Çovdarovun işçiləri ona qarşı ifadə verdilər - “Əmr icra etmişik”
Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, dövlət ittihamçısı sonuncu iclasda yarımçıq qalan ittiham aktını elan edib. Elan olunma başa çatdıqdan sonra təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək özlərini tam və ya qismən təqsirli bildiklərini, yaxud təqsirli bilmədiklərini deyəcəklər. Bundan öncəki iclaslar kimi proses açıq keçirilsə də, hakim Həbib Həsənovun şifahi göstərişi ilə jurnalistlər zala buraxılmayıb. Xatırladaq ki, ötən iclasda vaxt çatmadığı üçün dövlət ittihamçısı ittiham aktını elan etməyi tamamlamamışdı. *** Dövlət ittihamçısı ittiham aktını elan etməyi tamamlayıb. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. Prosesdə fasilə elan olunub. Məhkəmənin növbəti gedişatı, yəni öncə zərərçəkənlərin yoxsa təqsirləndirilənlərin sərbəst ifadə verməsi müəyyənləşdirilir. *** Fasilədən sonra məhkəmə prosesi davam etdirilib. Məhkəmə kollegiyası gedişatın necə aparılacağını açıqlayıb. Hakim bildirib ki, proses hər epizod üzrə ayrıca dindirilmələrlə davam etdiriləcək. Yəni, bir epizod üzrə öncə zərərçəkənlər, sonra şahidlər, ən sonda isə təqsirləndirilənlər ifadə verəcəklər. Akif Çovdarov ittiham aktına münasibət bildirərkən “Bu, Məlikməmmədin nağılıdır” deyərək özünü təqsirli bilmədiyini qeyd edib. Səlim Məmmədov və Akif Əliyev isə sadəcə əmr icra etdiklərini deyiblər: “Biz hərbçiyik, göstəriş nə olurdusa, onu da icra edirdik. Tapşırıqların qanunsuz olmasından xəbərimiz olmayıb. Biz cinayət törətməmişik”. Orxan Osmanov da özünü təqsirli bilmədiyini deyib. Bunun ardınca “Brilliant epizodu” üzrə ifadələr verilməyə başlanılıb. Zərərçəkmiş Şahmar Qurbanov ibtidai istintaqa verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verib. O, A.Çovdarovun hədə-qorxu yolu ilə ondan nağd pullar və brillantları necə aldığı haqda danışıb. A.Çovdarov geniş ifadə verməsə də, Ş.Qurbanovun yalan danışdığını deyib. Sonra Ş.Qurbanov prokurorun, vəkillərin suallarını cavablandırıb. A.Çovdarovun vəkili Kamandar Nəsibov isə bu epizod üzrə sual verməyə hazır olmadıqlarını bildirərək vaxt istəyib. Məhkəmə prosesi noyabrın 23-də davam etdiriləcək.
NUH.az
- Bakıda tarixi qərar verildi
24 noyabr 2024 00:42
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 2024 19:47
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 2024 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Zaman gələcək gənclərimiz Qərbi Azərbaycan Universitetində də təhsil alacaqlar...
21 noyabr 2024 15:41
- Yeni həyat şəhəri – Ağdam
21 noyabr 2024 13:10
- Dünyanın ən hündür və qısaboy xanımları bir arada - Fotolar
21 noyabr 2024 11:56
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08