Yardımlının yeni icra başçısının mürəbbə «davası»

Və ya Ayaz Əsgərov Heydər Əliyev Mərkəziylə yeməkxananı səhv salıb
Bu yaxınlarda Yardımlıya icra başçısı təyin olunmuş Ayaz Əsgərov gəldiyi gündən yerli camaatın təəccübünə səbəb olmağa başlayıb. Qazaxla Yardımlını qarışdıran icra başçısının bəzi hərəkətləri isə lətifəyə çevrilməkdədir.
«Bu nə yoldur?»
Qeyd edək ki, hər bir icra başçısı kimi Ayaz Əsgərov da təmsil etdiyi rayonun əhalisi ilə tanış olmağa başlayıb. Kəndlərdə görüşlər keçirərək, onların problemləriylə maraqlanır. Amma Sevindik Hətəmovdan fərqli olaraq, pafosla, ədayla və böyük-böyük vədlərlə. Ayaz Əsgərov bir neçə gün əvvəl Yardımlının ucqar Avaş və Arvana kəndlərində yerli sakinlərlə görüşüb. Bir xeyli əvvəl bu kəndlərə asfalt olmasa da, daşdan yol çəkilib ki, gediş-gəlişdə problem yaşanmasın.
İcra başçısı bu yolları bəyənməyib, camaata xitabən deyib ki, bəs, «Bu nə yoldur? Mən sizə betondan yol çəkdirəcəm». Ki, indiyə qədər heç bir icra başçısı özündə cəsarət taparaq, kənd əhlinə belə vədlər verməyib. Üstəlik, bunu Yardımlıda dilə gətirmək böyük risq tələb edir. Ona görə ki, bu rayonun camaatı icra başçısının ağzından «beton yol» vədini eşidibsə, Ayaz Əsgərovun onu evini satmalı da olsa, etməkdən başqa çarəsi qalmayacaq.
Heydər Əliyev Mərkəziylə yeməkxananı səhv salan rəhbər
Qeyd edək ki, Ayaz Əsgərov bəzəi atdığı addımlarının nəticələrini də hesablaya bilmir. Ən azından diqqətli olması gərəkən şeylər var və onların hər birinə xüsusi həssaslıq göstərməsi lazımdır. Məsələn, Bakıdan gələn istənilən qonağa səhər və günorta yeməyini hər hansı bir restoranda deyil, Heydər Əliyev Mərkəzində verilməsi adəti kimi.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bir müddət əvvəl Yardımlı rayonunda olub və əhali ilə görüş keçirib. Görüşün necə, nə cür keçməsi barədə danışmayacağıq. Çünki buna gərək də yoxdur. Amma Yardımlının yeni icra başçısı Kərəm Həsənova səhər ziyafəti vermək üçün o boyda rayonda normal bir restoran tapmayıb da, Heydər Əliyev Mərkəzində ziyafət stolu açdırıb. Əcəba, Heydər Əliyev Mərkəzi yeməkxanadırmı? O boyda rayonda bir dənə münasib yer yox idimi ki, Kərəm Həsənovu apara bilməsinlər? Görünür, Ayaz müəllim Mərkəzlə yeməkxananın yerini səhv salıb.
İcra başçısının mürəbbə «davası»
Ayaz Əsgərovun unikal cəhətləri də varmış. Yardımlının icra başçısı elə Kərəm Həsənovla səhər yeməyi yeyərkən, ortalıq qarışıb. Daha doğrusu, ortalığı qarışdıran isə elə icra başçısının özü olub.
Belə ki, səhər yeməyi masasının üzərində göyəm mürəbbəsi varmış və icra başçısı ondan dadandan sonra hayıl-mayıl olur. Tez köməkçisinə tapşırır ki, təcili olaraq həmin mürəbbədən tapsınlar. Məsələ, birinci müavin Azər Xamıyevə qədər çatır və o, bütün Yardımlıda mürəbbə bişirməyi bacaran adamların hamısıyla əlaqə saxlayaraq, icra başçısının istəyini çatdırır. Hətta həmin mürəbbənin bir bankasına 100 manat verməyə hazır olduğunu da deyir. Təki, Ayaz Əsgərovun xoşuna gələ bilsin və etimadını qazansın.
Nəhayət, mürəbbədən tapılır, amma lap kiçik tomat bankasında. Deyilənlərə görə, icra başçısı həmin kiçik bankanı cibinə qoyaraq, iş yerinə aparıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.(jam.az)
NUH.az
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 2025 15:47
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 2025 14:24
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35