İqtisad Universitetinin rektoru haqda şikayət
Cəmiyyət30 dekabr 2016 14:41

Ədalət Muradov haqda kəskin ittihamlar var; onun rəhbərlik etdiyi ali məktəbdə dözülməz şərait yaratdığı, 40 nəfərdən ibarət qohum-əqrəbasını universitetdə işə götürdüyü, təcrübəli və savadlı müəllimləri sıxışdırdığı deyilir
Azərbaycan Dövlət İqtisad Universiteti ölkənin ən korrupsiyalaşmış təhsil ocağı imicini inadla qorumaqdadır. Ötən tədris ilində universitetə rektor təyin olunan Ədalət Muradov bu birinciliyi qorumaq üçün əlindən gələni əsirgəmir. Universitetdəki qaynaqların verdikləri xəbərlərdə bildirilir ki, rektorluğunun ilk aylarında apardığı "islahatlar”a görə Ədalət Muradov haqqında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İradəsinə dosye göndərilib. Ancaq hansısa gizli əl bugünə qədər onu qorumaqda davam edir.
Professor-müəllim heyətini rektordan incik salan əsas məqam tədris prosesində müəllim nüfuzunun yerlə bir edilməsidir. Universitetdə çalışanlar bildirir ki, Ədalət Muradovun yaratdığı yeni münasibətlər sistemində tələbə müəllimdən öndədir. Ötən ildən universitetdə tələbələrin müəllimləri qiymətləndirməsi sistemi yaradılıb. Tələbələr bütün fənlər üzrə müəllimlərinə 10 "fakt” üzrə qiymət verir – necə dərs keçir, davamiyyəti necədir, tələbə ilə necə davranır, tələbkardırmı, tələbəni həddən artıq yükləyirmi və s. Müəllimlər bildirir ki, sistem tətbiq olunandan sonra tələbələrlə davamlı gərginlik yaşayırlar – tələbələr mühazirələri yazmır, müəllim mühazirə dəftəri tələb edəndə "üstümüzə çox gələrsiz, sizə aşağı bal yazarıq” deyib açıq hədə-qorxu gəlirlər. Tələbədən yaxşı bal almaq isə müəllimlər üçün çox vacibdir. Rektorun tətbiq etdiyi daha bir qaydaya görə aşağı bal alan müəllimlərə elmi ad və dərəcələrin verilməsi yubadılır.
İlk baxışda sistem tədris prosesində müəllimin şəriksiz hegemonluğuna son qoyulması, müəllim-tələbə münasibətlərində qarşılıqlı məsuliyyət ortamının yaradılması kimi görünə bilər. Ancaq faktlar göstərir ki, Ədalət Muradovun yeni "elmi ixtirası” müəllimlər kimi tələbələr üçün də əsl tələdir. Artıq tətbiqinin ikinci ilində bir neçə tələbə müəllimlərə aşağı bal verdiyi üçün universitetdən qovulmaq təhlükəsi ilə üzləşib... Rektorun tapşırıqlarını şərtsiz yerinə yetirən dekanlar müəllimlərə aşağı qiymət yazan tələbələrlə "ikialan” müəllimlər arasında gərginlik yaradır, sonucda tələbəyə elan edilir - davranışına görə universitetdən xaric olunursan. Əsl həngamə də bundan sonra başlanır...
Dərhal dövriyyəyə valideynlər, dekanlarla onların arasındakı vasitəçilər girir. Uzun-uzadı danışıqlar, get-gəllər, yalvar-yaxarlardan sonra dekanlar daha yuxarılarla ciddi rəqəmlərlə ifadə olunan anlaşma əldə etməyə razılıq verirlər. Sonda valideyni ciddi xərcə düşən asi tələbə universitetdə saxlanır.

Bu sistemin müəllimlər üçün ən ağrıdıcı məqamı illərlə universitetdə dərs deyən nüfuzlu alimlərin birinci kurs tələbələrinin yazdıqları ballara görə Elmi Şurada və rektorun iştirakı ilə keçirilən digər toplantılarda aşağılanmasıdır. Belə sayğısız münasibətlə bu yaxınlarda ölkənin ən nüfuzlu iqtisadçı alimlərindən biri professor Əli Əlirzayev qarşılaşıb. Rektor professor-müəllim heyətinin qarşısında Ə.Əlirzayevi 100 ilin metodları ilə dərs deməkdə, tələbələrə hələ də konspekt yazdırmaqda ittiham edib, onu keçmişin qalığı adlandırıb, köhnələrlə işləməkdən yorulduğunu deyib. Ədalət Muradovun çox hörmətsiz davranışı qarşısında Əli Əlirzayev susmağa üstünlük verib.
