Saltıkovların rus taxt-tacına xidməti - onlar tatar əsilzadəsi Saltık bəyin nəslindəndirlər
Prof.dr. MinaxanımTəkləli-Nuriyeva
Acgözlüklə oxunan, dinlənən, öyrənilən kitab, nağıl, tarixin qəhrəmanı ecazkar qadın; sehirkar, əsrarəngiz, miflərə bürünmüş, əslində yaxın tarixin dastanlaşan qəhrəmanı Katerina - II Yekaterina. Bu gün də şöhrəti həsəd və qibtələrə səbəb olan qadın padşah... Təpəgöz nağıllarına bənzər elə nağıllar, rəvayətlər eşidirəm ki... Bu çirkin ittihamlara heyrət edirəm. Lakin sakitcə, qənaətlərimi daşdan keçən sübutlarımı bir yana qoyuram. Az qala əlinə qılınc almış, bu az bilib çox danışan müsahibimə: Axırıncı dəfə nə vaxt kitab oxumusunuz?!
...Saltıkovlar Rusiyanın əsilli-nəcabətli ailələrindən sayılırdılar. Bu nəsildən böyük sərkərdələr çıxmışdı. İki dəfə çar ailəsi ilə qohum olmuşdular. Çar Mixail Fyodoroviçin anası Saltıkovların qızı idi. Yenə rus çarı I Pyotrun böyük qardaşı çar V İvanı da Saltıkovlar ailəsindən evləndirmişdilər. Belə ki, sonralar rus taxt-tacına sahib olan Rusiya imperatriçası Anna İvanovna (1730-1740) anası tərəfindən Saltıkovlardan hesab olunurdu.
Saltıkovlar nəsli tatar əsilzadəsi olan Saltık bəydən törəyib, sonra rus tarixində knyaz, qraf nəsli kimi ad almışdılar.
Anna İvanovna hakimiyyətə gələndə dayısı Saltıkova qraf titulu verdi. Onun doğmaca dayısı general anşef Vasili Saltıkov (1675-1755) Rus dövlətinə hərbi uğurlar gətirmişdi. 7 illik müharibədə digər dayısı general Saltıkov 1742-ci ildə Kunersdorf döyüşündə (indiki Polşa ərazisindədir) böyük itkilər bahasına olsa da (tarixin ən qanlı müharibələrindəndir) qələbə çaldı.
Aydınlıq xatirinə deməliyik ki, tarixdə bu nəslin daha bir “məşhuru” vardır. Bu, adı tarix kitablarına düşən qadın, mülkədar xanım Saltıkçadır. 7 il ərzində bu gənc və qəşəng xanım 139 adamı xüsusi qəddarlıqla öldürmüşdü. Anna - o mənşəcə Saltıkovlara mənsub deyildi: Saltıkova onun özünün yox, ərinin familiyası idi. Bu familiyaya çox hörmət bəsləyən II Yekaterina onu ömürlük həbsə məhkum etdi və Saltıkov soyadından məhrum qoydu. O cəllad qadın sadəcə Darya Nikolay qızı deyə adlandırıldı.
Yuxarıda dediyimiz kimi Saltıkovlar çar evi ilə iki dəfə qohum olmuşdular...
Pyotrun qızı Yelizaveta çarlığa başlayan kimi Almaniyadan 14 yaşlı bacısı oğlunu Rusiyaya gətirtdi və özünə vəliəhd elan etdi. Onun Almaniyaya ərə gedən bacısı bu uşaq doğulandan üç ay sonra vəfat etmişdi. Çarlıq edən Yelizaveta isə rəsmən ərdə olmamışdı, odur ki, öz bacısı oğlunu özünə varis təyin etdi, dərhal da oğlana adaxlı tapıldı. Gəlin də Almaniyadan seçildi və saraya dəvət olundu. Pravoslav dininə keçirilərək nişanlandı və bir il sonra onların toyu oldu. Almaniyadan gələn gəlinin Sofiya-Avqustanın adını Yelizaveta dəyişərək, öz anasının Şərəfinə Yekaterina qoydu.
