Qüdrət Qurbanovu bitirəcək ilginc dosye - İTTİHAM VAR

Mediatv.az: Son vaxtlar Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəhbərliyinin adı müxtəlif qalmaqallı situasiyalar, qanun pozuntuları və digər neqativ hallarla bağlı ölkə mətbuatında dərc olunan materiallarda tez-tez hallandırılır. Məsələn, bir müddət əvvəl Qəmbər Səfərov adlı vətəndaşa məxsus "Yunıy moryak” adlı gəminin oğurlanması ilə bağlı yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, bu məsələ ətrafında ciddi qanun pozuntularına yol vermiş tərəf, məhz ARDDA-nın rəisi Qüdrət Qurbanov olmuşdur. Hətta məhkəmə sənədlərində də təsdiq edilmişdi ki, Dəniz Administrasiyası heç bir hüquqi əsas olmadan və müvafiq sənəd təqdim edilmədən qanunsuz olaraq, gəminin qeydiyyatını rəsmiləşdirib və başqa birinə mülkiyyət hüququ barədə sənəd verib.
Savash.org xatırladır ki, başqa məlumatda Qüdrət Qurbanovun "Azimport” şirkətinin keçmiş rəhbəri Rəşad Məmmədova 600 min manat pul verərək, onun əli ilə Səbail rayonu, Xanlar küçəsi 1 ünvanında yerləşən, ayrı-ayrı vətəndaşlara məxsus bir neçə qarajın qanunsuz olaraq sökülməsi faktından bəhs olunmuşdu. Məlumdur ki, bu və daha bir neçə oxşar insidentlər vətəndaşların daha çox mülkiyyət hüquqlarının ciddi şəkildə pozulması və onlara külli-miqdarda maddi ziyan vurulaması halları ilə müşayiət olunmuşdu.
Bu günlərdə isə Q.Qurbanovun oğlu Orxan Qurbanov da medianın gündəminə gəlib. Orxan Qurbanov MTN-də işlədiyi vaxt, atasının Eldar Mahmudovla dostluq münasibətləri ona heç işə getməyə də "imkan vermirdi” Artıq bir neçə aydır ki, sabiq MTN başçısı Eldar Mahmudovun müxtəlif adamlarla əlaqələri haqqında ölkə mətbuatında fərqli-fərqli yazılar dərc olunur. Bəzən, bu "əlaqələr”də hətta dəxlisiz şəxslərin adları hallanır. Oxucularda sual yarana bilər ki, Eldar Mahmudovu jurnalistlər daha kimlərə dost edib bağlamadılar?!
Ancaq biz apardığımız araşdırma zamanı çox ciddi faktlar üzə çıxdığına görə, bu yazını oxuculara təqdim etməyi lazım bildik. Sabiq MTN başçısı Eldar Mahmudovun vaxtilə Azərbaycan Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovla dost olduğu nə jurnalistlərə, nə də məmurlara sirr deyil. Əlbəttə, Eldar Mahmudovun "möhtəşəm” vaxtlarında irili-xırdalı əksər məmurlar onunla dost olmağa, isti münasibətlər saxlamağa çalışırdılar. Qüdrət Qurbanov da hardan biləydi ki, bir gün digər güc strukturları Eldar Mahmudovun "qoşun”ununa qalib gələcək? Nəticədə isə Qüdrət Qurbanov sabiq milli təhlükəsizlik naziri ilə qol-boyun vəziyyətdə fotolar çəkdirdiyinə peşman olacaq….
Əvvəla başlayaq ondan ki, vaxtı ilə MTN-in zabiti olan Orxan Qüdrət oğlu Qurbanovun indi də DTX-də çalışdığı barədə məlumatlar var. Hətta onun dostları və yaxınları da deyir ki, Orxan Qurbanov MTN-də işlədiyi vaxt, atasının Eldar Mahmudovla dostluq münasibətləri ona heç işə getməyə də "imkan vermirdi”. Hətta O.Qurbanovun öz çevrəsində zarafatca "ancaq maaşdan-maaşa işə getdiyini” etiraf etməsi barədə də məlumat əldə etmişik. Bəs necə oldu ki, bu şəxs yeni strukturda da öz yerini qoruyub saxladı? Əlbəttə, bu yeni yazının mövzusudur… Əksinə hələ adı MTN-də "əməkdaş” kimi getdiyi vaxtlarda da, onun xarici ölkələri gəzib özünə modelyer "adaxlı ovuna” çıxdığı deyilir. Monako, İspaniya, Fransa, İtaliya, Türkiyə…
Bu gənc öz "sərgüzəşt”lərini "İnstagram” profilində paylaşmaqdan da çəkinmir. Bəli, deyilənlərə görə, bu şəxs elə bu günlərdə də bu "ovçuluğu davam edir. Misal üçün, atası Qüdrət Qurbanovun rəqibi sayılan Ziya Məmmədov da öz oğluna ovçuluğu tərgizdirə bilmədi. Ancaq onun oğlu modelyer yox, ayı ovlamağı xoşlayırdı. Ola bilsin ki, bu günlərdə Ziya Məmmədov nəqliyyat naziri olduğu üçün Anar Məmmədov ayı ovlayır. Ancaq vaxtı ilə Ziya Məmmədov Dəmir Yol İdarəsinin şefi olanda elə onun oğlu da model ovlayırdı, hətta "STİL” jurnalına sponsorluq edərək Bakının modellərinin fotolarını o jurnalda tirajlayırdı. Ancaq sonra atası NN-şefi təyin olunan kimi, Anar Məmmədov özünü yığışdırıb ciddi aparmağa başladı və modellərdən birbaşa ayılara keçdi. Sonda ayı məsələsi də ona çox baha-başa gəldi.
Orxan Qurbanova gəldikdə isə, bu ovçuya da cızığından çıxıb mətbuatın əlinə düşməmək üçün Qüdrət Qurbanovun köməkçisi Ülvi Həsənov kömək edir. Ancaq keçən il Ülvi Həsənovun başı möhkəm qarışıq olduğu üçün Orxan Qurbanov Haqqin.az saytının rəhbəri Eynulla Fətullayevin toruna düşmüşdü. Düzdür, sonra gücbalayla olsa da onu Eynullanın torundan çıxardılar, hətta Eynulla Fətullayev Qüdrət və Orxan Qurbanovlar barədə, sizə deyim ki, ürəyləri istəyən bir yazı da yazdı. Oxucuda sual doğura bilər: yaxşı, Qüdrət Qurbanovun köməkçisinin başı nəyə qarışmışdı ki, Orxan Qurbanovu Eynullanın toruna düşməyə imkan verildi.
Ülvi Həsənova Qüdrət Qurbanov tərəfindən Səbail rayonu Xanlar küçəsi 1 ünvanında yerləşən 20-dən artıq qarajı sökdürərək, həmin ərazidə bir neçə mərtəbəli təhsil mərkəzi yaratmaq tapşırığı verilmişdi. Düzdür, həmin ərazidə yeni inşa edilən sahə Qüdrət Qurbanovun adına deyil, ancaq qaraj sahiblərinin hamısı ilə görüşən yenə də Qüdrət Qurbanovun köməkçisi Ülvi Həsənov olub və əlbəttə ki, o bütün danışıqları Qüdrət Qurbanovun adından aparıb.
Redaksiyamıza daxil olan məlumata görə, bu söküntü işlərini "Azimport” həyata keçirib və sakinlərlə danışıqlar aparmaq üçün Q.Qurbanovdan 600 min manat alıb. Bu barədə növbəti yazımızda məlumat verəcəyik…
İndi isə keçək Qüdrət Qurbanovun qaynı Babək Tağıyevə. Bu şəxs uzun illər polis orqanlarında çalışıb və sonra birdən-birə polis orqanlarından xaric olunaraq təqaüdə çıxıb. Sual doğura bilər ki, axı niyə, Babək Tağıyevin hələ təqaüd üçün yaş həddi çatmasa da, təqaüdə çıxıb. Bacıoğlunun adı vaxtı ilə MTN-də və sonra DTX-də gedir, dayı hələ cavan olaraq əməliyyat işindən birdən-birə uzaqlaşaraq təqaüdə çıxır. Bunların hamısı biz də elə şübhə yaratdı ki, çox güman bu yaxınlarda Qüdrət Qurbanov özü də cavan yaşlarında təqaüdə hazırlaşır. Çünki bu gün , artıq Qüdrət Qurbanovun bir başa vəzifə borclarının icrasında yol verdiyi müxtəlif özbaşınalıqlardan ziyan çəkən dənizçilər dilə gəliblər. Belə ki, müxtəlif instansiyalara, o cümlədən təqdim olunan açıqlamalardan belə qənaətə gəlmək olur ki, bu gün Dövlət Dəniz Administrasiyasında formalaşdırılmış rüşvət və korrupsiya şəbəkəsi bu qurumun xidmətlərindən istifadə etməli olan insanların səbir kasasını doldurub.
Hətta bir müddət əvvəl KİV-də yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, yaranmış vəziyyətdən son dərəcə narazı və narahat olan dənizçilər, artıq birbaşa ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşırlar. Bu xüsusda dənizçiləri ən çox narahat edən məqamlardan birinin isə, ARDDA-da son vaxtlar əsil alver predmetinə çevrilmiş sertifikat və diplomların verilməsi prosedurları ilə bağlı olduğu qeyd olunur. Dənizçilərin sözlərinə görə, yük gəmilərində, tankerlərdə ağır iş şəraitində çalışan bu insanlar hər dəfə dənizə çıxmamışdan əvvəl Dövlət Dəniz Administrasiyasına qazanclarının müəyyən bir hissəsini rüşvət olaraq vermək məcburiyyəti qarşısında qalırlar. Bu xüsusda açıqlama verən mənbə deyir: "...Bu rüşvəti verməyə məcburuq. Çünki başqa cür dənizə çıxmaq imkanımız olmur. Belə ki, dənizə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlar təqdim etməlidirlər. Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin çalışdığı gəminin ölçülərindən asılı olaraq hər bir dənizçiyə 7-8 sertifikat verilir. Bu sertifikatları verən qurum da məhz Dövlət Dəniz Administrasiyasıdır. Burada isə, həmin sertifikatları sadəcə olaraq satırlar. Belə ki, sertifikatlara görə ödənilən dövlət rüsumundan başqa, hər bir dənizçi Administrasiyanın rəisi Qüdrət Qurbanov tərəfindən müəyyən edilmiş əməkdaşlara bir sertifikata görə 150 manat əlavə pul ödəməli olur. Tələb olunan məbləğ verilmədikdə isə, təbii ki, dənizçi sertifikatları ala bilmir və bu səbədən də dənizə çıxa bilmir...”
Qeyd edək ki, aldığımız məlumatlarda ARDDA-da törədilən müxtəlif maxinasiyalarla bağlı ən çox adları çəkilən məmurlar rəis müavini Ehtiram müəllim və maliyyə şöbəsinin müdiri Etibar müəllimdir. Həmçinin təqdim edilən açıqlamalarda Dövlət Dəniz Administrasiyasında müxtəlif diplomların da "açıq satışa” çıxarıldı vurğulanır. Bildirilir ki, qurumun rəhbərliyi tərəfindən matros diplomu 3000 manata, bosman diplomu isə 5000 manata təklif olunur...
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 2025 14:06
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
8 aprel 2025 19:12
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
8 aprel 2025 12:19
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35