Salam Sarvan ölümlə hədələnir - QƏLƏM ƏHLİNİN SƏRT REAKSİYASI
Cəmiyyət10 dekabr 2016 20:28
Tanınmış şair Salam Sarvanın sosial şəbəkədə yazdığı "Bu mental köpəklər, bu qurd köpəklər, Bu Turan köpəklər, bozqurd köpəklər...” statusu ciddi qalmaqala səbəb olub. Millətçi kəsim, bir çox ziyalılar onu tənqid edir, hədələyir, yazdıqlarının bütün türk dünyasına aid həqarət olduğunu ifadə edirlər. Şairi hətta ölümlə təhdid edənlər də var...
Statusunun ajiotaja səbəb olduğunu görən Salam Sarvan onu sildi, sonra da müsahibə verdi. Bildirdi ki, əslində yazdıqları düzgün başa düşülməyib. Hədəfi yalnız bir qisim şəxs olub. Lakin gərginlik azalmayıb, onun linc edilməsi prosesi davm edir.
Bəs vəziyyətdən çıxış yolu nədir? Tanınmış şairin belə statusla çıxış etməsi nə dərəcədə başadüşüləndir? Ona edilən hücumlar adekvatdırmı?
BakiPost.az məsələ ilə bağlı tanınmış qələm əhlinin fikirlərini öyrənib:
BU, ŞAİRƏ YARAŞAN HƏRƏKƏT DEYİL
Xalq şairi Sabir Rüstəmxanlı Salam Sarvanın belə bir status yazmasından təəssüfləndiyini bildirib:
"Şair o səhvi etməməliydi. Amma sonradan səhvini başa düşübsə, bununla da məsələyə nöqtə qoymaq lazımdır. Ümumiyyətlə, o cür status yazmazlar. Salam şair olduğu üçün qəti şəkildə belə bir fikirlər yazmalı deyildi. Çünki bu, şairə yaraşan hərəkət deyil. Salam çox istedadlı şair və yaxşı insandır. Bizim də dostumuzdu. Düzü statusu oxumamışam, amma mən qətiyyən ondan belə bir status yazmasını gözləməzdim. Çünki bu bizim düşmənlərimizin ittihamlarından fərqli olmayan bir fikridir. Bozqurd türkün orta tarix boyu totemi, inanc yeri olmuş bir anlayış, xalqın təfəkküründə özünə yer yurd salmış məsələdir. Ona görə də belə bir məsələyə toxunmaq olmaz. Özü də təhqir formasında.
S.Rüstəmxanlı hesab edir ki, status silinibsə və yazdıqlanın səhv başa düşdüyünü deyibsə, məsələyə nöqtə qoymaq lazımdır: "Əgər Salam səhvini başa düdükdən sonra statusu silibsə, ona qarşı olan hücumları dayandırmaq lazımdır. Bütün hallarda insanlarımız qələm əhlinə, xüsusən də Salam Sarvan kimi istedadlı bir adama qarşı rəftarında diqqətli olmalı, ehtiyyala yanaşmalıdırlar”.
SARVANI ƏZMƏK OLMAZ
Millət vəkili, yazıçı Aqil Abbas da hesab edir ki, məsələni uzatmaq lazım deyil:
"Salam Sarvan çox istedadlı şairdir. Özü də türkdür. İnsan hansısa bir vəziyyətdə nəsə deyə bilər. Sonradan özü də açıqlama verib ki, bunu yalançı millətçilər və turançılar haqda deyib. Ona görə də bu məsələni uzatmaq düzgün deyil.
Ümumiyyətlə, onun kimi istedadlı bir şairi əzmək olmaz. Sonradan da səhvini və məsələnin doğru tərəfini deyib. Bir şairin hansısa bir ovqatda və ya zamanda dediyi sözə görə onun üstündə bu formada getməyi mən qəbul eləmirəm. İstedadlı şəxsləri və şairləri belə əzmək olmaz”.
Tanınmış jurnalist, yazar Zahir Əzəmət isə hesab edir ki, ilk növbədə qələm əhlinin sosial şəbəkələrdən uzaqlaşması lazımdır:
"Bizim yazarların, ciddi şəxslərin və sənəd adamlarının bir az sosial şəbəkələrdən uzaq durması məsləhətdir. Çünki sosial şəbəkə bir sel kimidir. Burda kütlənin bütün təbəqələrinə çatarsan.