İndi budur onların evliliyinin 8-ci ili də keçməkdədir. Yekaterina isə bir dəfə də olsun hamilə qalmamışdır. Onun özünün məktublarında, ələlxüsus, gündəliyində Yekaterinanın bundan narahat olduğu duyulmasa da, çar sarayı bərk nigaranlıq keçirir. Öz təbiəti etibarilə ağıllı və həm də çox səmimi, eləcə də cəlbedici qadın olan Yekaterina yüksək cəmiyyətin cavan kişilərilə fərəh içində yaşayırsa da, ciddi və müstəqil addım atmağa cürət edə bilmir. Onun hər bir addımı izlənilir, dediyi hər bir söz yerinə çatdırılırdı.
Lakin görünür bu məsələ imperiyanın özünün həlli vacib məsələsi olduğundan bu işi onsuz həll edirlər. Hər şeydən əvvəl onu bilirlər ki, hamıdan çox ətrafında iki gənc daha çox dolanır. Hər ikisi saray əyanlarının oğludur. Biri Lev Narışgin (çariça Yelizavetanın dayısı nəvəsi), digəri Sergey Saltıkov. 1752-ci ildə Sergey Saltıkovun 26 yaşı var idi. 2 il idi ki, fröylöyn Matryona Pavlovna Balkla evlənmişdi. Sergey həm gözəl, həm də çox zirək idi. Yekaterina onu “fəndgir” adlandırırdı. O Yekaterinanın bərk xoşuna gəlirdi. Yekaterina özü gündəliyində yazır ki, çariça Yelizavetaya ən yaxın olan qadın çariçanın doğmaca xala qızı Çoğlakova (qız familiyası Skavronskaya) Yekaterinanın qəlbinə girmək istəyirmiş kimi onu xeyli sorğu-suala tutur. Bu iki gəncdən birini seçməyi təklif edir və bu işin vətən üçün, dövlət üçün gərək olduğuna işarələr vurur. Əlbəttə, Yekaterina əvvəl qorxuya düşür, bunları bir hiylə bilir və yaxasını ələ vermir. Lakin get-gedə onun bu işi imperatriçanın tapşırığı ilə gördüyünü duyur, yumşalıb təslim olur. Öz dediyi kimi Saltıkov gün kimi gözəl idi; Nəinki Peterburq saray dairəsində, heç dünyanın ən böyük saraylarında onun kimi gözəl oğlan ola bilməzdi. Əslində Saltıkov qardaşlarının hər ikisi Yekaterinanın ağlını başından almışdı; böyükləri Pyotr ağlı, Sergey isə gözəlliyi ilə. Və o seçimini edir. Bundan sonra ona şərait yaradılır. Saltıkov çox rahat şəkildə onun yataq dairəsində görünməyə başlayır. Yekaterina dərhal uşağa qalır. Lakin at üstündə saatlarla əylənmək, cıdır, dostlar ilə uzun gəzintilər... ehtiyatsızlıq üzündən bətnindəki uşağı saxlaya bilmir. Amma daha qayğısı yoxdur. Tezliklə təkrar hamilə qaldığını hiss edir. 1754-cü ilin sentyabrında bu dəfə sağ-salamat taxt-tacın gələcəkdə sahibi çar Paveli dünyaya gətirir. Cürbəcür şaiyələr gəzirdi. Fransa səfirliyindən Parisə göndərilən depaşada uşağın əslində çariçə Yelizavetanın qanunsuz uşağı olduğu xəbər verilirdi. Hər nə isə... İmperiya böyük bayram şənliyinə başlayır. Böyük şəhərlədə cah-cəlallı ziyafətlər verilir, paytaxtda toplardan salam atəşləri atılır. Hər yerdə imperiyanın taxtı-tacının varisi doğulması münasibətilə şadlıq, fərəh hökm sürür. Saltıkovu isə İsveçə diplomatik işə göndərirlər. Ayrılıq başlanır. Yəni onu demək istəyirlər ki, vəzifəni, işini icra etdin, daha sənə ehtiyac yoxdur, gedə bilərsən, xoş gəldin. Əri III Pyotr isə uşağı olmasa da, qayğısı da yox idi; həftədə bir qıza vurulurdu. İndi isə gələcək çar üçün əsil məhəbbət başlamaqda idi; o Yelizaveta Vorontsovaya vurulmuşdu. Yekaterinanın kimdən uşaq doğduğunu da bilirdi, onu özünə övlad, özünü də ona ata saymırdı. Odur ki, əvvəldən onsuz da, araları soyuq olsa da indi o Yekaterinadan lap üz çevirmişdi, rəsmiyyət xatirinə onunla oturub-durub, cəmiyyətə çıxırdı. Beləliklə Yekaterina lap tək qalmışdı. Gündəliyində bu barədə qeydləri onun tək-tənha çəkdiyi həsrət ağrılarını çatdırır. Birdən-birə alışdığı məhəbbətli günlər bitib qurtarmışdı. Sevgilisi Saltıkov uzaqlarda idi. Həm də əli ora çatan Yekaterina onu güddürüb məlumat almışdı ki, gözəl Saltıkov onun kimi qüssələnmir “hər yubkanın ardınca qoşur…” “Həm də Saltıkov səfir olduğu ölkədə dəhşətli xəbərlər yayırmış, uşağın atası mənəm, deyə, öyünürmüş".
Uşaq isə “atası” Saltıkova yox, gözəl Saltıkovun Pyotr Saltıkov deyilən general qardaşına, simaca çirkin olan “əmisinə”oxşadı.
Lakin oğulda öz çar atasına böyük sevgi yaranacaqdı. Anası Yekaterinaya böyüdükcə nifrət edirdi. Çünki hakimiyyət onun idi. O isə 40 yaşına keçə-keçdə idi, anası onu saraya yaxın qoymur, hər an onun yan-yörəsini yoxlatdırır, izlətdirirdi. Odur ki, anası ölən kimi özü hakimiyyətə gəldikdə ilk sualı atası haqqında oldu. Çünki Yekaterina hakimiyyəti ələ keçirdikdə elə ilk gündəcə atasını öldürtmüşdülər (sonra özünün 4 illik hakimiyyəti də atası kimi boğulub öldürülməklə bitəcəkdi). Pavel taxt-taca sahib olan kimi atasının kağızlarını araşdırdı. Atası öldükdə 9 yaşı vardı. Atasını öldürən Aleksey Orlovun (Yekaterinanın sevgilisi Qriqori Orlovun qardaşı) etiraf məktubunu tapıb rahat köks ötürdü, deməli atasını öldürən anası deyilmiş və dostu Qudoviçə atam doğrudanmı ölmüşdür, hanı atam? Sualını bir daha vermədi. Puqaçov üsyanında da üsyan rəhbəri özünə qatillərinin əlindən möcüzə kimi qurtaran III Pyotrun adını götürmüşdü, axı xalqın çoxu yaxşı çara inanırdı.
Pavel atasını rus çarlarının dəfn olunduğu kilsəyə gətirmək, çarlara layiq dəfn etmək işinə girişdi. 34 il keçirdi atasının ölümündən. Onu Aleksandr Nevski Fəxri xiyabanından - o orada özü kimi bədbəxt Anna Leopoldovnanın yanında dəfn olunmuşdu - gətirib çarlar sərdabəsində Peterburqda Petropavlovsk kilsəsində anası ilə bir sırada dəfn etdirdi.
