“Kerrinin fikirləri təəssüf hissi doğurur” - İlham Əliyevin köməkçisi
"ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlaması bizdə təəssüf hissi doğurur və məyusedicidir".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Xəzər Xəbər"ə açıqlamasında belə deyib.
Dövlət rəsmisi bildirib ki, Kerrinin açıqlaması ABŞ-ın münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil.
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ABŞ üzərinə müəyyən öhdəliklər götürüb. Bu öhdəliklər ilk növbədə, BMT Təhlükəsilik Şurasının daimi üzvü kimi qurumun çıxardığı 4 qətnamənin icrasından irəli gəlir. Digər tərəfdən, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri kimi vasitəçilik missiyasını üzərinə götürüb.
Əli Həsənov bildirib ki, Con Kerrinin açıqlaması bu statuslara ziddir: "Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üzərlərinə götürdükləri öhdəlikdən və bu öhdəliyin məsuliyyətindən müəyyən mənada boyun qaçırmaqdır. Məsuliyyəti münaqişə tərəflərinin liderlərinin üzərinə atmaqdan başqa bir şey deyil. Bu, yolverilməzdir. Yolverilməzdir ona görə ki, beynəlxalq hüquq norması var. Beynəlxalq hüquq normasına dövlətlərin əməl etməsinə məcbur edən beynəlxalq hüququn çərçivəsi var".
Əli Həsənov deyib ki, ABŞ dövləti, o cümlədən bu ölkəninin prezidenti status-kvonun qəbuledilməzliyi ilə bağlı rəsmi bəyanat verib.
Con Kerrinin səsləndirdiyi bu fikirlər elə həmin bəyanatın özünə də ziddiyyət təşkil edir. Status-kvo qəbulolunmazdırsa, o zaman münaqişənin həll yolu tapılmalıdır.
"Əgər beynəlxalq hüququn normalarının hansısa dövlətin başçısı görməzdən gəlirsə və yaxud onu bilərəkdən pozursa, qulaqardına vurursa, onun nə vaxt buna hazır olacağını gözləmək lazım deyil. Bu dövlətlərin statusu onu tələb edir ki, onlar həmin dövləti beynəlxalq hüquq normalarına əməl etməyə məcbur etməlidirlər, ona təsir göstərməlidirlər, təzyiq göstərməlidirlər",-deyə Əli Həsənov bildirib.
Con Kerrinin bəyanatının ardından Dövlət Departamentinin "münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik" açıqlamasına da münasibət bildirən Əli Həsənov bunu adi növbətçi bəyanat adlandırıb və bildirib ki, bu cür bəyanatları biz çox eşitmişik.
Dövlət rəsmisi Azərbaycanda keçirilən İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransının əhəmiyyəti ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, hazırda bir çox müsəlman dövləti sırf xarici müdaxilələr ucbatından vətəndaş müharibələri və müxtəlif münaqişələrdən əziyyət çəkir. Üstəlik dünyada anti-islam meyilli qüvvələr get-gedə fəallaşır: "Belə bir vəziyyətdə müsəlman dövlətlərinin media qurumlarının əməkdaşlıq etməsi vacibdir. Bu, Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir.
Bu birliyi yaratmaqla 50-dən artıq İslam dövlətinin jurnalistlərinin gücündən istifadə etməklə həm İslam dünyasında, həm də beynəlxalq aləmdə Azərbaycanın haqq səsini, Dağlıq Qarabağ probleminin mövcud reallıqlarını çatdırmaq fikrindəyik".
NUH.az
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 2024 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 2024 12:23
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Prezident: Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır
18 dekabr 2024 11:39
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54