Qırğızıstanda Azərbaycan şirkətinin "udduğu" mübahisəli tender
İqtisadiyyat25 sentyabr 2016 17:47

Qırğızıstanda hökumətin elan etdiyi yol tikintisi tenderinə qatılan Azərbaycan şirkəti ikinci yeri tutduğu halda əvvəl qalib elan edilib, ancaq daha sonra Asiya İnkişaf Bankı və Nəqliyyat Nazirliyi işə qarışıb, nəticəyə yenidən baxılıb.
Virtualaz.org xəbər verir ki, söhbət Asiya İnkişaf Bankının maliyyələşdirildiyi və ilkin olaraq 100 milyon dollar maliyyə nəzərdə tutulan Bişkek-Kara Balta avtomobil yolunun rekonstruksiyası layihəsindən gedir.
Azərbaycandan tenderə qatılan “AzVirt” şirkəti ikinci olub, lakin tender komissiyası tikintini daha az vəsaitə həyata keçirməyə hazır olan və birinci yeri tutan Çin şirkətini qalib elan etmək əvəzinə “AzVirt”ə üstünlük verib. Daha sonra hökumət və kreditor bank işə qarışıb və tenderin nəticələrinə yenidən baxılmaqdadır.
Qırğızıstanın nəqliyyat və yollar naziri Zamirbek Aydarov “Tazabek” agentliyinə verdiyi müsahibədə bu tenderlə bağlı mübahisəli məqamlardan danışıb. Nazir deyib ki, tender komissiyası artıq bir ilə yaxındır ki, yolun tikintisini həyata keçirəcək şirkəti seçə bilmir. “Komissiya Nəqliyyat və Yollar Nazirliyinin əmri ilə yaradılıb. Ancaq tender ləngiyib, çünki 36 podratçı şirkət ərizə vermişdi. Digər tərəfdən bu, beynəlxalq layihədir və donoru Asiya İnkişaf Bankıdır. Podratçı şirkətin seçilməsinin texniki tərəfi çox vaxt apardı. Həmin vaxt komissiyanın sədri nazirin keçmiş müavini Ulan Uezbayev idi, daha sonra o, işdən azad edildi. Yerinə avtomobil yolları idarəsinin rəisi Melis Alıpsatarov təyin edilib. Ancaq onun da bu cür beynəlxalq tenderlərin keçirilməsi üçün təcrübəsi yox idi və tapşırılan işin öhdəsindən gəlmədi. Nəticədə yerinə yeni adam-nəqliyyat nazirinin yeni müavini Erkin Osoyev təyin olundu”.
Nazirin bildirdiyinə görə, Osoyevin rəhbərliyi altında tender komissiyası şirkətlərin təkliflərini ingilis dilinə tərcümə edərək qiymətləndirmə üçün beynəlxalq konsaltinq şirkəti “Eptisa”ya təqdim edib. Və qiymətləndirmədən sonra tender komissiyası “Eptisa”nın rəyinə əsaslanaraq Asiya İnkişaf Bankına təklif edib ki, Azərbaycan şirkəti “AzVirt” LLC –ni seçsin. Bu şirkət yolun tikintisi üçün 82 milyon dollarlıq büdcə təklif edir.
“Lakin tenderdə ən aşağı büdcə təklif edən Çin şirkəti “ China Railway No.5 Engineering Group Co.”-dur, bu şirkət 70 milyon dollar təklif edib. Belə çıxır ki, tender komissiyası tikintini 12 milyon dollar baha həyata keçirməyə hazır olan şirkəti seçməyi təklif edir”-nazir deyib.
Zamirbek Aydarovun bildirdiyinə görə, tender komissiyası öz seçimini belə əsaslandırır ki, ən aşağı qiymət təklif edən Çin şirkətini seçmək risklidir, çünki bu halda yolun tikintisinin keyfiyyətsiz olması riski var. Lakin Asiya İnkişaf Bankı komissiyanın təklifini qəbul etməyib, bank təklif edir ki, ən aşağı qiymət təklif edən Çin şirkəti qalib elan edilsin. “Bu, həm banka, həm dövlətə sərfəlidir”-nazir deyib. Aydarovun sözlərinə görə, hazırda podratçının seçilməsi proseduru gedir və bu məsələ açıq qalır.
Aydarov bildirib ki, müstəqil mühəndis-konsaltinq şirkəti Bişkek-Kara Balta yolunun tikintisini 95 milyon dollar qiymətləndirib. Lakin bu qiymətləndirmə il yarım əvvəl aparılıb. Nəticədə həmin məbləğdə tender elan edilib. İndi isə bitum, dizel yanacağı, tikinti materialları ucuzlaşıb. Hazırda uzunluğu 52 kilometr olan yolun tikintisi təxminən 85 milyon dollar qiymətləndirilir. Ancaq tikintini 70 milyon dollara da başa gətirmək mümkündür.
Nazirin sözlərinə görə, tender komissiyası “AzVirt”ə üstünlük verərkən mövqeyini belə əsaslandırıb ki, Çin şirkəti dempinqə gedib, yəni qiyməti qəsdən aşağı salıb. “lakin Çin şirkətinin seçilməsi həm dövlətə, həm Asiya İnkişaf Bankına sərf edir”-Aydarov deyib. Nəqliyyat nazirinin bildirdiyinə görə, əgər tikinti 2017-ci ildə başlasa seçiləcək podratçı şirkət işləri iki ilə tamamlamalıdır.
NUH.az
Oxşar xəbərlər
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 2025 21:20
- Prezident onları təltif etdi - Siyahı
15 mart 2025 12:50
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 2025 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 2025 21:55
- Bu gün Anarın doğum günüdür
14 mart 2025 11:50
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 2025 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 2025 14:35
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 2025 12:56
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 2025 12:08
Xəbər lenti
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 23:47
- Cəlilabaddа -morq-a gətirilən meyit DİRİLDİ
15 mart 22:22
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 21:20
- Almaniyada tibb bacısı 9 xəstəni öldürməkdə ittiham olunur - 34 nəfəri isə...
15 mart 19:21
- SON DƏQİQƏ! Ərdoğanın hədəfi bəlli oldu - ŞOK DETAL
15 mart 19:02
- Hitlerin hindistanlı şəriki - Onun yaratdığı -Azad Hind- alayı Qafqazı ələ keçirəcəkdi
15 mart 18:18
- Hava ilə bağlı XƏBƏRDARLIQ - bu tarixdən yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə ENƏCƏK
15 mart 15:22
- ABŞ uyğurlara görə Tailandı CƏZALANDIRDI
15 mart 15:06
- Prezident onları təltif etdi - Siyahı
15 mart 12:50
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 12:40
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
Video & Fotoqalereya
Video
Fotoqalereya