Sosial şəbəkələrdə bu qədər vaxt keçirmək, hamı ilə ünsiyyətdə olmağın sonu belə olur. Salam bəyin statusu ilə bağlı müxtəlif mövqelər var. Hesab edirəm ki, burda ən qəbul etməli olduğumuz məqam özünün mövqeyidir. O, açıqlama verib ki, statusunda hamının dediyi kimi bütün millətçiləri, turançıları və bozqurdları deyil, onlardan sui-istifadə edənləri nəzərdə tutub. Biz bu mövqeyi və açıqlamanı tutarlı hesab etməliyik”.
Z.Əzəmət əlavə deib ki, şairə edilən təhdidlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmək zərurəti yaranıb: "Salam bəyə qarşı aparılan kampaniyada ona qarşı təhdidlər də hiss olunur. Hesab edirəm ki, belə məsələlərdə birbaşa hüquq mühafizə orqanlarına müraciət etmək daha məqsədəuyğun olar. Bu məsələləri status, fikir bildirmək və söz davası səviyyəsindən çıxartmaq lazımdır. Çünki məsələ saqqız kimi uzana bilər. Ən yaxşısı hüquq mühafizə orqanlarına müraciət etməkdir. Ona qarşı yönələn təhdidləri rəsmiləşdirmək lazımdır ki, hətta mənşəyi bilinməyən statusların, profillərin kimə aid olduğu və hardan qaynaqlandığı ortaya çıxsın. Ümumiyyətlə, son 10 ilin təcrübəsi göstərir ki, Azərbaycan insanı heç qızğın müzakirələrə, fikir müstəvisində sözlü atışmağa hazır deyil. Bizim insanlar sözdən daha çox bıçağa və ya baltaya meyli xalqdır. Bu mənada ən yaxşısı hüquq mühafizə orqanlarına müraciət etməkdir”.
SALAM HEÇ VAXT SƏBƏB OLMADAN NƏSƏ YAZMAZ
Yazıçı Pərviz Cəbrayıl isə maraqlı bir fikirlə çıxış edib. Onun dediklərindən belə məlum olur ki, S.Sarvan statusu qəsdən yazıb:
"Salam Sarvanla iç-içə olan bir adam kimi dəqiq bilirəm ki, o məlum iki misra statusa havadan çevrilməyib. Salam heç vaxt səbəb olmadan nəsə yazmaz. Deməli, ona qədər elə bir şey olub ki, şair o misraları yazıb. Üstəlik, həmin misralarda ideologiyaya, milliyyətə həqarət yoxdu. Salam türk oğlu türkdü, bunun özü çox şey deyir. Bəli, onun üçün milli ayrı-seçkilik yoxdu. Bununla belə, onun türklüyünə (soyuna-soyadına) dil uzadan olsa, yenə də çilədən çıxar və bənzər misralar yazar. Bildiyimə görə, məhz həmin o dil pəhləvanları, o daha arxalı zor qarşısında siçan deşiyi axtaran pafoslu "millətçilər, bozqurdlar, turançılar” onu ölümlə belə təhdid ediblər. Salam nə dil pəhləvanıdı, nə qol”.
P.Cəbrayıl da hesab edir ki, şairə təhdidlərin edilməsiylə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanmalıdır: "Bütün hallarda iş qanunla həll edilməli, şair polisə rəsmi müraciət etməlidi. Ancaq onu da bilirəm ki, Salam həmişə problemi söz müstəvisində həll eləyən, polisdən-rəsmiyyətdən qaçan adam olduğuna görə bunu etməyəcək, hətta o tip adamların da incidilməyinə razı olmayacaq. Belə bir adama hədə-qorxu gəlmək, sübut edir ki, o, necə aşağı səviyyələrlə üz-üzə gəlib. Mənə görə, ona hədə biçmək bir türkün işi ola bilməz. Türk gücü artdıqca ədaləti artan qövmdü. Demək ki, onlar çox gücsüzdürlər. Gücləri sevgilərində yox, uzaq başı, qollarındadı. O qolları isə qanun rahatlıqla qandallaya bilər”.
ONA HÜCUM EDƏNLƏR ELƏ QƏHRƏMƏNDIRLARSA, MƏNƏ MÜRACIƏT ETSINLƏR...
