“NİZAMİ RAYON İCRA HAKİMİYYƏTİ MƏCBURİ KÖÇKÜNLƏRİN YANMIŞ BİNADA ÖLÜMÜNƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYIR” FOTO,VİDEO

Bu il noyabrın 29-da Bakı şəhəri, Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.
FHN-nin saytı xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları – 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının, sahəsi 97 m2 olan zirzəmisində 4 ailə necə yaşaya bilərdi?
Biz bu suala cavab almaq üçün Nizami rayon icra hakimiyyətinə müraciət etdik. Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov bizə bildirdi ki, ölənlər məcburi köçkün idilər.
“Sizin ərazidə Sovetlər dövründən tikintisi yarımçıq qalmış insanların yaşadığı bina var. Nizami rayon icra hakimiyyəti tikintisi yarımçıq qalmış binada insanların yaşamasına necə imkan verib?”, – jurnalistimiz soruşdu.
“Qaçqınlar Bakıya gəlməyə başlayanda, kim harda bacardı məskunlaşıblar”, – deyə Bəhmən Hüseynov cavab verdi.
"Məgər Nizami rayon icra hakimiyyətini qaçqınların yerləşdiyi evlərin yanğın təhlükəsizliyi məsələsi maraqlandırmır?”, – deyə Qafqaz Xəbər Agentliyinin Kavkaznews.az saytının müxbiri soruşdu.“Mən bu barədə heç nə deyə bilmərəm. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Nizami şöbəsinə zəng edin”, – şöbə müdirinin müavini məsləhət görüb.
“Yanan bina Elşən Süleymanov küçəsində yerləşir. Bu evin ünvanı yoxdur. Binanın tikintisi həqiqətən də tamamlanmayıb”,- deyə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Nizami şöbəsinin müdiri Rafiq Kazımov Kavkaznews.az-a bildirib.
“Əgər binanın tikintisi tamamlanmayıbsa, bu, o demək deyil ki, heç kim binanın yanğın təhlükəsizliyinə təminat vermir?” – jurnalistimiz soruşdu. “Hansı yanğın təhlükəsizliyi? Siz nə danışırsınz? Bu ev əsl xarabalıqdır”, – deyə Rafiq Kazımov cavab verdi.
Milli Məclisin sabiq deputatı, “Ümid” partiyasının lideri İqbal Ağazadə Kavkaznews.az-a bildirib ki, Azərbaycanda məcburi köçkünlərin və qaçqınların axını ən son 1993-cü ilin oktyabrın 31-də başlayıb.
“O vaxtdan 23 il keçib. Bu vaxt ərzində səlahiyyətli dövlət orqanları və yerli icra hakimiyyəti orqanları qaçqınların və məcburi köçkünlərin yaşam təhlükəsizliyinin təmin edilməsi üzrə işlər keçirməli idi”,- sabiq deputat Kavkaznews.az-a deyib.
Deputat qeyd edib ki, əgər qaçqınların yaşam təhlükəsizliyi təmin olunmayıbsa, onların ölümünə görə məsuliyyət Nizami rayon icra hakimiyyəti orqanlarının üzərinə düşür.
NUH.az
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 2025 23:43
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 2025 15:47
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35