“Nazir müxalifətçi olduğumu deyib, ərizə yazmağımı tələb etdi”
Sabiq rabitə naziri Əli Abbasovun keçmiş Milli təhlüksizlik naziri Eldar Mahmudovdan çəkinərək hər ay ona xərac verməsi, rəhbərlik etdiyi nazirlik daxilində təyinatları baş çekistin göstərişləri ilə yerinə yetirməsi öz sahəsinə nəzarəti itirməsi ilə nəticələnib.
“Qafqazinfo”nun MTN işi ilə bağlı cinayət işinin materiallarından əldə etdiyi məlumatlar bunu tam sübut edir.
İstintaq zamanı şahid qismində dindirilən Sabunçu telefon qovşağının rəisi Nəriman Salmanov bildirib ki, 2004-cü ilin may ayından sentyabr ayınadək Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi, 2005-2010-cu illərdə Yasamal telefon qovşağının rəisi, 2010-cu ildən isə hazırkı vəzifəsində işləyir: “2004-cü ildə Əli Abbasov nazir təyin olunandan sonra mən də BTRİB-də baş direktor oldum. Həmin vaxt Beytulla Hüseynov Xətai telefon qovşağının rəisi idi. O, məndən Yasamala rəis təyin olunmasını istədi. Nazirin razılığı ilə bu barədə əmr imzaladım. Eldar Mahmudov Milli təhlükəsizlik naziri təyin olunandan sonra Sabunçu qovşağının rəisi Adəmi həbs etdirdi. Adəm də əvvəl BTRİB-in rəisi işləmişdi. Həmin vaxt Eldar Mahmudovla intriqaları olub. Adəmin həbsi ilə bağlı Beytulla Hüsenovla görüşüm zamanı onun Eldar Mahmudovla qohum olduğunu bildim. 2004-cü ilin sentyabr ayında nazir Əli Abbasov məni otağına çağırıb müxalifətçi olmağımla bağlı MTN-dən məktub daxil olduğunu dedi. Həmin məktubu uzaqdan mənə göstərib işdən azad olunmağım barədə ərizə yazmağımı tələb etdi. Mən nazirə bunun yalan olduğunu, araşdırmaq üçün vaxt verməsini xahiş etdim. Təxminən 15-20 gün sonra Əli Abbasov məni yenidən yanına çağıraraq artıq bacara bilmədiyini, çıxılmaz vəziyyətdə olduğunu, onu məcbur etdiklərini dedi. Mən də işdən çıxarılmağım üçün ərizə yazdım. Təxminən 7 ay sərəncamda qaldım. 2005-ci ilin aprel ayında Beytulla Hüseynovu BTRİB-in rəisi, bir neçə gün sonra isə məni Yasamala rəis təyin etdilər. Həmin vaxtdan Beytulla Hüsyenovla münasibətlərimiz soyudu”.
N.Salmanov MTN əməkdaşlarının rabitə sahəsində kuratorluğu və telefon danışıqlarını dinləmə qaydaları haqda danışıb: “Bu işi görən baş idarənin əməkdaşlarından Kərim Kərimovu, Teymur Quliyevi, Zahid Zeynalovu tanıyırdım. Onlar rabitə sahəsi üzrə kurator idilər. Füzuli Əliyevlə də bir neçə dəfə telefon vasitəsilə danışmışam. Vəzifədə olduğum müddətdə heç vaxt hər hansı MTN əməkdaşına pul verməmişəm. Yalnız bir dəfə Füzuli Əliyevin xahişi ilə onun qohumuna telefon xətti çəkdirmişəm”.
NUH.az
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 2024 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 2024 20:07
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 2024 13:22
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37