General Zaur Abdullayev Səfərbərlik Xidmətini necə “işğal edir”?
Cəmiyyət2 dekabr 2016 12:51

Bir generalın manifesti: Müəmmalı kadrı sayılan Zaur Abdullayevin karyera yüksəlişi ilə bağlı bəzi məqamlar…
Cəmi 10 il ərzində Zaur Abdullayev baş leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksələ bilib
ANAXEBER.az-ı məlumatlandıran mənbə Səfərbərlik Xidməti daxiləindəki kadr siyasətinə, mərkəzi aparat daxilindəki münasibətlərə diqqət yetirərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev haqqında ilginc iddialar səsləndirib.
İlk öncə hazırda Səfərbərlik Xidmətinin ən sürpriz və müəmmalı kadrı sayılan Z.Abdullayevin karyera yüksəlişi ilə bağlı bəzi məqamları diqqətinizə çatdıraq. Söhbət cəmi 10 il əvvəl baş leytenant olan bir zabitin – Abdullayev Zaur Qasım oğlunun hazırda general-mayor rütbəsini daşımasından gedir. İnternet resurslarında rəsmi tərcümeyi-halı belə tapılmayan Z.Abdullayev haqda ANAXEBER.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:
“Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının təltif edilməsi haqqında 15 avqust 2005-ci il tarixli Fərmanından görünür ki, Zaur Qasım oğlu Abdullayev həmin il baş leytenant rütbəsində DSX-da xidmətdə olub. 7 il sonra – 17 may 2012-ci ildə Z.Abdullayevə polkovnik rütbəsi verilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. 2014-cü ildə rəisin birinci müavini təyin edilib, 2015-ci ilin fevral ayında isə çiynindən general-mayor rütbəsi asılıb”.
Yəni cəmi 10 il ərzində Zaur Abdullayev baş leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksələ bilib. Z.Abdullayevin Səfərbərlik Xidməti daxilindəki əməlləri haqqında danışan mənbəmiz onun müstəsna mövqeyə sahib olduğunu bildirdi:
“Bir zamanlar Xidmət daxilində “gestapo” rolunu oynayan Daxili Təhqiqat İdarəsinin rəisi Yunis Əsgərli tam zərərsizləşdirilib və onun funksiyasını Z.Abdullayevin patronajlığı altında Şaiq Məmmədov həyata keçirir”.
Mənbənin bildirdiyinə görə məhz bu sistem nəticəsində Xidmət rəisinin birinci müavini rayon şöbələrini özündən asılı vəziyyətə salıb: “Z.Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz,Qaradağ, Xətai və digər rayon şöbələrini öz himayəsində saxlayır. Onun qəzəbinə tuş gələn “komissar”lar isə qəfil, planlaşdırılmamış yoxlamalara məruz qalır. Yaxud da Xidmət rəisinin birinci müavininin müəyyən istəklərini Bakıya çatdırmaqla bu cəza-yoxlanıçlarından bir aylıq xilas olmaq olar”.
Mənbəmiz həmçinin onu bildirdi ki, fantastik sürətlə general rütbəsi alan Z.Abdullayev həm də Xidmət daxilində Tender komissiyasının rəhbəridir: “Ancaq ədalət naminə bildirək ki, Xidmətin tender maxinasiyalarından qazancı ona çatmır. Bu gəlir tamam başqa bir ünvana yönəldilir. Baş verən qanunsuzluqlar və maxinasiyalar məhz Abdullayevin imzasıyla həyata keçirildiyi üçün onun digər əməllərinə də göz yumulur”.
Xidmət daxilindən ANAXEBER.az-a sızan məlumatlarda Z.Abdullayevin rəis postuna iddiasının da sezildiyini bildirdi. Hətta bəzi məqamlarda onun rəhbərliyə dolayısı müxaliflik etmə faktı var. Məsələn, o nədənsə narazı qalan Səfərbərlik Xidməti zabitlərinə “hər şey mənlik deyil, neyləyə bilərəm, mən rəhbər olsaydım belə etməzdim”, deməklə öz niyyətinin təbliğat sütunlarını qurur.
– Neft Şirkətindən Səfərbərlik Xidmətinə uzanan tellər;
– Departament rəhbərinin himayədarlığı;
– Yaxın qohumun adı FƏTÖ qalmaqalında;
– Son ayların rayonlardan ötürülən “haqq-hesabı”;
– Xidmət rəisinin məzuniyyətindən sui-istifadə…
Bu və digər məqamlar haqda növbəti yazımızda….
NUH.az
Oxşar xəbərlər
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 2025 15:47
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya