Yasamalın icra başçısı, AA nömrələri və NN şirkətləri… – ARAŞDIRMA

İyunun 23-də Legion.az saytında “Yasamalın icra başçısı DYP-dən güclü çıxdı?” başlıqlı yazı dərc olunmuşdu.
Yazıda bildirilirdi ki, bu günlərdə Xətai rayonu Süleyman Vəzirov 11 ünvanında yaşayan sakinlərdən Legion.az-a şikayət daxil oldu. Belə ki, həmin ərazidə yaşayan Yasamal RİH başçısı İbrahim Mehdiyevi gəzdirən “90-AA-821” dövlət nişanlı avtomobil özünün əcaib səsli siqnalı ilə ətrafdakıları narahat edir. “Fi-fa” deyilən bu siqnalın ölkədə qadağan olunduğunu bildiyimizə görə, ilk başdan inanmaq istəmədik. Lakin redaksiyamıza bunu sübut edən videoyazı təqdim olunub və tezliklə ictimaiyyətə yayımlamağa hazırıq. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Legion.az-a bildirdi ki, sözügedən siqnalda istifadə qadağandır. Onun sözlərinə görə, operativ xidmət avtomobillərində, eləcə də ali dövlət qurumlarının avtomobillərində müvafiq icazə əsasında yüksək səsli siqnallar qoyula bilər”.
Biz konkret olaraq İbrahim Mehdiyevin adını çəkərək, Kamran Əliyevdən bu şəxsə icazənin olub-olmadığını öyrənib bizə bildirməyi xahiş etdik.“Mən sizə bu barədə heç nə deyə bilmərəm. Bizdə elə məlumat olmur. Siz DİN-dən soruşun. Onlar da sizə deməzlər. Ancaq deyə bilərlər ki, icazə hansı nəqliyyat vasitələrinə verilir”, – deyə Kamran Əliyev bildirdi.
“DİN-də hansı qurum baxır bu işə? Baş DYPİ-nin səlahiyyətlərinə daxil deyil?” – deyə soruşduq. “Hansı idarə baxır, deyə bilmərəm. Onlar müraciət edir DİN-ə, müraciətə baxıldıqdan sonra hansı idarəyə lazımdırsa, ora da göndərilir. Siz DİN-ə zəng edib dəqiqləşdirin”, – deyə DYP rəsmisi cavab verdi”.
Bu məqalənin yayımlanmasından sonra, bir çox media qurumu, o cümlədən Qafqaznews.az saytı da Legion.az-a istinadla yazını yayımlamışdı.Maraqlıdır ki, Legion.az-a mövqe bildirməyən Yasamal RİH rəhbərliyindəki şəxslər başqa bir saytla, məhz Qafqaznews.az-la əlaqəyə çıxıblar. İyunun 24-də Qafqaznews.az-dakı həmkarlarımızdan öyrəndik ki, Yasamal RİH-in ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Zöhrab Cəfərov bu saytın redaksiyasına zəng edərək, sözügedən yazıda səhv getdiyini bildirib.
Zöhrab Cəfərovun sözlərinə görə, İbrahim Mehdiyevə xidmət göstərən avtomobilin nömrə nişanı “90-AA-821” yox, “10-AA-821”dir və bu avtomobildə “fi-fa” siqnalı yoxdur. Eyni zamanda, Z.Cəfərov jurnalist həmkarlarımıza “hüquqi tədbirlər görüləcəyi” barədə də xəbərdarlıq edib.
Yasamal RİH-dəki narahatlıq başa düşüləndir. Amma bu narahatlığın başqa tərəfləri də var… Məsələ ondadır ki, sakinlərin gördüyü, İbrahim Mehdiyevi S.Vəzirov 11 ünvanına aparıb-gətirən avtomobil elə məhz “90-AA-821” nömrə nişanlı “Audi” markalı, qara rəngli avtomobildir.
Biz bu nömrənin izinə düşərək, araşdırma apardıq.Legion.az-ın apardığı araşdırmalar zamanı məlum oldu ki, “90-AA-821” dövlət nömrə nişanı “NN-2013” şirkətinə məxsus olan “Hyundai Equus” markalı avtomobil üçün alınıb. Lakin “Audi”də, həm də Yasamal RİH başçısının avtomobilində istifadə olunması da bir sıra suallar doğurur. Sözügedən “NN-2013” MMC-nin hüquqi ünvanı kimi, dövlət reyestrində Suxaranı rayonu, Zeytun Sovxozu, Hövsan qəsəbəsi, ev 18, mənzil 1 qeyd olunub.
Lakin bu şirkət barədə başqa heç bir məlumata rast gəlmək mümkün deyil. Bircə şeydən savayı. Araşdırma zamanı “Professionals.az” saytında “NN-2013 Company” MMC adına rastladıq və həmin şirkət barədə də çox qısa bir məlumatla üzləşdik: “Bakı şəhəri, Yasamal rayonu”.
Araşdırma zamanı və “NN Group” MMC adlı şirkətlərin də adlarına rast gəldik. Ölkənin bir çox rayonunda məktəb və digər dövlət obyektinin tikintisi ilə məşğul olan “NN Group” MMC şirkəti ilə bağlı iki fərqli məlumata rast gəldik: 1- Nəsimi r-nu, Ceyhun Səlimov, 3000; 2- Bakı şəhəri, Yasamal rayonu (burda da dəqiq ünvan yoxdur).
“Gomap.az” saytında “NN Group”un mobil nömrələri ilə əlaqə saxladıq. Elçin adlı şəxs bildirdi ki, onların “NN-2013”lə əlaqələri yoxdur. Şirkətlə əlaqədar olan digər mobil nömrənin sahibi isə nə adını, nə də “NN Group”un ünvanını bildirmək istəmədi. Lakin həm söhbətimiz daha C.Səlimov küçəsində oturmadıqlarını, İbrahim Mehdiyevi də tanımadığını bildirdi.
“NN İnşaat”la isə ümumiyyətlə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. 012 496 37 43 nömrəsinə də, 055 275 59 19 nömrəsinə də nə qədər zəng etdiksə, cəhdlərimiz boşa çıxdı. Maraqlıdır ki, Yasamal RİH başçısı “naməlum” bir şirkətin adına olan nömrə nişanı taxılmış avtomobildə gəzir.
Ən çox da o maraqlıdır ki, 90-AA-821 nömrə nişanlı avtomobilin sağı-solu müşahidə kameraları ilə dolu olan S.Vəzirov 11 ünvanına İbrahim Mehdiyevin dalınca gəlib-getməsi… nədənsə, Yasamal RİH rəhbərliyi tərəfindən təkzib olunur. Zöhrab Cəfərovun dediyi kimi, “hüquqi tədbirlər” görülərsə, bəlkə də, faydalı olar – həmin müşahidə kameralarının arxivi incələndikdə, həqiqət üzə çıxar.
Araşdırmalarımız davam edir.
NUH.az
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 2025 22:45
- Tələbə qız vəfat etdi- Atasının məzarı yanında məhlul içib
28 mart 2025 13:30
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Evi vətəndaşın başına uçuran -Melissa- görün kimin imiş - DETALLAR
28 mart 2025 00:27
- Pezeşkian Urmiya gölünə getdi
26 mart 2025 17:24
- 42 yaşlı qadın dəm qazından öldü
26 mart 2025 16:22
- -Sumqayıt Nəqliyyat-a yeni direktor təyin edilib
26 mart 2025 15:57
- 24 yaşlı oğlan həmin 13 yaşlı ilə bir evdə yaşayır – Kəmalə Ağazadə
26 mart 2025 14:39
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45