Putinin iqamətgahında Qarabağ davası: Sarkisyan niyə göz yaşı tökdü?

Avrasiya İqtisadi İttifaqı daxilində yeni qarşıdurma mərhələsi başlayır.
Publika.az xəbər verir ki, ittifaqın dünən Sankt-Peterburqda keçirilən sammiti daxildə fikir ayrılığının olmasını açıq şəkildə nümayiş etdirdi.
Xüsusilə Belarus prezidenti Aleksdandr Lukaşenkonun sammitə gəlməməsi diqqət çəkdi.
Gömrük kodeksi
Avrasiya İqtisadi İttifaqı ərazisində gömrük münasibətlərini tənzimləyən hüquqi baza sənədinin imzalanması məsələsi “Avrasiya ailəsi”nin möhkəm təməllər üzərində qurulmadığını göstərir. Rusiya, Ermənistan və Qazaxıstan bu kodeksi imzaladı. Lakin Qırğızıstan imtina etdi. Aleksandr Lukaşenko isə sammitdə iştirak etmədiyi üçün prosesdən kənarda qaldı.
Qırğızıstan prezidenti Almazbek Atambayev bildirdi ki, ittifaq ölkələrinin əməkdaşlığında neqativ məqamlar çoxdur və bu, onun ölkəsinin inteqrasiyasına mənfi təsir edir.
Lakin rəsmi Bişkekin Gömrük kodeksindən imtina etməsinin başqa səbəbinin olduğu da aydındır. Belə ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri arasında təkcə Qırğızıstanla iqtisadi əlaqələrini genişləndirib. Qırğızıstan Brüssellə razılaşmaya görə, 6 min adda məhsulunu Avropa bazarına gömrük rüsumu olmadan çıxara bilir. Avrasiya ərazisində Gömrük kodeksini imzalamaq Qırğızıstanın Avropa bazarını itirməsi ilə nəticələnə bilər. Amma bu həm də Putin ittifaqının daxilində çatların daha da dərinləşməsinə gətirib çıxarır.
Gömrük kodeksinin Avrasiya İqtisadi İttifaqı ərazisində 2017-ci ilin 1 iyul tarixindən tətbiq olunacağı gözlənilir. Bu kodeksin tətbiqindən bir il sonra – 2018-ci ildən etibarən, ittifaq ölkələrinə xarici malların internet üzərindən sifariş edilərək, vergisiz daxil olmasında azalmalar olacaq.
Lukaşenkonun sirri
Belarus prezidenti rus torpaqlarına gəlmədi və səbəb kimi onu göstərdi ki, başı “Yeni il və milad bayramları vaxtı vətəndaşların təhlükəsizliyinin təmin olunması üzrə” müşavirəyə qarışıb.
Lakin Kremlin mətbuat xidməti Dmitri Peskovun dediyi kimi, sənədlər əvvəlcədən uyğunlaşdırılıb və Lukaşenkonun gəlməməsi onların imzalanmasına mane olmayacaq.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev də dedi ki, sammitdə iştirak etməyənlər sonradan prosesə qoşulacaq.
Bu o deməkdir ki, Belarus bir müddət sonra kodeksi imzalayacaq. Deməli, Lukaşenkonun gəlməməsinin səbəbi hansısa sənədin imzalanmasına qarşı olması yox, tamam başqadır.
Putindən inciklik
Hazırda eyni ittifaqda olan Rusiya və Belarus arasında qaz satışı üzrə fikir ayrılığı var. Minsk hesab edir ki, Rusiyadan aldığı qazın min kubmetrinin ədalətli qiyməti 73 dollardır. Rusiya isə qazı 132 dollara satır. Minskin iddiasına görə, qaz qiymətinin yüksək olması Belarus mallarının Rusiya bazarında rəqabətə davamsız olmasına səbəb olur. Bu fikir ayrılığı iqtisadiyyatın müxtəlif sferalarında özünü göstərir.
Beynəlxalq Siyasi İnstitutun direktoru Yevgeni Minçenko Rusiya mediasına açıqlamasında Belarusun iddialarının qaçılmaz olduğunu deyib.
“Bu ölkə Avropa İttifaqı ilə sərhəddə yerləşir, NATO və Ukraynaya yaxındır. Lukaşenko öz üstünlüyünü əla anlayır”, - deyə o bildirib.
Lakin Lukaşenkonun sammitə gəlməməsinin arxasında başqa səbəblərin olduğu də ehtimal olunur.
