Əhaliyə güzəşt ləğv edildi - Maliyyə qıtlığı
Məcburi köçkünlərə dövlət tərəfindən ayrılan telefon pulu güzəşti ləğv edilir. Bununla bağlı məcburi köçkünlərə xüsusi bildiriş göndərilib.
Bildirişdəki maraqlı məqam isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 06.10.16 tarixli məktubuna əsasən, istifadə edilən rabitə xidmət haqlarının 01.08.16 tarixindən etibarən hesablanmasıdır. Yəni, Dövlət Komitəsi bu qərarı onuncu ayda (oktyabr) verməsinə baxmayaraq, ödənişlərin səkkizinci aydan verilməsi tələb edilir.
ANN.Az məsələ ilə əlaqədar Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə (BTRİB) əlaqə saxlayıb. Qurumdan verilən məlumata görə, onlara ilk dəfə bu haqda məlumat telefon qovşaqlarından verilib:
"Telefon qovşaqlarından bildirdilər ki, "Qaçqınkom" onlara arayış verib. Bu haqda özümüz qərar çıxara bilmədiyimizə görə, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə ərizə yazdıq. Bundan sonra abunəçilərə xəbərdarlıq göndərilib. O vaxta qədər qaçqınlara abunə haqlarının verilməsi ilə bağlı (Qaradağ, Nizami, Yasamal rayon və başqa telefon qovşaqlarına) xəbərdarlıq edilib. "Qaçqınkom” hər telefon qovşağına yazıb ki, avqust ayından maliyyə çətinliyi ilə bağlı abunə haqlarının ödəyə bilməyəcək. Ola bilsin ki, quruma pul ayrılmadığına görə bu addım atılıb. Ancaq "Qaçqınkom” dəqiq demədi ki, bu ödənişləri birdəfəlik ödəməyəcək. Belə söhbət olmayıb. Ona görə, bizdə 3 ay müddətində qaçqınlara xəbərdarlıq etmişik. Qovşaqlar abunəçilərə həm "sms”-lə, həm də telefonla məlumat veriblər. Qaçqınların nə telefonları kəsilib, nə də hər hansı cərimə yazılıb. Sadəcə olaraq, biz "Qaçqınkom”un avqust ayından ödənişləri etməyəcəyi xəbərdarlığını abunəçilərə etmişik".
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Kommunal xidmətlər üzrə Şöbə müdiri Aftandil Mustafayevlə əlaqə saxlamağa çalışsaq da, komitədən onun ezamiyyətdə olduğunu bildirdilər. Komitənin mətbuat katibi Elçin Qədimov isə telefon zənglərimizə cavab vermədi.
2016-cı ilin dövlət və icmal büdcələri layihəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsi üçün 224.4 milyon manat ayrılıb.
Qeyd edək ki, Komitənin kommunal xidməti mətbuata açıqlamasında hazırda məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrıldığı deyilib:
"Məcburi köçkünlər yay aylarında 100 kVt. saat, qış aylarında isə 200 kVt .saat elektrik enerjisi sərf edirlər. Orta hesabla, bu,150 kVt.saat edir. Bundan başqa, adambaşına köçkünlərə bir ay üçün 35 kubmetr təbii qaz hesablanıb. Dörd ay qış müddətində təbii qazdan istifadə 45 kub, mart, aprel, may və oktyabr ayları üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kubdan hesablanır. Məcburi köçkünlər üçün adambaşına su istehlakı limiti aylıq 5 kubdur. Bu limitin məbləği 2017-ci ilin yanvar ayından məcburi köçkünlərin öz kartına vurulacaq. Hələ bilinmir ki, məcburi köçkünlər bu limitdən az işlətdikdə karta vurulan məbləğ kimin hesabında qalacaq. Bu mexanizm hələ tam aydın deyil”.
"Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliyə əsasən, isə Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə, kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə yemək xərci üçün aylıq müavinət artıq verilmir.
Məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə də bu müavinətlərin verilməsi dayandırılıb.
Digər dəyişiklik hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlıdır. İndiyə qədər hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilməyib. Dəyişikliyə əsasən, bundan sonra yalnız hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə yemək xərci üçün aylıq müavinət verilməyəcək.
Yəni, bundan sonra zabit olmayan, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər yemək xərci üçün aylıq müavinət alacaqlar.
NUH.az
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 2024 21:00
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Almaniyada MATƏM elan edildi
21 dekabr 2024 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Rüstəm Minnixanov DOSTLUQ ordeni ilə təltif edildi
17 dekabr 2024 17:23
- Əsgərlik yaşı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi : 18-30 YAŞ
16 dekabr 2024 14:39
- TƏCİLİ! DTX-dən ƏMƏLİYYAT - Ekstremist qruplaşma İFŞA EDİLDİ FOTO
16 dekabr 2024 12:33
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41