Yekaterinanın göndərdiyi rus qoşunlarını Azərbaycandan geri çağırdı. Bütün daxili və xarici siyasətində anasının tam əksinə getməyə başladı. Anasının bütün sevimlilərini, xüsusən, “qəlb dostlarını” incidib gözdən saldı. Elə özü də bu tədbirlərinin qurbanı oldu. Ona qarşı həyata keçirilən sui-qəsdin başında Yekaterinanın ən sonuncu sevgilisi Platon Zubov dururdu. Çünki ən çox zərbə bu sonuncu “aşiqə” dəyirdi. Bütün Zubov qardaşları tutduqları vəzifədən, eləcə də paytaxtdan uzaqlaşdırılmışdı. I Pavel adı ilə hakimiyyətə gələn rus çarının öz oğlanlarını görməyə gözü yox idi. Hətta çəkinmədən əyanlarına deyirdi: “Onlar məndən deyil...”
Bəlkə də öz doğulma tarixinə dair söz-söhbətlər ona da çatmışdı. Axır ki, xalq arasında hələ daha xoşagəlməz söz-söhbət gəzirdi ki, bu uşağı heç Yekaterina doğmayıb, başqasından alıb, öz uşağı kimi xalqa göstərirlər.
Yox... Hər necəsə də gələcək çar Pavelin doğulduğu o qışı Yekaterina gündəliyində göstərdiyi kimi dostsuz-yarsız qalıb dərin qəm-kədər içində keçirirdi.
Yekaterina üç dəfə ana olacaqdı. Vəliəhddən sonra dünyaya gələcək qızı gələcək Polşa kralı, indi isə rus sarayında səlahiyyətli nümayəndə Ponyatovskidən idi. Vəliəhd açıqdan-açığa əsəbləşirdi və hanının yanında, “Allah bilir, bu uşaq kimdəndir?! İndi mən onu özümünkümü saymalıyam?! Rəsmi ər ona görə əsəbləşirdi ki, canını dişinə tutub taxt-tacın varisi üçün dözmüşdü, daha bu ikinci, üçüncüsü nəyə lazım idi?!" Həqiqətən, üçüncü uşaq doğulanda onların ər-arvad münasibətləri bitmişdi. Yekaterina artıq onun gözlərinin içinə baxa bilməyəcəkdi. Lakin üçüncü dəfə hamilə qalmağa cəsarəti çatır. Qraf Qriqori Orlovla bu eşq macərası 1758-ci ildə başlamışdı.
Uşaq isə 1762-ci ildə doğuldu. Əri artıq Yelizaveta Petrovnanın ölümündən sonra (1761) öz qanuni taxt-tacına sahib olmuşdu. Yekaterina geniş kapotlarla hamiləliyini gizlədirdi yad gözlərdən, amma ətrafına sədaqətli adamlar yığa bilmişdi. Hər şey əvvəldən hər dəqiqliyi ilə ölçülüb biçilmişdi. Amma saatlarca çəkən doğuş zamanı sirr əyan ola bilərdi. Təbiət etibarilə şən, yeniyetmə qədər nadinc, şuluq adam olan imperator bir yerdə durmaq bilmirdi. Əgər gəlib öz gözləriylə görsəydi, öz ayağı ilə gəlib hər şeyin üstünə çıxsaydı... Ən yaxşı halda Yekaterinanı zorla rahibəliyə göndərərdi. Onsuz da Yelizaveta Vorontsova ilə evlənmək istəyirdi və qızı ürəkləndirirdi ki, onu boşayıb səni alacağam.
