Deputat çürük fərdi düşünürsə…
Ötən gün Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır və bu yanaşmada həmvətənlərimizin fəaliyyətinə yüksək qiymət öz əksini tapıb: “Cənab Prezident Dünya Azərbaycanlılarının II Qurultayındakı çıxışında qeyd edib ki, dünyada yaşayan soydaşlarımız təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynayırlar.
Prezident qeyd edib ki, bu, həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir, əhəmiyyətini artırır. Biz çox şadıq ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar o ölkələrin həyatında, iqtisadiyyatında çox mühüm rol oynayırlar və demək olar ki, artıq çox möhkəm mövqelərə malikdirlər”.
Həmçinin millət vəkili Astan Şahverdiyevin qalmaqallı açıqlamasına da dolayısı ilə toxunan Əli Həsənov maraqlı fikirlər səsləndirib: “Hər hansı şəxsin xaricdə yaşayan azərbaycanlılarla bağlı fikirləri yalnız onun öz düşüncəsinin məhsulu olub fərdi mövqeyini ifadə edir və bununla bağlı məsuliyyəti də bilavasitə o, özü daşıyır”.
Əvvəla ondan başlayaq ki, Astan Şahverdiyev sıradan biri deyil, millət vəkilidir. Milyonlarla insanın arasından seçilmiş, etibar edilmiş, düşüncəsinə inanılmış deputat statusunda dayanan biridir. Bir deputatın istər parlamentin tribunasından, və ya yerindən asılı olmayaraq dediyi hər hansı bir fikir kifayət qədər ciddiyə alınmalıdır.
Əgər bir deputat açıqlamalarında milləti, insanları, xaricdə yaşayan azərbaycanlını, imkanlı iş adamlarını təhqir edirsə bu onun fərdi mövqeyi sayılmamalıdır. Onun fərdi mövqeyi, evində, ailəsində hər hansı bir məsələ ilə bağlı verdiyi qərardır, sözdür.
Ümumiyyətlə, praktikadan da görünür ki, cəzasızlıq gələcəkdə olduqca böyük problemlərin yaranmasına gətirib çıxarır. Əcəba, kim təminat verir ki, sabah hansısa bir başqa deputat Astan Şahverdiyev kimi ciddi qalmaqala səbəb ola biləcək açıqlama verməyəcək? Və ya “üzr istəyərəm bitər gedər” kimi düşüncədə olmayacaq?
Təhqir et və sonda üzr istəməklə problemdən yaxa qurtar kimi düşüncəyə imkan verməmək lazımdır. İctimai xadimin, millət vəkilinin açıqlaması ciddiyə alınmalıdır, ona öz yeri göstərilməlidir. Astan Şahverdiyev üzr istədisə hər şey bitdimi? Bu nə biçim yanaşmadır? Parlamentdə Azərbaycanın idarəolunması üçün ən vacib qanunların müzakirələrinə qatılan, qəbulu üçün səs verən bir kəsin dedikləri necə fərdi ola bilər? Bunu necə başa düşək, Əli müəllim?
Əcəba, toyuq oğrusuna 5 il həbs cəzası verilir. Bu cəza həm də Astan Şahverdiyevin səs verdiyi qanunda yazılıb. O zaman Astan Şahverdiyevin qos-qoca milləti, insanları, evindən-eşiyindən didərgin düşmüş minlərlə məcburi köçkünü, övladına bir tikə çörək qazanmaq üçün Rusiyanın soyuğunda işləməyə gedən insanların təhqir edilməsinin cəzası üzr istəməkdirmi? Budurmu fərdi mövqe?
Rüsuyadan, Almaniyadan, Fransadan, Pakistandan, Hindistandan Azərbaycana işləməyə gələn 10 minlərlə insan var. Bəs, Astan Şahverdiyevə görə, onlar kimdi? Buna verilən cavabdamı fərdidir?
Azərbaycan prezidenti İlham Əliyev bütün dünyada Azərbaycanın və azərbaycanlıların müdafiəsi üçün durmadan çalışır. Bəs onun ölkəsindəki deputat nədən belə çürük fərdi düşüsün? Bu fərdi düşüncəyə necə sahib olub Astan Şahverdiyev? Var dövlətmi yaradır belə düşüncəni, yoxsa kasıbçılıqmı?
Sabah hansısa ermənipərəst avropalı bizə hansı münasibəti göstərər? Rahat, isti otaqlarda oturub, parlamentdə şahlara layiq kresloda yayxanan astan şahverdiyevlər nə zamana kimi təhqir edəcək?
Əgər astan şahverdiyevlər bu cür fərdi düşünürsə demək bu düşüncə çürükdür, yararsızdır… Eləsinin dövlətin idarəolunmasında yeri yoxdur. Çürük düşüncə Azərbaycana saf heç nə verməyəcək…
Ədil Hüseynli
Bizimxeber.az
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 2024 15:30
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 2024 20:02
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 2024 17:37
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 2024 12:23
- NAR Şirvanda yeni satış və xidmət şəbəkəsini təqdim etdi!
16 dekabr 2024 23:13
- Sabiq müdafiə naziri: - Hərbi çağırış həddini nəinki 30 yaşa, 27 YAŞA ENDİRMƏK lazımdır
15 dekabr 2024 01:23
- Heydər Əliyevin vəfatından 21 il ötür
12 dekabr 2024 10:00
- Pensiyalar nə vaxtdan artımla veriləcək ? - Millət vəkili Əli Məsimli
10 dekabr 2024 19:28
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41