Arzu Rəhimov sürücüsünün dələduzluq əməllərindən xəbərsiz olub? – ARAŞDIRMA
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sürücüsü vətəndaşların milyonlarla manat pulunu necə mənimsəyib?
Sevindik Xəlilov: “Anar İsmayılov və Namiq Cəfərov Səfərbərlik Xidmətində 40-a yaxın insana ziyan vurub, amma onların çoxuna təzyiq göstərilir ki, məsələni unutsunlar”
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı mətbuatda vaxtaşırı şikayət xarakterli məlumatlara rast gəlmək olar. Lakin təqaüddə olan polkovnik-leytenant Sevindik Xəlilovun bu günlərdə LEGİON-a müraciəti diqqəti çəkdi. S.Xəlilovun sözlərinə görə, o, 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayonu şöbəsinin rəisi vəzifəsindən təqaüdə çıxıb.
“Həmin ərəfədə mənə Arzu Rəhimovun sürücüsü Namiq Cəfərov bildirdi ki, məni Binəqədi rayonunda yeni vəzifəyə keçirə bilər. Bunun üçün mənim 200 min manat verməli olacağımı dedi. Bir az keçəndən sonra bildirdi ki, sənə ancaq Qobustan şöbəsinin rəisi əvəzi Anar İsmayılov kömək edə bilər, çünki Anarın atası Arzu Rəhimovla dostdur. Məndən 180 min manat aldılar və sonra aldatdılar. Bu məsələnin yalan olduğunu biləndə, onlardan pulumu tələb etdim, amma bir il ərzində məni get-gələ salıb yenə aldatdılar. Sonda təngə gələrək, Arzu Rəhimova müraciət etdim. Bir müddət sonra məni onun müavini Zaur Abdullayev çağıraraq qəbul etdi və dedi ki, məndən alınan pullar geri qaytarılacaq”, – deyə S.Xəlilov bildirdi.
S.Xəlilovun sözlərinə görə, Namiq Cəfərov və Anar İsmayılov onun kimi 40-a yaxın insanı aldadaraq pullarını alıb: “Zaur Abdullayev demişdi ki, iş daxili təhqiqatlar şöbəsindədir. Sonra işi göndərdilər hərbi prokurorluğa, orda istintaq şöbəsinin müdiri Oqtay Ağayev də mənə və digər zərərçəkmişlərə dedi ki, vəkil tutmayın, sizin işiniz həllini tapacaq.
Sonra iş getdi Bakı Hərbi Məhkəməsinə, Anar İsmayılova 1 il, Namiq Cəfərova 6 ay iş verildi. Bizim pullarımızın qaytarılmasından isə söz getmədi. Bu müddətdə mən Anar İsmayılovun vəkilindən 85 min manat hissə-hissə almışdım. Qətnamə çıxandan sonra öyrəndik ki, biz məhkəmədə zərərçəkmiş kimi yox, şahid kimi göstərilmişik. Bakı Apellyasiya Məhkəməsinə müraciət etdik, “Siz şahidsiniz” deyib işimizə baxmadılar. Bu il iyulun 22-də Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin rədd cavabını rədd edib, lakin Ali Məhkəmə bu işi icraata götürmür. Maraqlıdır ki, kimlərsə sanki bu boyda dələduzluq işini ört-bastır etməyə çalışır. Namiq Cəfərov və Anar İsmayılov isə telefon nömrələrini dəyişiblər və onları tapa bilmirəm. Bir dəfə Namiq Cəfərovla görüşdüm, onda da dedi ki, get hara şikayət edirsən et, pulun qayıtmayacaq”.
S.Xəlilovun sözlərinə görə, N.Cəfərov və A.İsmayılovun əməllərinin arxasında xidmət rəisi Arzu Rəhimovun özü durur: “Necə olub ki, 40 nəfərə yaxın insanı aldadıblar, bundan Arzu Rəhimovun xəbəri olmayıb? Birindən 150 min, birindən 120 min, məndən 180 min… Milyonlarla manat pul edir bu. Arzu Rəhimovun onları himayə etdiyini və bu işi qəsdən belə dolaşığa saldığını düşünürəm. Digər aldadılanların bir çoxu hazırda xidmətdə işləyir, onlara da rəhbərlikdən deyiblər ki, “başınızı aşağı salın, ora-bura şikayət etməyin”.
Mən digər zərərçəkmişlərə problemi mətbuata çıxaracağımı deyəndə çəkindilər, “bizə təzyiq edirlər, mətbuata çıxa bilmərik” deyib boyun qaçırdılar. Mən indi nə itirəcəm? Təqaüddəyəm, pulumu geri almaq istəyirəm”. S.Xəlilovun vəkili Vidadi Məmmədovun sözlərinə görə, zərərçəkmişlərin “şahid” kimi göstərilməsi prosessual qanun pozuntusu olub: “İlk başdan hərbi prokurorluq məsələyə obyektiv yanaşmayıb və zərərçəkmişləri şahid kimi göstərib. Bu qanun pozuntusu məhkəmədə də davam edib. Necə ola bilər ki, müttəhim var, dələduzluq ittihamı var, amma zərərçəkmişlər yoxdur”.
Biz Bakı şəhər Hərbi Prokurorluğuna zəng edərək, Oqtay Ağayevlə əlaqə yaratmağa cəhd etdik, lakin bu, mümkün olmadı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daxili Təhqiqatlar Şöbəsinin müdiri Yunis Əsgərli bildirdi ki, artıq bu məsələnin nə Arzu Rəhimovla, nə də xidmətlə əlaqəsi yoxdur. Həmçinin, Y.Əsgərlidən öyrəndik ki, Namiq Cəfərovla Anar İsmayılovun işi daxili təhqiqatlar şöbəsində araşdırılmadan birbaşa hərbi prokurorluğa göndərilib. “Namiq Cəfərovun əməlləri barədə məlumat aldıqdan sonra, o işdən uzaqlaşdırıldı. İşi hərbi prokurorluq araşdırıb və məhkəmə də qərar verib”, – deyə Y.Əsgərli bildirdi.
“Sevindik Xəlilov ondan başqa 40 nəfərin aldadıldığını deyir…Xidmət rəhbərliyi nə tədbir görüb?”- deyə soruşduq. “Tədbir odur ki, iş istintaqa gedib, həbs olunub, sonra da azad olunub. Necə buraxılıb, mənim xəbərim yoxdur.. Bizimlə nə əlaqəsi ola bilər?”, – deyə Y.Əsgərli cavab verdi. Biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə də zəng etdik.
Şöbə əməkdaşı, baş leytenant Tofiq Əzizov da Y.Əsgərlinin sözlərini təsdiqlədi. “Bildiyimə görə, işi hərbi prokurorluq araşdırıb, məhkəmədə həmin şəxslər həbs olunublar. Xidmətin mövqeyi bundan ibarətdir”, – deyə T.Əzizov bildirdi. “Sevindik Xəlilovun sözlərinə görə, Xidmət rəhbərliyi hazırda xidmətdə işləyən digər zərərçəkmişlərə təzyiq göstərir ki, şikayətlərinə davam etməsinlər, məsələni unutsunlar…”, – deyə qeyd etdik.
“Bu, yalnış məlumatdır. Belə şey ola bilməz. Xidmət rəhbərliyi heç kimə öz haqqını tələb etmək istiqamətində təzyiq göstərmir. Əgər dələduzluğa məruz qalıblarsa, müvafiq instansiyalara şikayət etmək onların hüququdur”, – deyə T.Əzizov cavab verdi. “Yəni, bu məsələnin hazırda xidmət rəhbərliyi ilə heç bir əlaqəsi ola bilməz?” – deyə soruşduq. “Əlbəttə, ola bilməz. Xidmət rəhbərliyi bu və digər hallarla bağlı gərəkli addımlar atır”, – deyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi LEGİON-a bildirdi.
NUH.az
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 2024 23:54
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 2024 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 2024 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 2024 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 2024 17:41
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 2024 23:59
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41