Taleh Ziyadovun dövlət hesabına Venetsiya və ABŞ keyfi
Bu ilin Novruz bayramında Taleh Ziyadov tətil günlərini ailəsi ilə birlikdə füsünkar Venetsiyada keçirib və onun ailəsi ilə birlikdə istirahəti və əyləncəsi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hesabından ödənilib.
Venetsiydan qayıtdıqdan sonra aprel ayında Taleh Ziyadov ailəsi ilə birlikdə Vaşinqtona səfər edib. Yenə də təbii ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hesabına. Bildirilir ki, Vaşinqtona səfəri zamanı Taleh Ziyadov gizlicə Pensilvaiyaya yollanıb və burda “mənəvi atası” Fətullah Gülənlə görüşüb.
Mətbuata Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verən qanunsuzlüqlar və korrupsyia faktları ilə bağlı məlumatlar daxil olmaqda davm edir. Qeyd edək ki, son zamanlar “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun və onunla FETÖ şəbəkəsi tərəfindən birlikdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına transfer olunan “dəstə”nin qanunsuz fəaliyyətləri və korrupysia əməlləri baroədə mətbuata sensassion məlumatlar daxil olmaqdadır. Bu məlumatlar arasında ən çox diqqət çəkən məqam isə, hazırda Pensilvaniyada yaşayan və Türkiyə tərəfindən dövlət çevrilişinə cəhddə ittiham olunan Fətulla Gülənə bağlı FETÖ terror şəbəkəsinin yaradılmaqda olan Xəzər Azad İqtisadi Zonasını nəzarətə götürmək və bu iqtisadi zonadan Gülən şəbəkəsinin siyasi və iqtisadi maraqları üçün istifadə etmək niyyətləridir. Qeyd edək ki, yayılan məlumatlarda həmçinin FETÖ terror şəbəkəsinin Xəzər Azad İqtisadi Zonasını offşor zonaya çevirmək bardə planları yer alır. Mətbuatda yayılan həmin məlumatlarda göstərilir ki, hazırda bu məqsədlə ABŞ-da təhsil alan və FETÖ şəbəkəsinə bağlılığı şübhə doğurmayan Kərim adlı şəxs və Sinqapurdan xüsusi olaraq bu məqsədlə Limanda çalışmağa dəvət olunan Yujen adlı şəxs məşğul olur. Sinqapurdan dəvət olunan Yujen adlı şəxs buna görə Bakı Beynəlxalq Dəniz Ticarət Limanınından hər ay 15 min manat maaş alır. Yəni ölkə prezidentlərindən çox. Bundan başqa Yujen adlı sinqapurlunun və onun koreyalı sevgilisinin bütünotel və restoran, həmçinin digər əyləncə xərcləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanını tərəfindən ödənilir.
Son olaraq AzToday.az saytına daxil olan məlumatda bildirilir ki, sinqapurlu Yujenin bütün keyf xərclərini Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hesabına qarşılayan Taleh Ziyadov özü də Limanın vəsaitləri hesabına keyfindən qalmır. Belə ki, saytımıza daxil olan məlumata əsasən təkcə bu il Taleh Ziyadovun ezamiyyə xərcləri 50 min dollara qədər təşkil edib. Hər halda bu rəqəm ilin ilk iki rübündə 45 min manat təşkil edib və bu rəqəm Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ilk iki rübünə aid müvafiq xərclər bardə sənədlərdə yer alıb.
AzToday.az saytını məlumatlandıran mənbə bildirib ki, Taleh Ziyadovun bilinən və bilinməyən ezamiyyə xərcləri bunula bitmir. Belə ki, bu ilin Novruz bayramında Taleh Ziyadov tətil günlərini ailəsi ilə birlikdə füsünkar Venetsiyada keçirib və onun ailəsi ilə birlikdə istirahəti və əyləncəsi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hesabından ödənilib. Mənbə bildirir ki, istər maliyyə Nazirliyi, istər Hesablama Palatası, istərsə də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bu faktı asanlıqla aşkarlaya bilər.
Bundan başqa daxil olan məlumatda bildirilir ki, Venetsiydan qayıtdıqdan sonra aprel ayında Taleh Ziyadov ailəsi ilə birlikdə Vaşinqtona səfər edib. Yenə də təbii ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hesabına. Bildirilir ki, Vaşinqtona səfəri zamanı Taleh Ziyadov gizlicə Pensilvaiyaya yollanıb və burda “mənəvi atası” Fətullah Gülənlə görüşüb. Mənbə bildirir ki, Fətulla Gülənlə Taleh Ziyadovun bu hələik son görüşü olub və Türkiyədə dövlət çevrilişinə cəhddən sonra hər hansı görüşün olmadığı isə bəllidir.
Xatırladaq ki, Taleh Ziyadov Fətullah Gülənin yaşadığı Pensilvaniyada təhsil alıb. O əsasən “Böyük İpək Yolu” layihəsi üzrə ixtisaslaşıb. Bəzi məlumatlara əsasən Pensilvaniyaya getməmişdən əvvəl Taleh Ziyadov Gülənçi şəbəkədə olub. Pensilvaniyada olarkən isə bir neçə dəfə Fətullah Güləni ziyarət edib. Hətta Fətullah Gülənin şəxsi rəğbətini qazanan şəxslərdən biri olduğu qeyd olunur. Bakıya qayıtdıqdan sonra isə Taleh Ziyadov “ADA” Universitetində (keçmiş Azərbaycan Diplomatik Akademiyası), çalışıb. “ADA” - da çalışırkən “Azərbaycan Mərkəzi Avrasiyada Regional Mərkəz kimi” adlı tədqiqat layihəsinin aparıcı tədqiqatçısı olub. 2012-ci ildə müəllifi olduğu “Azərbaycan Mərkəzi Avrasiyada Regional Mərkəz kimi” adlı kitabı çap olunub. Kitabda Çin Xalq Respublikası və Hindistandan Avropaya uzanan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, o cümlədən Avrasiya ticarət və nəqliyyat şəbəkələrinin strateji analizi, Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri və Azərbaycanın gələcəkdə “regional mərkəz”-ə çevrilməsi baxışı öz əksini tapıb. Bu kitabın nəşrindən sonra isə Taleh Ziyadovun ulduzu parlayıb və 2015-ci ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru vəzifəsinə təyinat alıb.
Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq. /Dosye.az/
NUH.az
- Azad Rəhimovun oğlu məhkəməyə çağırıldı — 400 min manatlıq yeyinti işi
18 noyabr 2024 17:26
- 17 noyabr - Milli müstəqillik salnaməmizin Epiqrafı
17 noyabr 2024 20:49
- Mirzə Cəlil onunla puluna görə evlənmişdi? - Həmidə xanımın çap olunmayan məktubu - İlk dəfə
16 noyabr 2024 20:40
- Azərbaycanlı general və şəriki tərliklə 10 milyonlarla pul -yuyub
12 noyabr 2024 18:58
- Dövlət rəsmilərinin Bakıya səfəri başladı - Fotolar - Yenilənir
9 noyabr 2024 18:57
- Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
9 noyabr 2024 12:17
- Zəfər bayramı - təqvimimizin QIZIL hərflərlə yazılmış tarixi
7 noyabr 2024 14:23
- Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir
6 noyabr 2024 12:00
- Baba Vəziroğlu kimi ortabab şairə yubiley keçirirlər, mənə yox…Niyə? –Qocaman yazıçımız Vaqif Nəsib /MÜSAHİBƏ
5 noyabr 2024 10:37
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08