Qüdrət Qurbanovla bağlı yeni iddialar... - İTTİHAM VAR
Bir müddət bundan əvvəl, bəzi KİV-də Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında baş alıb gedən anarxiyadan, haqsızlıqlardan, özbaşınalıqlardan və s. bəhs olunmuşdu.
Yayılan məlumatlarda qeyd olunurdu ki, bu gün adı çəkilən qurumda elə bir oyunlar gedir ki, gəl görəsən. Ümumi vəziyyətdən son dərəcə narazı qalan dənizçilər, artıq bu gün ölkə rəhbərliyinə müraciət etmək zorunda qalıblar. Administrasiyada daha çox haqsızlıqların baş verməsi halları, sertifikat məsələsində də yaşanır. Bu haqda məlumatı verən mənbə bildirir ki, qurumda sıravidən tutmuş rəhbərliyə kimi hər bir vəzifə sahibi, beş ildənbir kursa getməli və kursu başa vurmaları haqda sertifikat da almalıdırlar. Amma, nələr baş verir? Baş verən o olur ki, bir kimsə adını kursa yazdırırsa qanunla o, əmək haqqı da almalıdır. Amma, əmək haqqını işçinin özü deyil, rəhbərliyi mənimsəyir. Zamanı çatanda kursu “başa vuranlar” sertifikat əldə etmək üçün, müəyyən olunmuş məbləğdə “haqq-hesab” da “tərləməli” olurlar. Mənbə bildirir ki, daşıdığı vəzifəsinə görə hər kəsin qurumun rəhbəri cənab Qüdrət Qurbanov tərəfindən müəyyən olunmuş “toskı”sı olur. Məsələn, matroslar üçün “toskı”nın məbləği 1300-1500 manatdır, digər vəzifə sahibləri üçün isə, fərli məbləğdir. Maraq kəsb edən hal o olur ki, sertifikat ala bilməyən işçilər dənizə işə buraxılmırlar. Əldə etdiyimiz bəzi məlumatlara görə, hansısa dənizçi yük gəmilərində, tankerlərdə və s. dənizə işləməyə çıxırsa, mütləq Dövlət Dəniz Administrasiyasına qazanclarının müəyyən bir hissəsini rüşvət şəklində vermək məcburiyyətində qalırlar. Çünki, onlar rüşvət verməyə razı olmasalar, o halda heç cür dənizə işə çıxa bilməzlər. Yəni, dənizə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlar təqdim etməlidirlər. Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin çalışdığı gəminin ölçülərindən asılı olaraq, hər bir dənizçiyə ümumilikdə 7-8 sertifikat verilir. Bu sertifikatları verən qurum da, məhz Dövlət Dəniz Administrasiyasıdır. Onu da vurğulayaq ki, ARDDA-da törədilən müxtəlif maxinasiyalarla bağlı adı daha çox hallanan vəzifə sahiblərindən biri də, qrumda rəis müavini vəzifəsini daşıyan Ehtiram müəllimlə bərabər, qrumun maliyyə şöbəsinə rəhbərlik edən Etibar müəllimin olduğu bildirilir. Həmçinin Dövlət Dəniz Administrasiyasında müxtəlif diplomların "satışa” çıxarıldığı da vurğulanır. Yəni, bildirilir ki, qurumun rəhbərliyi tərəfindən matros diplomu təqribən 3000 manata, bosman diplomu isə, 5000 manata satılır.
Xəzər Dövlət Dəniz Gəmiçiliyi idarəsində 25-30 il ərzində işləyən işçilərdən təqribən 30 nəfəri, bu gün Binəqədi rayonu Z.Bünyadov küçəsi, daha dəqiq desək “İpək Yolu” restoranının arxasında olduqca acınacaqlı, lazımi şəraiti olmayan bir ünvanda yaşayırlar. Hansı ki, həmin ərazidə vaxtilə “Kaspar”a məxsus uşaq bağçası olmuş və bu gün də onlar ailələri ilə birlikdə, həmin bağçanın 15-20 kvm-lik otaqlarında yaşamağa məhkumdurlar. Həmin işçilərdən bəziləri ilə apardığımız söhbətlər zamanı, onlar şəraitlərindən gileylənərək “biz illər uzunudur ki, ev gözləyirik, amma ala bilmirik. Çünki, kimin pulu varsa Dövlət Dəniz Administrasiyasının rəhbərliyi ilə danışır, “haqq-hesablaşır” və az sonra da mənzilini almağa müyəssər olur. Bizim də pulumuz olmadığından, ömrümüzü-günümüzü bu yerdə başa vururuq”. Ümumiyyətlə, Dövlət Dəniz Administrasiyası olduqca strateji əhəmiyyət kəsb edən bir sahə olduğundan, həmin sahədə yaşananlar bizim üçün də olduqca əhəmiyyət kəsb etməkdədir. Odur ki, növbəti sayımızda qurumun rəhbərliyində duran vəzifə sahiblərinin “Nion” restoranında qol qoyduqları əməllərdən və digər olaylardan bəhs etməyə çalışacağıq. Bizi izləyin.
Açıqlamada adı çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik. /dia.az /
NUH.az
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 2024 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 2024 23:54
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 2024 21:00
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 2024 19:49
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 2024 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 2024 00:17
- Almaniyada MATƏM elan edildi
21 dekabr 2024 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41