Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyinin bugünkü kollegiya iclasında məlumat verilib.
Məlumata görə, 2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 5.6 faiz artaraq 62 mini ötüb, onlardan 1.365-i nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib.
Eyni zamanda, 58 bələdiyyənin fəaliyyətində aşkar edilmiş daha ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün materiallar istintaq orqanlarına göndərilib, 8360 hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb.