Sabirabad səhiyyəsi kimə xidmət edir?

Jurnalistimiz birbaşa Sabirabad rayon səhiyyə ocağından məlumat verir
Sabirabad rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlarla bağlı yazılarımız Milliel.az saytında gedəndən sonra adıçəkilən rayondan saytımızın ünvanına bir sıra müraciət və şikayət məktubları daxil oldu.
Oxucular bizdən rayona gəlməyi, Mərkəzi Xəstəxananın Yolxucu xəstəliklər, Qəbul və digər şöbələrində, o cümlədən kənd xəstəxanalarında, kənd həkim və tibb məntəqələrində baş verənləri gözümüzlə görməyi xahiş edirdi. Biz də onların xahişinə əməl edib, iyun ayının 21-də rayona yollandıq. Həkimsiz Yolxucu xəstəliklər şöbəsi Hər şeyə tibb bacısı Zeynəb cavab verir Birinci üz tutduğumuz Yolxucu xəstəliklər şöbəsi oldu. Bu şöbə adətən əlahiddə binada və ümumi korpuslardan kənarda yerləşir. Sabirabad rayonunda isə bu şöbə demək olar ki, Mərkəzi Xəstəxanaya bitişikdir. Köhnə, uçulub dağılmaqda olan bina (əgər buna bina demək mümkünsə) 1974-cü ildə istifadəyə verilib və indiyədək normal təmir görməyib. Əslində, burada infeksiyadan müalicə olunmaq yox, burada sağlam adamın infeksiyaya yoluxmaq şansı (daha doğrusu, riski) daha çoxdur. Saat 10 -30 olmasına baxmayaraq, şöbəyə girişdə yerləşən kiçik otaqda tibb bacıları və xadimələr nahar (bəlkə də, səhər yeməyi) yeməyi ilə məşğul idilər. Düzünü deyim, onların süfrə açdıqları otaqlarda diqqətimi cəlb edən antisanitariya oldu. Hesabatlarda şöbənin 15 çarpayılıq palatalarının olduğu bildirilsə də, burada iki otaqdan başqa qalan qapılardan qədimi qıfıl asılmışdı. Çarpayılar isə şöbənin koridorunda üst-üstə qalaqlanmışdı. -Bəs xəstələr haradadır?- deyə mən Zeynəb xanımdan soruşduqda, o, xəstələrə iynə vurulduqdan sonra onların evə buraxıldığını dedi. Həkim olmasam da, infksiyaya yoluxmuş xəstənin iynə vurulduqdan sonra evə göndərilməsi mənə anlaşılmaz gəldi. İnfeksiyalı xəstə adətən müalicə olunana qədər evdən, cəmiyyətdən təcrid olunur ki, başqalarını xəstəliyə yoluxdurmasın, ancaq burada hər şey tibb elminin minillik böyük təcrübəsinin əksinə idi. Lakin çox keçmədən öyrənirəm ki, şöbədə gördüyüm yeganə iki xəstə heç də infeksiyaya yoluxmuş adamlar deyillər, onlar buraya sadəcə sistem qoydurmaq üçün gəliblər. Xəstəxanada olarkən öyrəndim ki, şöbənin müdiri Fazil doktor çox nadir hallarda buraya gəlir. Şöbəni əsasən tibb bacısı Zeynəb xanım idarə edir. (Deyirəm, diplom söhbəti olmaya, elə Fazili çıxarıb, yerinə Zeynəbi müdir qoyalar. Fazil doktor da indi necə xəstəxanadankənar işlərlə məşğuldur, həmin işlərini davam etdirə. Bu dəyişiklikdən, məncə, xəstələr də heç nə itirməz. çünki heç bir infekasiya düçar olmuş xəstə canından bezib buraya gəlməz). Qaldı, hesabatlarda yazılan 15 çarpayı məsələsinə, bu, şöbə müdiri ilə baş həkimin fantaziyasından və Səhiyyə Nazirliyinə kəf gəlib, dövlətdən pul qoparmaq məqsədinə xidmətdən başqa bir şey deyil. Bir sözlə, Allah sabirabadlıları hər cür infeksiyadan (o cümlədən müdir və baş həkim) qorusun, çün burada hər hansı infeksiya yayılsa, axırı çox pis qurtaracaq… Ümid edirik ki, Səhiyyə Nazirliyi tezliklə bu infeksiya yivasını dağdacaq… Qəbul şöbəsi Nuhdan qalma “skoralar”a yazılan “putyovkalar” Rayon Mərkəzi Xəstəxanasının nəzdində Təcili Yardım Stansiyası fəaliyyət göstərir. Məlum olduğu kimi, bu stansiya xəstəni ağır vəziyyətdən çıxarmaq üçündür. Ancaq rayonda adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, stansiya öz funksiyasından daha çox xəstəxana rəhbərliyinin korrupsiya əməllərinin yerinə yetirilməsinə yardım xidməti göstərir. Belə ki, stansiyada hər gün 24-25 maşına yol vərəqi yazılır. Halbuki cəmi 5-6 maşın işləyir. Qalan maşınlara benzin yazılır və silinir. Bundan əlavə, həmin maşınlar üçün guya “ehtiyat” hissələri alınır və bu məqsədlə xeyli pul xərclənir. Adının çəkilməsini istəməyən mənbənin bildirdiynə görə, stansiyaya ayrılan dərman pereparatlarının yalnız 25 faizi stansiyaya verilir. Əksər halda dava –dərman “Təcili yardım”la gətirilən xəstənin yaxın adamlarına aldırılır, lakin stansiyanın hesabına “oformit” edilir. Ümumiyyətlə, Təcili Yardım Stansiyasında hər gün yol vərəqi alan maşınların xeyli hissəsi sovet dönəmindən qalma maşınlardır, onları heç felək də yerindən tərpədə bilməz... (Davamı var) Güney İbrahimi
NUH.az
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
2 aprel 2025 12:15
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 2025 01:31
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45