"Hamısı cavan qızları ərəblərə satır, Rəqsanə də..." - AĞIR İTTİHAM
Kriminal9 dekabr 2016 16:03
Müğənnilərin yüz minlik maşınlarının olması, onların milyonluq villa və bağ evləri barədə dərc olunmuş məqalələr oxucularla yanaşı bəzi şou biznes nümayəndələrini də özündən çıxarıb. Onlardan bəziləri müğənnilərin milyonluq evlərinin, yüz minlik maşınlarının olmasını normal, bəziləri isə qeyri-normal adlandıraraq bəzi sənət adamlarını “qara işlərlə” məşğul olmaqda, eləcə də insan alverində ittiham edib.
Cebhe.info-ya danışan tanınmış müğənni və tənqidçi Əli Mirəliyev müğənnilərin bəzilərini insan alveri ilə məşğul olmaqda ittiham edib: “Elin gözü tərəzidir. El sözü düz olar. Hətta belə bir xalq mahnısı da var ki, el sözü əvvəl-axır düz olar. Əgər kimsə deyirsə ki, onların insan alveri ilə əlaqəsi var demək ki, var. Mənim yadıma gəlir müğənni Rəqsanənin anasının, bacısının özünün də insan alverində adı hallanırdı. Hətta aeroportda da onu saxlamışdılar. Nə qədər adama pul atmağı barədə də yazılar oxumuşdum. Heç gör deyirlər ki, Əli Mirəliyev insan alveri ilə məşğuldur? Amma deyirlər ki, filankəslər insan alveri ilə məşğuldur.
Demək ki, nəsə var, deyirlər. Məndən çox bunlar səhnədə ola bilməzlər, məndən çox da məclisə gedə bilməzlər. Amma mənim bu gün imkanım yoxdur, evimin divar kağızını dəyişə bilmirəm, imkanım yoxdur. Mənə 180 manat pensiya verirlər, indi məclislərə də gedə bilmirəm, maşınım da yoxdur. Bunlar necə yüz minlik maşın sürürlər, necə milyonlara ev ala bilirlər? Demək ki, bunlar nəsə “qara işlə”, insan alveri ilə məşğuldurlar. Millətimizin cavan-cavan qızlarını aparıb ərəbə, fransıza satırlar. İndinin qızları gələcəyin analarıdır. Nəslimizi tükədirlər bunlar. Gələcəkdə o qadınlardan nə olacaq? Müharibəsiz qırırlar milləti. Bunu dərindən araşdırsalar burda çox böyük bir cinayət var. Hansısa müğənni gedir Dubayda, Türkiyədə, Rusiyada pul qazanır, xalqın qızını, xalqın balasını da məhv edir.
Elə bilirlər ki, burda hakimlərdən 5-10 manat pul verib canlarını qurtaracaqlar, amma onlar bilmirlər ki, o dünyada canlarını o sorğu – sualdan qurtara bilməyəcəklər. Yenə səsi olsa, sənəti olsa, oxusa, deyərsən ki, bu pulu oxumaqla, sənəti ilə qazanıb, məsələ orasındadır ki, bunların səsi də yoxdur. Mən həmişə demişəm, indi də deyirəm ki, Azərbaycanda müğənnilərin 90%-i öz aid olduqları yerlərində deyillər. Bunlar ümumiyyətlə, müğənni deyillər, həvəskar ifaçıdırlar. Alverçidilər bunlar. Amma di gəl ki, adların qoyublar əməkdar artisti, xalq artisti. Baxırsan ki, əsl sənətkara qiymət verilmir, amma səsi olmayanlar gündəmdədir.
Firuzə İbadova kimi sənətkar bu gün kirayədə qalır. 2016-cı ildə belə bir sənətkar kirayədə qalır! Belə sənətkar necə olur kirayədə qalır, amma, ay filankəs, sən 3 mərtəbəli villada qalırsan? Daha adlarını çəkmirəm o “filankəs”lərin. Mümkün də deyil milyonluq villanı oxumaqla almaq. Mümkün deyil. Elə iki ay Məhərrəm ayı, bir ay Orucluq, bir də may ayında toy olmur. Yerdə qalır 8 ay. 8 ayda da hər aya 5 toyu olsa yenə də o 10 ilə o evi, villanı ala bilməz. Mən sizi əmin edirəm ki, onlar “dələduzluq” la, ev yıxmaqla məşğul olaraq qazanırlar o pulu”.
NUH.az
Oxşar xəbərlər
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 2024 14:05
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 2024 13:22
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 2024 13:08
- Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb
21 noyabr 2024 16:22
- Zaman gələcək gənclərimiz Qərbi Azərbaycan Universitetində də təhsil alacaqlar...
21 noyabr 2024 15:41
- Türkiyədə 10 körpəni qəsdən öldürən tibb işçiləri ilə bağlı hesabat üzə çıxdı
20 noyabr 2024 22:41
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 2024 21:11
Xəbər lenti
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08
Video & Fotoqalereya
Video
Fotoqalereya