“Azərpoçt” şöbələrini arendaya verib – Nazirlik isə sorğuya cavab vermir… – YENİLƏNİB

Ötən gün saytımızda “Azərpoçt” MMC poçt şöbələrini icarəyə verib – Valyutadəyişmə məntəqələri açırlar…” başlıqlı xəbər yerləşdirilmişdi. Xəbərdə kifayət qədər ciddi məqamlar və daha çox dövlət obyektinin icarəyə verilməsindən söhbət gedirdi.
Əslində xəbər sayta yerləşdirilməzdən öncə KİV Haqqında qanunun tələblərini əsas tutaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb faktın rəsmi tərəfini dəqiqləşdirməyə çalışdıq. Amma, nazirliyin mətbuat xidmətinin əməkdaşı (012)498-60 72) sualımızı dinləmədən rəsmi sorğu şəkilində göndərməyimizi tələb etdi. Üstəlik “soğunu nə zaman cavablandıracaqsız” sulımıza “baxarıq da, görək nə zaman cavablandırırıq” deyib dəstəyi asdı. Biz isə sadəcə güldük və bir anlıq hansısa inkişaf etməyən bir ölkədə olduğumuzu hiss etdik.
Bütün bunlara baxmayaraq sorğunu elektron ünvana göndərdik.
Amma təəssüflər olsun ki, sorğuya hələ də çavab verilməyib. Düşünürük ki, verilməyəcək də. Dövlət əmlakını icarəyə verənlər bu suala hansı cavab verə bilər? Nə desinlər? Desinlər dostlara vermişik? Yoxsa poçt filialını artıq özəlləşdirmişik?
Ümumiyyətlə, son aylar bu nazirliyin mətbuata, eləcə də diğər məqamlara laqeyd yanaşmasının şahidi oluruq. Əlbətdə, Ramin Quluzadə nazir postuna yeni təyin olunub və yəqin ki, mətbuatla işləməyin yeni qaydalarını yaratmaq istəyir. Amma neçə? Mətbuatın suallarını cavablandırmamaq, baş verənləri cavabsız qoymaqlamı? Yoxsa nazir belə susqunluq nümayiş etdirməklə bir qədər təhlükəli imic qazanmaq istəyir?
Bizdə belə məmurlar zatən var … Susmaqla və bir qədər də özünü ciddi göstərməklə qorxu yaradıblar. Əslində isə onlardan böyük talançı yoxdur. Qaldı ki, ölkə başçısının etimad göstərib nazir postuna kimi gətirib çıxaran Ramin Quluzadəyə, ondan sadəcə sualmıza cavab istəyirik. Bir cümləlik suala, bir cümləlik cavab…
Əslində mövzunu bir qədər dərinləşdimək olar. Məsələn, ölkənin bütün poçt şöbələrində pulköçürmə xidmətləri fəaliyyət göstərir. Hansısa alman vətəndaşı Bakıdakı dostuna və ya qohumuna pul göndərirsə poçt işçisi onu manata çevirərək ödəyə bilir. Bir növ valyutadəyişmə işini həyata keçirir. Elə isə, poçtda belə bir məntəqənin yaradılmasına nə ehtiyac var?
Bu gün isə daha bir məlumat əldə etmişik. Bizimxeber.az-a daxil olan məlumata görə, poçt filialında fəaliyyət göstərən bu valyutadəyişmə məntəqəsi gələcəkdə 24 saat fəaliyyət göstərmək niyyətindədir. Saat 18:00-da poçt filialı işini bitirib bağlanmalı olduğu halda valyutadəyişmə məntəqəsi neçə işləyəcək? Yəqin nazirin dostları bunun da yolunu tapıblar.
***
1 saylı filialın 10 saylı şöbəsindəki valyutadəyişmə məntəqəsi kimindir?
“Azərpoçt” MMC-nin baş direktoru vəzifəsi müvəqqəti icra edən Sübhan Kazımov poçt filiallarını öz əmlakı kimi idarə edir. Belə ki, Bizimxeber.az-a daxil olan məlumata görə, 1 saylı filialın 10 saylı şöbəsi arendaya verilib. Məlumatı dəqiqləşdirmək üçün sözügedən ünvana baş çəkdik.
Olduqca balaça olan 10 saylı şöbədə toz-duman göz çıxarırdı. Öyrəndik ki, bu şöbənin təxminən 9 kv-lıq hissəsini valyutadəyişmə məntəqəsi kimi arendaya verilib və təmir işləri aparılır. Maralıdır, valyutadəyişmə məntəqəsi kimi istifadə olunacaq yer dövlət balansında olan bir poçt şöbəsinindir. Burada necə valyutadəyişmə məntəqəsi yaratmaq olar? Bunu kimlər arendaya verib? Qanunla tənzimlənirmi? Onsuz da balaca olan bu şöbədə insanlar rahatlıq tapa bilmir. Buranı bir qədər də balacalaşdılrmaq nə deməkdir?
Araşdırmalarımız nəticəsində bəlli oldu ki, valyutadəyişmə məntəqəsi nazir Ramin Quluzadənin yaxın dostu tərəfindən açılır.
Məlumat üşün bildirək ki, qalmaqallı Eldar Mahmudov olayı Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun vəzifəsini itirməsi ilə nəticələndi. Bir neçə yüksək çinli məmur həbs olundu, onlarla şəxs vəzifəsini itirdi.
Həbs olunan arasında “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev var idi. Bir neçə aylıq fasilədən sonra Ramin Quluzadə Rabitə və Yüksək Texnologiyalar naziri təyin olundu. Daha sonra isə “Azərpoçt” MMC-nin baş direktoru vəzifəsi müvəqqəti olaraq Sübhan Kazımova həvalə olundu. Hazırda S.Kazımov Baş direktor vəzifəsini müvəqqəti icra edir.
Bizimxeber.az
NUH.az
- Cəlilabaddа -morq-a gətirilən meyit DİRİLDİ
15 mart 2025 22:22
- Almaniyada tibb bacısı 9 xəstəni öldürməkdə ittiham olunur - 34 nəfəri isə...
15 mart 2025 19:21
- Hitlerin hindistanlı şəriki - Onun yaratdığı -Azad Hind- alayı Qafqazı ələ keçirəcəkdi
15 mart 2025 18:18
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 2025 12:40
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 2025 23:22
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 2025 21:37
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
14 mart 2025 11:28
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 2025 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 2025 11:40
- Leninin sevgilisi... Krupskayanın əri... - Firuz Mustafa
15 mart 23:47
- Cəlilabaddа -morq-a gətirilən meyit DİRİLDİ
15 mart 22:22
- Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər
15 mart 21:20
- Almaniyada tibb bacısı 9 xəstəni öldürməkdə ittiham olunur - 34 nəfəri isə...
15 mart 19:21
- SON DƏQİQƏ! Ərdoğanın hədəfi bəlli oldu - ŞOK DETAL
15 mart 19:02
- Hitlerin hindistanlı şəriki - Onun yaratdığı -Azad Hind- alayı Qafqazı ələ keçirəcəkdi
15 mart 18:18
- Hava ilə bağlı XƏBƏRDARLIQ - bu tarixdən yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə ENƏCƏK
15 mart 15:22
- ABŞ uyğurlara görə Tailandı CƏZALANDIRDI
15 mart 15:06
- Prezident onları təltif etdi - Siyahı
15 mart 12:50
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 12:40
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10