İlham Əliyevin manevri
Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqı ilə yanaşı, eyni ölkələrin yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) da iclası keçirilirdi. Bu iclas təşkilata yeni baş katibin seçiləcəyi ilə tarixə keçməli idi. Əvvəldən razılaşmaya görə, yeni baş katib erməni olmalıdır. Ermənistan bunu hələ oktyabrın 14-də KTMT-nin İrəvanda keçirilən iclasında həyata keçirmək istəyirdi. Hər şey demək olar ki, hazır idi və Sarkisyan erməni baş katibi İrəvanda təqdim edəcəkdi. Lakin gözlənilmədən Qazaxıstan prezidenti Nursultan Nazarbayev “xəstələndi”. Oktyabrın 11-də açıqlanan rəsmi məlumatda deyilirdi ki, Qazaxıstan prezidenti ciddi şəkildə soyuqlayıb.
Nazarbayev İrəvana getmədi, lakin çox maraqlıdır ki, oktyabrın 15-i, İrəvandakı iclasdan bir gün sonra yenidən işinin başına qayıtdı. Lakin artıq hər şey baş vermişdi: Nazarbayev iclasda iştirak etmədiyi üçün KTMT-yə yeni baş katib seçilmədi. Həmin vaxt siyasi dairələr bunu “diplomatik xəstəlik” adlandırmışdılar. Bu, məntiqə uyğun idi. Çünki KTMT-yə erməni baş katibin gətirilməsi Azərbaycanın əleyhinədir. Buna görə də rəsmi Bakı manevrlərini artıraraq, bunun baş tutmaması istiqamətində addımlar atdı. Azərbaycanın böyük dostu Nazarbayev bu məsələdə böyük rol oynadı. Onun “xəstələnməsi”nin səbəblərindən biri də məhz Sarkisyanın istəyinin baş tutmamasına hesablanmışdı.
İrəvandakı iclasda qərara alındı ki, yeni baş katib Sankt-Peterburqda təyin olunacaq. Lakin bu dəfə Nazarbayevin missiyasını Lukaşenko öz üzərinə götürdü.
Lukaşenko bu addımı həm Rusiyaya mesaj olaraq atdı, həm də Sarkisyanın arzularının reallaşmamasına səbəb oldu. Bu fonda Belarus liderinin Azərbaycana səfəri yada düşür.
Belarus 2017-ci ildə KTMT-yə sədrlik edəcək. Lukaşenkonun Bakıya gəlişi həm də bu kontekstdə diqqət çəkirdi. Ehtimallara görə, Belarus lideri Azərbaycanda Prezident İlham Əliyevlə məsləhətləşmələr aparıb. Qarşılıqlı maraqların təmin olunması üçün razılıq əldə olunub. Bu razılıqlardan biri də məhz erməni baş katibinin KTMT-yə rəhbər gətirilməsinin qarşısını almaqdır. Çünki bunu Ermənistan istədiyi qədər, Rusiya da istəyir. Rusiya geri çəkilmədiyi üçün yeganə yol Nazarbayev və Lukaşenkonun üzərindən çıxış edərək prosesə müdaxilə etməkdir. Rəsmi Bakının bu siyasəti öz bəhrəsini verir.
Sarkisyanın isteriyası
Ermənistan prezidenti Serj Sarkisyanın iclasda isteriya dolu çıxışı da bunu sübut etdi.
O, Azərbaycanı ittiham edərək, atılan güllənin həm də Moskvaya, Minskə, Astanaya və Bişkekə “dəydiyini” iddia edib: “Lakin heç kim ittifaq üzvü olan Ermənistanda nələrin baş verdiyi ilə maraqlanmır. Hətta telefonu götürüb zəng etməyi belə lazım hesab etmirlər. Bir-bizimə qarşı çıxırıq, üçüncü ölkənin (Azərbaycanı nəzərdə tutur-red) bəyanatlarına dəstək veririk”.
Burada Lukaşenkonun Sankt-Peterburqa gəlməməsinin sirri də müəyyən mənada aydınlaşır. Hələki kartlar bizim xeyrimizədir və rəsmi Bakının manevrləri bəhrəsini verir.
NUH.az
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
11 aprel 2025 15:41
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Prezident onu rektor təyin etdi - Sərəncam
9 aprel 2025 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
9 aprel 2025 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 20:23
- Prezidentin nəvələri ilə idman zalından maraqlı FOTOLARI
12 aprel 19:40
- Mən sənin əllərinə toxunduğum günü xatıralyıram - Rаsət Pirisoyu
12 aprel 17:36
- Çirkab suları Ceyranbatan Su anbаrınа axıdılır
12 aprel 16:17
- Elşad Musayev vətəndaşları qəbul etdi
12 aprel 14:40
- Ararat Mirzoyan: Uzun müzakirələrdən sonra sülh sazişinin mətinini razılaşdırdırdıq..
12 aprel 14:26
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 14:12
- Prezident İlham Əliyev Antalyada Avropa Şurasının Baş katibi ilə görüşüb
12 aprel 13:24
- Şok açıqlama: Hitlerin 1945-ci ildə özünü öldürməsi yalanlanır
12 aprel 13:00
- Prezidentin nəvələri Ərdoğanla - Foto
12 aprel 12:02