Sabirabadda 2005- ci ilin Əşrəf Məmmədov sindromu Nazim İsmayılovla təkrar olunur.
Bu gün Sabirabadda hamını düşündürən cəncəl bir məsələ var. Bunu da icra başçısı Nazim ismayılov yaradıb. Hamı uzun illər Göyçayda, Şamaxıda başçılıq edən bu şəxsin bu böyüklükdə cinayətə gedəcəyinə və üstəlik bilərəkdən ictimai-siyasi vəziyyəti gərginləşdirəcəyinə inanmağı gəlmirdi. Ancaq FAKT-FAKTDIR. İndi hər şey ortadadır. Əhali Nazim İsmayılovun bu təmənnalı hərəkətini dövlətə sarsıdıcı zərbə hesab edir.
Bizimxeber.az-a daxil olan məktubda olduqca ilginc faktlar yer alıb.
Bu ilin yanvarında o yeni yaranan təhsil üzrə 12 saylı regional maliyyə idarəsinə Elxan Əsədovu “seçib” müdir qoydu. Özü də özünün birinci müavini rayonda “kolxoznik” kimi tanınan Həsən Həsənovun və Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Ramazanovun əli ilə. Birinci onu deyək ki, Elxan bu işə gələnə qədər mədəniyyət şöbəsində Əhməd Ramazanovun baş mühasibi olub.
Əslində Elxan Əsədov kimdir? 1952-ci ildə anadan olub. 1970-1972-ci ildə Bakı maliyyə kredit texnikomunda oxuyub, əvvəl mərkəzi xəstəxanada mühasib işləyib, oradan qovulduqdan sonra bir az tikinti sahəsində çalışıb. 1984-cü ildən isə Mədəniyyət şöbəsində mühasib işinə gəlib.
Başçı İsmayılovun sayəsində o, bu ilin yanvarında yeni mərkəzə müdir gələnədək həmin vəzifədə çalışıb. Amma 20 ildən çox bir müddət ərzində bu dövlət vəzifəsində baş girələməsinə baxmayaraq o YAP-çı olmaqdan imtina edib. Bunun da səbəbini Sabirabadda hamı bilir ki, Elxan müxalifətin dəyirmanına su tökənlərdəndir. İqtidarın arxasınca asıb-kəsənlərdən bəlkə də birincisidir. Rayona gətirilən yeganə “Azadlıq” ancaq ona verilib. Bəs neçə oldu ki, YAP siyasi şurasının üzvü Nazim İsmayılovun “saqqızını” oğurladılar. O Elxanın yaşının 65-ə az qalmasını və YAP-çı olmamasını qulaqardına vurdu. Üstəlik ali təhsil diplomuna da fikir vermədi. Başqa vaxt “ancaq dövlət ali məktəblərini bitirənləri işə qəbul edirik”, – deyən Nazim İsmayılov bu dəfə Elxanın “ali təhsil diplomu”na heç baxmadı da. Ancaq o da yaxşı bilirdi ki, Elxanın qiyabi “oxuduğu” Cənubi Rusiya Humanitar İnistitutunun Bakı filialı olmayıb və bu gündə yoxdur. Ümumiyyətlə bu adda məktəb Azərbaycanda nə dövlət qeydiyyatına alınıb və nə də binası olmayıb.
Bütün bunlara baxmayaraq Nazim İsmayılov 65 yaşlı birisini təqaüdə göndərmək əvəzinə, ali təhsil diplomlunun saxta olduğunu bilə-bilə, üstəlik həmişə YAP-a rixşənd edən müxalif fikirli birisini böyük vəzifəyə gətirdi. Bax belə yerdə qırmızı xoruzun quyruğu görünür. Deməli arada killi miqdarda, Elxanın qohum-dost yanında hökülləyib dediyi kimi 80 min manatlıq rüşvət dayanır.
