Seçicilərlə spikerin əlini üzdüyü deputatın biznes səltənəti - Özəl siyahı
125 saylı Zəngilan-Qubadli seçki dairəsindən olan deputat qeybə çəkilib
Politika.Az-a verilən xəbərə görə, İsmayilov İmamverdi İbiş oğlunu Milli Məclisdə axtarırlar.
Seçicilərin sözlərinə görə, spiker Oqtay Əsədov da İ.İsmayılovun parlamentin iclaslarında iştirakını hiss etməyib. Məcburi köçkünlər qeyd edirlər ki, onlar deputatından əlini üzüb.
Bildirirlər ki, İmamverdi İsmayılovun bircə dəfə onlarla maraqlanmasını, bayramla sovqat paylamasını, dərd-sərini parlamentdə qaldırmasını xatırlamırlar.
Deputat köçkünlərin müavinətlərinin kəsilməsi, uşaqlara verilən pulun dayandırılması, qaz və işığın bahalaşması ilə bağlı ağzını açıb bir kəlmə danışmayıb.
Politika.Az-a verilən xəbərə görə, İsmayılov İmamverdinin başı biznesini böhrandan qorumağa qarışıb. İmamverdi İsmayılovun ölkənin müxtəlif ərazilərində biznes strukturları və əmlakları var.
Deyilənə görə, deputatın Sumqayıt şəhərindəki xeyli obyekti - restoranı, şadlıq evi, internet-klubları və dükanları var. Həmçinin onun yaxın qohumları Sumqayıtda tikinti materiallarının geniş biznesi ilə məşguldurlar.
Mənbəmizin bildirdiyinə görə, son vaxtlar deputata aid olduğu söylənən obyektlərin əksəriyyətində ciddi maliyyə-vergi yoxlamaları aparılır. Paralel olaraq həmin obyektlərin əksəriyyəti deputatdan qeyri-rəsmi şəkildə alınaraq tamam başqa şəxslərin nəzarətinə keçirilib.
İmamverdi İsmayılovun Şamaxı rayonunda xeyli qoyun sürüsü, fermer təsərrüfatı, həmçinin İmişlidə çınqıl karxanası, Saray və Novxanı kəndlərində bir neçə dəbdəbəli bağ evləri var.
Politika.Az yada salır ki, 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir. Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur. İlkin İsmayılov Qubadlı-Zəngilan dairəsindən millət vəkili seçilən İmamverdi İsmayılovun oğludur. Bu məsələnin üzə çıxması, deputatın ifşa olunması və ona aid olmayan bir qətlə sadəcə, nömrə biznesinə görə adının çəkilməsi başını möhkəm ağratmışdı.
Qeyd edək ki, bir müddət əvvəl İlkin İsmayılovun adı 888 nömrəsi ilə bağlı qalmaqalda hallanıb. Azad istehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bir il iki ay əvvəl əvvəl İlkin İsmayılovdan təşkilat üçün KİA Sorento markalı 90 FP 888 dövlət nömrə nişanı olan maşın alıb.
Sonradan avtomobildə yaranan problemlə əlaqədar olaraq KİA servisə müraciət edərkən avtomobilin 14.10.2013-cü ildə servisdə 105800 km yürüşlə qeydiyyatda olduğu və onun üzərində çoxsaylı detal dəyişmə işləri aparıldığı məlum olub. 2014-cu ildə baş verən bu hadisə uzun müddət mətbuatın müzakirəsinə səbəb olub. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
NUH.az
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- ŞOK! Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi
11 dekabr 2024 21:00
- Qoz və qoz ləpəsi Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
7 dekabr 2024 22:48
- Dünyada yumurtanın ƏN BAHA və ƏN UCUZ satıldığı ölkələr – Siyahı
7 dekabr 2024 22:00
- Bəşər Əsədin milyardlıq sərvəti - SİYAHI
7 dekabr 2024 17:13
- Azərbaycanda təhsilsiz insanların sayı açıqlandı – Rayonlar üzrə tam siyahı
7 dekabr 2024 11:10
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54