İndi də bu xatalı işin çarəsini tapırlar. Çar hələ ilk gəncliyindən yanğınlara tamaşa etməyi sevərdi. Şəhərdə yanğın düşdüyünü eşidib dərhal həvəslə ora tələsər, yanğını söndürməyə girişərdi. İndi də Yekaterinanın sancısı başlayanda onun otaq xidmətçisi inandığı adam Şukin hər tərəfdən od vurub, alovun ağzına verir öz evini. İmperator öz əyanları ilə yanğın yerinə qaçır. Yekaterina azad olur. Onun indi oğlu olmuşdu. Dərhal əvvəlldən hazırlanmış evə göndərilən uşaq əmin bir yerdə ciddi nəzarət altında böyüməyə başlayır. Bir neçə aydan sonra hakimiyyətə gələn Yekaterina Orlovdan doğduğu oğluna Ukraynada, Tulada iri torpaq sahələrini mülk olaraq yazdırır. Ukraynada ona bağışladığı Bobrinsk şəhərinin adını ona familiya yazdırır. Bu nəsil Rusiyanın ən varlı ailələrindən biri olacaqdı. Nəvə Bobrinski çar sarayında yüksək vəzifəyə layiq görüləcəkdi. İndi də Rusiya elmi dairələrində alim müasirimiz Bobrinskilər Yekaterinanın gizli doğulan oğlunun törəmələridir.
Lakin onun ömrü boyu məşuqları bir-birini əvəz etsə də Saltıkov onun qəlbinin ilk dostu, gözünün ilk ovu idi. Saltıkov ona vəliəhd bəxş etmiş, ona ana olmaq səadətini göydə Allah, yerdə o müyəssər etmişdi. Uşaq dünyaya gələn kimi Yelizaveta Saltıkovu bir daha paytaxta buraxmamağı ona kənddəki mülkündə yaşamağı əmr etdi. Saltıkov ölümünə kimi kənddə yaşadı, günlərini saraydan uzaqda başa vurdu. 1807-ci ildə ömrü sona yetdi.
Bu ailədən bir qız sonralar sarayda şərəfli ada yetişəcək imperatriçənin fröylinası olacaqdı. I Nikolayın tacqoyma mərasimində bu qız balda görünəndə çar ailəsi onun boynunda özlərinin çar ailəsi cəvahiratından birini - 70 il qabaq yoxa çıxmış medalyon-boyunbağını görürlər. Qız çar kolleksiyasının bu nadir əsərinin ona əmisindən keçdiyini deyəndə hamıya hər şey aydın olur. Onun əmisi Saltıkov Yekaterinanın ilk sevgilisi, vəliəhdin atası idi; özü də razılıq və xoşluqla seçilmiş sevgili.
Yekaterina uşaqlıqdan özünü sevdirməyə hazırlanırdı. Çox tərs və acıdil olan anası ona "sən gözəl deyilsən..." dedikcə Yekaterina Allahın ondan əsirgədiyi gözəlliyi öz əllərilə qazanmağı düşünürdü. 14 yaşında gəlin olduqda öz ağlı və fərasəti ilə yetkin yaşdakı qadınları geridə qoyurdu. Bilirdi ki, gözəl çöhrəsi və boy-buxunu olmasa belə, özünü gözəl göstərə bilər. Çox oxuyurdu, ağıllı və cazibədar nitqi vardı, kinli deyildi, ona qarşı olan haqsızlıq və düşmənçiliyi tez unudub bağışlaya bilirdi, dost və yaxınlarını illər keçsə belə unutmurdu.
İnsanlara qarşı cinsindən, yaşından asılı olmayaraq çox mehriban və lütfkar idi. Onu çox sevirdilər. Sevgililəri də vəfalı və fədakar olurdu. Onu bu qərib şahzadəni rus taxt-tacına heç kimi yox, sadiq dostları çıxardı.
...İlk məşhur Saltıkov XIII əsrdə Saltıkov Mixail idi. Onun oğlu Terenti Saltıkov Aleksandr Nevskinin yanında şöhrətli boyarlardan sayılırdı, Neva döyüşündə (1240) bir igid kimi ad çıxarmışdı. Onun nəticəsi olan Saltıkov İvan “Moroz” ləqəbi ilə məşhur idi və əvvəllər Saltıkov Moroz soy adı daşıyırdılar.
Rusiyanın varlı Morozov soyu Saltıkovların bir qoludur. Yenə bunun kimi Qolovkinlər qolu da bu nəsildən ayrılan qədim və şöhrətli soydur. Rus xidmətinə keçən daha bir məşhur Saltıkov böyük knyaz Vasilinin yanında silahdar olmuşdur (1508).
Rus familiyası Salıtkov türk sözü Saltık sözündən yaranmışdır. Rus canlı danışığında “на свой салтык” yəni “öz bildiyi kimi, insanın özünə sərfəli olan tərəfləri qiymətləndirmə kimi” anlaşılır. Saltık həm də danışıq dilində “nümunə, örnək”mənalarında məlumdur. Bir də rus dilində saltık “axsaq, bir ayağını çəkən” (bu məna ən çox tatar və qazax dillərində saxlanılır) kimi də işlənir. Rus dilində bu söz bu məsələdə “özünəməxsus” mənasında işlənməkdədir: “У всякий шылык (başlıq) на свой салтык”.
Türk tarixi, eləcə də coğrafiyası, həmçinin folkloru Saltık adıyla zəngindir. Məsələn, Ərzurum bəyi Saltık, XVII əsrdə isə Övliya Çələbinin bəhs etdiyi Sarı Saltıq bahadır. Dnestr (türk adı Turla) burada Sarı Saltık Sultan dəfn olunduğu üçün Baba Dağ adlandırıldığını, şəhərdə sultanın təkkəsi və ona bitişik gözəl Ulu cameni ziyarət etməsini söyləyir. Baba Dağı 1791-ci ildə ruslar istila etmişlər.
İlk Səlcuqlu fəthləri sırasında Şərqi Anadoluda qurulan ilk türk bəyliklərindən birinin adı Saltuklular olduğu aydın olur. Bu bəyliyi türk əmirlərindən Saltuk bəy qurmuşdu. Beləliklə, bu bəyliyin qurucusu sayılan Əmir Saltukun adı Malazgird savaşında (1071) türk ordusu sıralarında tarixlərə düşmüşdü.
Professor Roza Eyvazovanın Əfqanıstanın türk mənşəli toponimlərinə həsr etdiyi tədqiqatında da həmin adların içində Saltık yer adlarının da olduğu aydın olur. Tambov vilayətində (Rusiya) Saltıkov kənd; Saltık aulu (Dağıstan) belə toponimlərdəndir.
Məşhur rus yazıçısı Saltıkov Şedrin (Şedrin təxəllüsüdür) əslində Satıkov familiyasına mənsubdur. Çara ardı-arası kəsilmədən yazdıqları ərizələrdə öz soy adlarına bircə səs əlavə etməklə Saltıkov familiyasına keçməyə izin ala biliblər. Çünki Satıkov hara, Saltıkov kimi şöhrətli familiya hara? I Pyotrun ən yaxın dostu və silahdaşı olan Şeremetyevin xanımı və öz xatirələrilə tarixdə qalacaq qızı Nataliya Şeremetyevanın anası Saltıkovalardan idi. Beləliklə, Saltıkov rus familiyasının kökündə Saltıq türk sözündən yaranmış ləqəb durur. XVII əsrin 30-cu illərində Saltıkovlar arasında Kurqan ləqəbi daşımış Saltıkov da olmuşdur. Yenə türk sözü Kurqan (qurulmuş, tikilmiş, məzar təpəsi) bu şəxsiyyətin adına ləqəb kimi qoşulmuşdur. Çox ehtimal ki, ləqəb boyuna görə verilmişdir. Məlum olduğu kimi ruslarda bu ləqəb onu daşıyanın uca boyuna və nəhəngliyinə, əzəmətinə görə verilirdi.
NUH.az
- Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ
27 dekabr 2024 14:00
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 2024 12:05
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 2024 21:54
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 2024 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 2024 14:40
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 2024 13:56
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 2024 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 2024 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 2024 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 2024 16:03
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova
27 dekabr 19:31
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 18:27
- Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
27 dekabr 15:28
- Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ
27 dekabr 14:00
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 12:05
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 11:43
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 16:25