Milli Məclisin keçmiş üzvü və Azərbaycanın ən sayılan iqtisadçı alimlərindən olan Əli Əlirzayev İqtisad Universitetində böyük nüfuz sahibidir. Bu gün ali məktəbdə onun yetişdirdiyi onlarla alim dərs deyir. Professor Əlirzayev iqtisad Universitetində korrupsiyaya bulaşmamış barmaqla sayılacaq qədər az müəllimlərdəndir. Heç zaman tələbənin cibinə göz dikməyən bir şəxsə rektorun belə münasibətini pedaqoji kollektiv də narazılıqla qarşılayıb. Artıq universitetdə hər kəsə bəllidir ki, ölkənin nüfuzlu aliminə "gerilikçi” demək cəsarətində bulunan rektor digərləri ilə daha pis formada davrana bilər.
Yeni rektorun köhnənin qalığı adlandırdığı metodların bəziləri əslində tədris prosesinin ayrılmaz hissəsidir və pedaqoji fəaliyyətlə məşğul olan hər kəsə bəllidir ki, bunlarsız dərs keçmək prosesə qeyri-ciddi yanaşmaqdır. Məsələn, rektor müəllimlərdən tələb edir ki, onlar dərsə heç bir dərs vəsaiti olmadan gəlsinlər, indiyə qədər istifadə etdikləri konspektlərdən imtina etsinlər. Rektor tədris ilinin başlanğıcında bildirib ki, dərsə konspektlə gələn müəllimlə bağlı tədbir görüləcək. Pedaqoqlar qərarı absurd saysalar da onun icrasına məcburdurlar, çünki əks halda yuxarıda dediyimiz tələbə nəzarəti mexanizmi işə düşərək onları rektorun zərbəsi altında qoya bilər.
"Yenilikçi” rektor müəllimlərdən tələb edir ki, yeni yaradılan elektron tədris vəsaitlərindən istifadə etsinlər. Əldə etdiyimiz informasiyaya görə, universitet elektron vəsaitlərin hazırlanması üçün böyük qrantlar alıb. Ancaq iş çox keyfiyyətsiz görülüb. Üstəlik müəllimlərə onlardan istifadə qaydaları haqqında heç bir treninq keçilməyib. Mərkəzləşdirilmiş sistem tez-tez donur və bu, dərsdə əlavə problemlər yaradır. Müəllimlər bildirir ki, hər dərsin ilk 15-20 dəqiqəsi kompüterlərin yüklənməsi, tədris vəsaitinin açılması, "donan” səhifənin işə düşəcəyini gözləməklə keçir.
Elektronlaşdırılan yalnız dərs vəsaitləri deyil. Artıq jurnal sistemi də bu yenilikdən nəsibini alıb. İlk baxışdan dəyişiklik müsbət tendensiya kimi görünsə də onun hansı məqsəd üçün istifadə edilməsi haqqında xəbərlər müsbət illüziyanı dağıdır – zaçot-imtahan dönəmində yüksək qiymət üçün sistemdə tələbələrin qayibləri silinir, aldıqları ballar artırılır.
İqtisad Universitetindəki mənbə iddia edr ki, Ədalət Muradov rektorluğa başlayan gündən universitetdə rüşvətin miqyası genişlənib. Yeni korrupsiya və rüşvət ocaqları yaradılıb, bu sahədə xeyli "irəliləyiş” əldə olunub. Mənbə deyir ki, ən böyük rüşvət köçürmələr və kəsirlər zamanı alınır. Universitetin Dərbənd filialından köçürmənin qiyməti haqqında fantastik rəqəmlər səsləndirilir - 70-100 min manat. Universitetlərarası köçürmələr qadağan edilsə də bir neçə "şanslı” universitetə, o sıradan İqtisad Universitetinə öz filiallarından tələbə köçürmək səlahiyyəti verilib. Ədalət Muradov bu imkandan məharətlə yararlanır. TQDK imtahanlarında aşağı bal toplayanlar öncə ADİU-nin Dərbənd filialına yerləşdirilir. Sözsüz ki, bu, hər abituriyentə qismət olmur... Öncəlik valideynləri 1 il sonrakı köçürmə üçün ciddi məbləğ təklif edənlərə tanınır. 1 il əli cibində gəzən tələbə 2-ci il universitetdə peyda olur. Ədalət Muradova qədər köçürülən tələbələr ayrıca qrupda təhsil alıb. İndi isə onlar digər qrupların içərisində "əridilir”. Məqsəd aydındır... Aşağı bal yığan tələbələrdən formalaşdırılan qruplarda imtahan nəticələri də bərbad olur. Bu zaman onların fərq imtahanlarını necə vermələri haqqında çoxlu suallar yaranır. Yeni rektor ehtimal olunan yoxlamalar zamanı belə suallarla üzləşməmək üçün "göz bəbəyi” köçürmə tələbələri digər qruplara bölür ki, onların aşağı nəticələri ümumi fonda nəzərə çarpmasın.