Sabirabadda camaat Nazim İsmayılova “TOZSORAN” ləqəbi verib. Bu da təsadüfi deyil. O, hər şeyə 20-30 manata da tamah salandır. Göyçayda, Şamaxıda, Bakıda topdağıtmaz əmlakları, balta kəzməz dollarları olması onun yenə gözünü doydurmur. O Elxanın uzun illər kitabxanaçılardan çırpışdırdığı karrıca haram pulundan əl çəkə biməzdi. Bu dəfə o Sabirabadın ən böyük Nizami Gəncəvi adına orta məktəbinə, həmin məktədə vur-tut 5 ay işləmiş onun qızı Könülü direktor təyin etdi.
Qızın tanış-biliş yanında həmişə eşitdirdiyi kimi 30 minə. İndi həmin məktəbdə necə deyərlər papaq götür qaçdı. Təhsil şöbəsinin 50 metrliyində yerləşən bu məktəbdə təhsil arxa plana keçib. Valideynlər uşaqlarını digər şəhər məktəblərinə keçirirlər. Psixoloji problemləri olan bu xanım heç təhsilin müdiri Pəhlivan Qarayevi də vecinə almır. Bəlkə doğru da edir. Axı Pəhlivanın da “pəhlivan”lığı yoxdur, yəni nə ətdir, nə də balığ. Yaxşı bilir ki, Başçı İsmayılov atası Elxanın və onun qarşısında gözükölgəlidir. Niyə də etməsin çünki Başçı onu qəbul edəndə “Get o məktəbi sənə verdim” demişdi. O da dədəsinin mülki kimi bildiyini edir.
Üstəlik əri Azər Ağayevə də iş aldılar. Onu S.Vurğun adına şəhər məktəbinə təsərrüfat işləri üzrə direktor müavini təyin etdirdilər. Azəri hamı qatı müxalifətçi kimi tanıyır, o bütün seçkilərdə Cəmil Həsənlinin, Əli Kərimlinin, İsa Qəmbərin müşahidəçisi olub. 2015-ci ildə Milli məclis seçkilərində P.Hüseynin katibiliyini edib. 63 saylı dairənin 6 saylı şəhər seçki məntəqəsində YAP-çılara qan uddurub. Onun vəzifəyə gətirilməsinin lap ağ oldugunu bir aydan sonra bildilər və qorxub tez onu həmin işdən kənarlaşdırdılar.
Ancaq Elxan o biri yeznəsini Mədəniyyət və Turizm şöbəsindəki köhnə yerinə-baş mühasibliyə gətirə bildi. Bax bu yerdə deyiblər ey “Yaxşı dayıya eşq olsun!” Qısa sözlə desək Nazim İsmayılov 2005 ci ildə Sabirabadın İcra başcısı olmuş Əşrəf Məmmədovun hərəkətlərini təkrarən yerinə yetirib.
Qeyd edək ki Əşrəf Məmmədov 2005 ci il parlament seçkiləri zamanı YAP-a xəyanət edərək müxalifətin deputatlığa namizədini təbliğ etdirərək parlamentdə otuzdurmuşdu. Eyni zamanda o xeyli müxalifət tərəfdarlarına vəzifə vermişdi. Bütün bunlar aşkara çıxandan sonra Prezdent İlham Əliyev onu vəzifəsindən azad etdi.
Deyirlər sən saydığını say gör Nazim İsmayılov nə sayır. Bu saxtakarlığı, dəfələrlə onun nəzər-diqqətinə çadırdılar. Ancaq deyilən sözləri, fikirləri, açıq tənələri o bu qulağından alıb o birindən buraxdı. Amma o bir oyunbazlıq etdi. Qoyduğu ata-bala “kadr”ları müxalifət damğasından qurtarmaq üçün onları YAP-a qaynaq etdirdi. Özü də hər ikisinini bir gündə, bu ilin mayında Elxan və qızı Könülün adlarını iqtidar partiyasına yazdırdı.
Budur Nazim İsmayılovun dövlətə xidməti?!
Ümummilli liderimiz Heydər Əliyev belələrinə xitabən demişdi: “Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir”.
NUH.az
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 2024 00:06
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 2024 17:41
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 2024 23:59
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 2024 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 2024 20:07
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41