Yazıçı Şərif Ağayar şair dostunu ifadələrində diqqətli olmağa səsləyib:
"Salam Sarvan dəyərli qələm sahibidir. Ola bilsin ifadə tərzində bir az sərtlik, başqa cür yozulmağa imkan yaradan nüanslar olub, ancaq bu, qaragüruhun ona hücum etməsinə əsas verməməlidir. Salam yazısı bəlli, fikri bəlli, cəmiyyətə tənqidi-təqdiri münadibəti bəlli bir adamdır. Onu çox yaxşı tanıyır, hansı sözü nə üçün dediyini yaxşı bilirik. Ona hücum edənlər fikrindəki məcazı anlamayan, yaxud onu qəsdən kontestdən çıxaran insanlardır. Bir xalqa qarşı ən böyük ehtiram onun dilində ən gözəl əsərlər yaratmaqdır. Salam bu imtahandan keçmiş, xalq və toplumla bağlı ən sərt tənqidi fikirlər demək haqqı qazanmış şairdir. Ona hücum edənlər elə qəhrəməndırlarsa mənə müraciət etsinlər, bu vətənə Salamdan yüz min dəfə artıq əməli ziyan vuran adamları onlara tanıdım, qəhrəmanlıqları daha effektli olsun. Qələm adamın üstünə daş-qalaqla getməyin adını şükür allaha ki, məndən yaxşı bilirsiniz. Mən bu ifadəni işlətmək istəmirəm. Hamılıqla unudaq getsin. Qələm dostumuz da, istərdik ki, fikirlərinin ifadəsində daha korrekt olsun”.
SÖZ-SÖHBƏTLƏRƏ "XİTAM VERMƏK” LAZIMDIR
Şair Fərid Hüseyn deyib ki, şairin dediklərinin düzgün anlaşılmaması cəmiyyətin acınacaqlı durumundan xəbər verir:
"Salam Sarvanın yazdığı şeir deyildi, o ifadələri şeir kimi təqdim eləmək avamlıqdı. Salamın özünəxas üslubuna bələdlər bunu yaxşı bilir. O fikir, sadəcə ironiyalı, tikanlı, gördüklərinə susmayan bir dildən qopan sözlər idi. Məsələni, bu qədər şişirtməyə ehtiyac yoxdur, söz-söhbətlərə "xitam vermək” lazımdır. Salam Sarvanın ruhu narahatlıqları onu belə danışdırır. Deyirlər, ən yaxşı vətənpərvərlik peşəkarlıqdı. Salam şairdi və şair kimi elədikləri - yazdıqlarıyla bu millətin mənəvi yatırını artırmaqla daha çox türkçü, daha çox millətçidi, daha çox insançıdı. Bəzi "kağız hər şeyə dözür” kəlamını bizə xatırladan, zəif nümunələrlə zövqsüzlüyə xitab edənlər, yaxud bəzi hardan baxasan ortabablar Salamı qınayır, yamanlayır. Yaraşmayandı... Düzü, isə Salam müəllimin belə şeylər yazmasını – bəzi ağızıboşların dişinin saqqızı, dilinin qınağı olmasını istəmirəm. Bir müddət əvvəl yaxşı, ürəkaçan şeir "dəsti” ilə həqiqi poeziya adamlarını çox sevindirmişdi. Əsl şairlərə, zənnimə aldanmıramsa, onsuz da, şeirdən başqa şeylərdə özünüifadə verilməyib... Salam müəllimə ruhi dinclik arzularımla...”
NUH.az
Oxşar xəbərlər
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Gürcüstanın futbolçu prezidenti ilk dəfə müsahibə verdi: keçmiş prezidenti polislə hədələdi - FOTO
16 dekabr 2024 01:01
- Rusiyanın müdafiə naziri Şoyqunun qızı Kseniya TURANA SALAM...BOZQURD...Rus millətçiləri qəzəbləndi
15 dekabr 2024 18:06
- Tiflisdə hoteli olan, qadın məclislərində oxuyan xanəndəmiz - Cəlil Məmmədquluzadə ondan nə kömək istəmişdi?
10 dekabr 2024 13:31
- Bu CƏRİMƏ Gürcüstanda 0.4 % , Azərbaycanda isə 5 %-dir... 12 DƏFƏ ÇOX...
8 dekabr 2024 12:13
- SON DƏQİQƏ! Suriya dövlət televiziyası: Suriya artıq azaddır; Əsəd rejimi devrildi, bütün məhbuslar azad edildi
8 dekabr 2024 10:42
- Gördüm ki, gözlərində yaş parıldayır... - Şairin yubileyinin keçirilməsinə kim mane olur?
7 dekabr 2024 18:43
- Başladı! Tiflis küçələrində qırğın düşdü!
7 dekabr 2024 09:20
Xəbər lenti
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
Video & Fotoqalereya
Video
Fotoqalereya