Universitetlə bağlı "şad” xəbərlərdən biri də odur ki, yaxınlarda Zaqatala filialı da Azərbaycan təhsilinə öz "töhfə”lərini verməyə başlayacaq.

Kəsirlərin düzəldilməsi üçün isə tələbələrdən 3-7 min manat tələb olunduğu bildirilir. Sonrakı yerləri magistr, diplom işləri tutur 1500-2000 manat. Universitetdən adının gizli saxlanılmasını istəyən şəxs deyib ki, rektorun rüşvət maşınını müşavir postuna təyin etdiyi Elşən Bağırzadə idarə edir. Rektorun müşaviri vəzifəsi də deyəsən, Azərbaycan təhsilində aparılan güclü islahatların nəticəsində meydana çıxıb. Buna qədər ali məktəblərdə idarəetmə funksiyasını rektor, prorektorlar, kafedra müdirləri, dekanlar daşıyırdı. İndi bu sıraya rektor müşaviri də əlavə olunub. Deyilənlərə görə, rektor Elşən Bağırzadəyə elə geniş səlahiyyətlər verib ki, obrazlı desək, qılıncının hər iki üzü kəsir – prorektorlar, kafedra müdirləri, dekanlar bir sıra məsələləri onunla razılaşdırmadan rektora çıxa bilmirlər.
Rektorun Azərbaycan iqtisad elminə daha bir "töhfəsi” universiteti Muradovların təsərrüfat subyektinə çevirməsidir. Bu haqda da ADİU-dəki mənbə bildirib. Mənbənin iddiasına görə, bu gün Azərbaycan Dövlət İqtisad Universitetində rektor Ədalət Muradovla qohumluq əlaqəsi olan 40-a yaxın şəxs çalışır. Mənbə bildirib: "Onun heç bir pedaqoji təcrübəsi olmayan qohum-qardaşı uzun illər universitetdə dərs deyən müəllimlərin başı üzərindən adladılaraq önəmli postlara çəkilir. Bu şəxslərə elmi adlar və vəzifələr də səxavətlə paylanır. Effektiv ailə iş üsulu nəticəsində auditoriyaya cəmi 1-2 semestr daxil olan qohumlar baş müəllim, fəlsəfə doktoru titul və vəzifələri ilə ödülləndirilir. Heç şübhəsiz, bu durum illərlə dərs deyib müəllimlikdən baş müəllimliyə, baş müəllimlikdən dosentiyə yüksələ bilməyənlərdə qıcıq yaradır. Rektorun isə belə narazılıqlar eyninə deyil. İndi onun əsas qayğısı qış semestr imtahanlarından gözlənilən nəticəni – nəzərində tutulan məbləği toplamaqdır”.
İqtisad Universitetindəki mənbə daha sonra deyib ki, universitetdəki acınacaqlı durum haqqında müxtəlif kanallar vasitəsilə Təhsil Nazirliyinə və digər rəsmi qurumlara xeyli sayda şikayət çatdırılıb: "Hələlik nəticə yoxdur - Ədalət Muradov hələlik öz biznes imperiyası kimi baxdığı iqtisad universitetində at oynatmaqda davam edir”.
Universitetdəki məlumatlı mənbə sonda bunları söyləyib: "Bu gün baş verənlər təhsil problemi kimi görünə bilər. Ancaq məsələ daha dərindir. Söhbət gələcəkdə ölkə iqtisadiyyatını idarə edəcək kadrların hazırlandığı ali təhsil ocağından gedir. Bu cür xətalı tədris prosesi və mənəvi aşınma mühitində savadlı kadr yetişdirilməsi böyük sual altındadır. Azərbaycan iqtisadiyyatının perspektivləri belə bir müəssisədə təhsil alan kadrlardan asılı olacaqsa, indidən milli valyutanın uzun illər "sudan çıxmayacağını” proqnozlaşdırmaq çətin deyil”.
Yazıda adları keçən şəxslərin, o cümlədən rektor Ədalət Muradovun mövqeyini dərc etməyə hazırıq. Musavat.com
NUH.az
Oxşar xəbərlər
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 2025 11:35
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 2025 12:39
- Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
11 aprel 2025 11:39
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Prezident onu rektor təyin etdi - Sərəncam
9 aprel 2025 16:24
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya