Rəsul Quliyev Əli İnsanovu həm təriflədi, həm də “vurdu”

Mediada yer alan məlumatlara görə, sabiq naziq Əli İnsanovun həbs müddətinin azalması müxalifətçiləri xeyli rahatsız edib. Hətta okeanın o tərəfində Rəsul Quliyevin bu məsələdən narahat olduğu, ümumi müxalifətin isə bütün elektoratının İnsanova "stavka" edəcəyindən əndişələndiyi müzakirə mövzusudur.
“Əli İnsanov 1997-2000 -ci illər arasında mənə qarşı ən qeyri obyektiv mövqe tutan, səhiyyə idarələrində mənim əleyhimə gurultulu mitinqlər təşkil edən şəxs olub. Ancaq həbs olunandan sonra onun özünü aparması mənim ona qarşı olan neqativ münasibətimi yoxa çatdırdı”.
Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev Əli İnsanovdan danışarkən deyib.
Onun sözlərinə görə, təbiətcə kinli adam olmadığından, Əli İnsanova qarşı nifrəti yoxdur.
“Mən elə bir adamam ki, lap qatı düşmənin belə pozitiv hərəkətinə heç vaxt neqativ münasibət bildirmərəm.”-deyə o əlavə edib.
Rəsul Quliyev Əli İnsanovun azadlığa çıxmasından sonra onun siyasətlə məşğul olmasının vacib olduğuna da diqqət çəkib.
“Düşünürəm ki, Əli İnsanov hökmən siyasətlə məşğul olmalıdır və olacaq. O camaatın kifayət qədər rəğbətini qazanmağa nail olub”.
Sabiq spikerin “Əli İnsanov siyasi təşkilat yaratsa onu dəstəkləyəcəksinizmi?” sualına isə cavabı belə olub:
“Əli İnsanov siyasi təşkilat yaradıb, məramını açıqlayandan sonra, real plan və proqramı olarsa sözsüz dəstəkləyəcəyəm. Əks halda sadəcə uğurlar arzulamaqla kifayətlənəcəyəm”.
Rəsul Quliyevin sözlərinə görə, Əli İnsanovun ona münasibətinin dəyişib-dəyişməməsi elə böyük əhəmiyyət kəsb etmir.
“Ona görə də Əli İnsanovun mənə münasibətinin dəyişib-dəyişmədiyi barədə düşünməmişəm. Onun nə düşündüyünü də bilmirəm. Amma Əli İnsanov 1994-2005-ci illərdəki baqaj və ruhla yaşasa onun xalqa elə bir köməyi dəyməz. Həbsxanadan verdiyi bəyanatlarla, əməl üst-üstə düşməsə, real nəticə də ola bilməz”.
Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.
NUH.az
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 2025 14:06
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
8 aprel 2025 21:51
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 2025 02:08
- Bakıda icra başçısı olmaq istəyən şəxs 400 min rüşvət verməyə razılaşıb və ...
25 mart 2025 17:51
- Ukrayna ordusu Belqorodda Rusiya helikopterlərini vurdu – Dördü məhv edildi
24 mart 2025 12:13
- Uzunömürlü SABİQLƏR
21 mart 2025 19:47
- Qaralov və Usubovun gizli həyatı... – Ölkədən çıxış qadağası qoyulub?
18 mart 2025 08:50
- Bu gün Anarın doğum günüdür
14 mart 2025 11:50
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35