr də, telefon zənglərinə cavab verən olmamışdı. Maraqlıdır ki, bu məlumatlar mətbuata yayıldıqdan sonra, hər hansı təkzib xarakterli açıqlamaya da rast gəlinmədi. Araşdırmamız davam edir.
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 2024 13:22
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Qafar Dəmirçinin atası üzr istədi - Yaşıllığı məhv edənlərə daha bir dərs- VİDEO
19 dekabr 2024 18:17
- Həbs edilən -Plazalar kralı- AYB sədri Anarın kürəkəni imiş...
14 dekabr 2024 23:30
- 16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü
14 dekabr 2024 22:42
- 25 İL ÖNCƏ ...
14 dekabr 2024 13:28
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41