Nurlana Əliyeva Kamal Abdullanın tədbirini niyə tərk edib? - BSU-dan AÇIQLAMA

Bakı Slavyan Universiteti rektor Nurlana Əliyevanın Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirindən yarımçıq getməsiylə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Universitetin mətbuat xidmətindən BakiPost.az-a daxil olan məlumatda xanım rektorun zalı tərk etdiyi xəbəri təsdiqlənib və səbəbləri barədə məlumat verilib.
"Tədbirdə Azərbaycanın tanımış siyasi və ictimai xadimi, ədəbiyyatşünas alimi, ağsaqqal və xanım ziyalısı N.Əliyevaya həmin tədbirdə qapının ağzında yer təklif etməklə professorun statusuna, yaşına və ümumiyyətlə, Azərbaycan xalqının qadına münasibətdə tarixən formalaşmış ənənələrinə uyğun olmayan bir davranış göstərilib və rektor da buna öz etirazını bildirib. Təbii ki, tədbirin təşkilatçıları xanım rektorun haqlı etirazının onlara problem yarada biləcəyindən narahat olduqlarına görə, hadisələri qabaqlamaq məqsədi ilə dərhal salondan bayıra təhrif olunmuş informasiya ötürüblər. Niyə? Çünki ölkənin ziyalı xanımlarına daim xüsusi diqqət və qayğı ilə yanaşılan bir cəmiyyətdə, onlara münasibətdə həmişə həssaslıq və səmimiyyət nümayiş etdirilən bir ölkədə ağıllı insanların xanım rektora qarşı kobud hərəkətə yol verilməsinə biganə qalmayacağını əvvəlcədən biliblər. Əks halda, informasiyanı tez-tələsik mətbuata ötürməyə onları nə vadar edə bilərdi?
Həqiqət tam aydın olsun deyə, informasiyanın bir hissəsini burada olduğu kimi təqdim edirik: "Tədbir təşkilatçıları onu (yəni rektoru)… rektorlar üçün ayrılmış masaya dəvət etdilər. Lakin o heç 5 dəqiqə oturmamış dözümsüzlük nümayiş etdirərək tədbiri tərk etdi. O, tədbiri tərk etməsini ona olan sayğısızlıqla əlaqələndirərək belə bir ağılasığmaz hərəkətə yol verdi”. Daha sonra deyilir: "Halbuki sonradan bəlli oldu ki, həmin masa həqiqətən rektorlar üçün ayrılıbmış və az sonra İqtisad Universitetinin rektoru Ədalət Muradov, Qafqaz Universitetinin rektoru Havar Məmmədov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov həmin masada əyləşiblər”.
Göründüyü kimi, informasiya müəllifləri "rektorlar üçün masa” söhbətini ciddiləşdirmək üçün hətta Fərhad Xəlilovu da rektorlar siyahısına daxil ediblər. İnformasiyanı ötürən şəxs onu həm də "şərh etməyi” unutmayıb. Qeyd edir ki, həmin tədbirdə hamı tolerant idi, bircə rektor N.Əliyevadan başqa (?). Deyəsən, "mənbələr” tolerantlığı susmaq, etiraz etməmək kimi başa düşürlər! Əks halda, bu hadisənin tolerantlığa nə dəxili ola bilər? Əsl tolerantlıq özünü uzun illər dövlətçiliyimizin, cəmiyyətimizin sabahına həsr edən insanlara hörmətdən başlayır.
İnformatorlar fikirlərini belə yekunlaşdırıblar: "Xanım rektorun bu hərəkəti onu göstərdi ki, onun şəxsi ambisiyası dövlət maraqlarını qat-qat üstələyir".
Çox ehtimal ki, bu cümlələr ölkədə aparılan kadr siyasətinə kölgə salmağa hesablanıb. Hamıya bəllidir ki, Nurlana Əliyeva yüksək təşkilatçılıq bacarığına, idarəetmə səriştəsinə, alim məntiqinə, vətəndaş qeyrətinə, millətə, azərbaycançılıq sevgisinə yiyələnmiş bir insandır. Buna görə çoxsaylı gənclik ordumuzun gələcəyi və taleyi ona tapşırılıb.
Qaldı tolerantlıq və multikulturalizm məsələsinə, birbaşa Prezidentin təşəbbüsü ilə ərsəyə gəlmiş bu ideya Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artmasında mühüm rol oynayır. Onun ölkədə əsas ocaqlarından biri BSU-dur. Bu universitetdə fərqli dillərin, fərqli mədəniyyətlərin, adət-ənənələrin, milli-etnik dəyərlərin ideal harmoniyasına nail olub. Burada Ukrayna, Belarusiya, Rusiya, Polşa, Çexiya və digər ölkələrin mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Hər həftə bura xaricdən çoxsaylı alimlər, mədəniyyət xadimləri, rəsmi şəxslər gəlir, müqavilələr bağlanır. Azərbaycan mədəniyyətinin ən yüksək nailiyyətləri bu universitet vasitəsilə xaricdə tandılır. Onu da demək vacibdir ki, son iki ayda universitetdə tolerantlığa həsr olunmuş iki böyük tədbir keçirilmişdir. ABŞ-ın tanınmış "Eurasia Review” analiz və yeniliklər jurnalinda "Bakı Slavyan Universiteti 70 illik yubileyinə hazırlaşır” adlı məqalədə də əsas vurğu universitetdəki tolerant mühitə edilib.
Yazımın sonunda universitetdə iki ay ərzində multikultural dəyərlərin inkişafı istiqamətində həyata keçirilən bəzi faktları qeyd etmək istəyirəm: ABŞ-ın Viskonsin Universitetinin rektoru Peter Tase, Paraqvay Milli Şərq Universitetinin rektoru, Paraqvay Parlamentinin deputatı Esmerita Sançes de Da Silva, Portuqaliya Universitetinin prorektoru Teresa do Rosario Domasio, Bolqarıstanın vitse-prezidenti Marqarita Popova, Belorusiyanın Azərbaycandakı səfirliyinin böyük məsləhətçisi Dmitriy Oleqoviç Qarboçev, Polşa Təhsl Nazirliyinin nümayəndəsi Mixal Sobçik, tanınmış alman tədqiqatçısı Ziqlinde Hartmann, Türkiyənin Yunis Əmrə Universitetinin nümayəndələri , Bolqarıstanın "Standart” qəzetinin təsisçisi və redaktoru Slavka Buzukova, Moskva Dövlət Pedaqoji Universitetinin müəllim-professor heyəti bu universitetin qonağı olmuş və əməkdaşlıq üçün rəhbərliyə təkliflər paketi təqdim etmişlər. Bilirsiniz niyə?
Universitetdə yaradılmış tolerant, yardıcı, şəxsiyyətin inkişafına zəmanət verən mühitə görə. Təbii ki, bütün bunlara rektor Ümummilli liderin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinin həyata keçirilməsi istiqamətindəki səmərəli fəaliyyəti və möhtərəm Prezidentimizin etimadı ilə nail olub. Lakin çox təəssüf ki, "ambisiyalarını dövlətçilikdən və dövlət başçısının müəyyənləşdirdiyi kursdan yuxarı tutanlar” bu uğurları görmək istəmirlər. Nəticədə qərəzli informasiyalar meydana çıxır”, - deyə, BSU-dan bildirilib.
NUH.az
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
2 aprel 2025 15:01
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Sabahdan iş günləri başlayır
31 mart 2025 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 2025 13:09
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 2025 11:35
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45